- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
“General Rüstəm Usubovun həbsinə göstəriş verdi, mən icra etmədim”
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, ötən gün Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən Sahib Ələkbərov çıxış edib. O, hədə-qorxu ilə pul alma və rüşvət ittihamlarını rədd edib: “Mən bu gün təqsirləndirilən şəxs qismində qarşınızdayamsa, mənim sağımda Zakir Qaralov, solumda Rüstəm Usubov dayanmalıdırlar. Onların hər biri bizim kimi bütün ölkə boyu rüsvay olmalıdırlar. Buradakı hər kəlməmizi mətbuat yazır. Hörmətli məhkəmə, bu iki şəxs məhkəmədə dindirilmədən siz obyektiv, qanuni qərar qəbul etmək imkanında deyilsiniz. Çünki MTN-in İstintaq İdarəsində daxil olan material birbaşa Baş prokuror Zakir Qaralovun müavini Rüstəm Usubova məruzə edilirdi. Onun göstərişi əsasında material üzrə cinayət işinin başlanması və ya rədd olunmasına dair qərar verilirdi. 24 saat ərzində işə nəzarət edən prokurora qəbul olunmuş qərarın surətinin göndərilməsi tapşırılırdı”.
Sahib Ələkbərov xidmət etdiyi müddətdə yalnız bir cinayət törətdiyini və buna görə məsuliyyət daşımağa hazır olduğunu etiraf edib. O, Hacı Məmmədovun (DİN-in Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, kriminal dəstə başçısı) mütəşəkkil cinayətkar dəstəsinin cinayətlərini araşdıran istintaq qrupunun üzvü olduğunu açıqlayıb: “İstintaq zamanı üzə çıxdı ki, “Knauf” şirkətinin rəhbərlərindən olan Rəna Nəsibova Hacı Məmmədovun dəstəsindən olan bir çeçenlə münasibətdə olub. Həmin çeçen Rəna Nəsibovaya Bakıda adam oğurluqları və qətllərlə bağlı çox ciddi məlumatlar verib. Deyirmiş ki, filan gün, filan saatda Bakıda qətl törədiləcək. Dediyi vaxtda da qətl törədilirmiş. Deyirmiş ki, adam oğurlanacaq, oğurlanırmış. Rəna Nəsibova həmin cinayətlər barədə Baş prokuror Zakir Qaralova müraciət edib. Onu Qaralovun 1-ci müavini Rüstəm Usubov dinləyib. Deyib ki, Hacı adlı polisin adam oğurlayan və seriyalı qətllər törədən dəstəsi var. Usubov isə MTN-ə və Daxili İşlər Nazirliyinə formal məktub yazmaqla işini bitmiş hesab edib. Həmin məktubdan az sonra “Knauf” şirkətinin ofisində Rəna Nəsibovanın meyiti tapıldı. Hadisə yerinə ilk gedən də elə Rüstəm Usubov olmuşdu. Ekspertdən rəy alınmışdı ki, Rəna Nəsibovanın ürəyi bulanıb, qaytarıb və boğulub ölüb. Araşdırdıq, məlum oldu ki, Rəna Nəsibova öldürülüb. O zaman istintaq qrupunun üzvü olaraq Rüstəm Usubovun dindirilməsi mənə həvalə olundu. Dindirmə zamanı Rüstəm Usubovun əməlində cinayət olduğunu müəyyən etdim. Ona sual verdim ki, Rəna Nəsibovanın verdiyi məlumatar əsasında hansı qanuni tədbirlər görülüb? Məlum oldu ki, Rüstəm Usubov məktub yazmaqdan başqa tədbir görməyib. Məsələni Mövlam Şıxəliyevə məruzə etdim. O da Rüstəm Usubovun həbs edilməsinə göstəriş verdi. Amma mən həmin göstərişi icra etmədim. Buna görə peşmanam. Həmin vaxt o göstərişi icra etsəydim, bu gün burada olmazdım”.
.jpg)
Həmçinin oxuyun: Əvvəlcə partiya sədri, sonra otel müdiri aldatdı - 235 minlik dələduzluq
ərərçəkən Qulam Bağırov söz alaraq hakim Elbəy Allahverdiyevin açıq məhkəmə prosesində jurnalistlərin iştirakını qadağan etməsini qınayıb: “Jurnalistlər hər dəfə məhkəmə binası önünə gəlib prosesdə iştirak etmək istəyirlər. Lakin qapıda polis onlara deyir ki, hakim məhkəmədə iştiraklarını qadağan edib. Sizin bu göstərişiniz qanunsuzdur. Bizə qarşı cinayətlər də məhz qapalı şəraitdə, jurnalistlərdən, geniş ictimaiyyətdən gizlədilməklə törədilib. Bu gün siz açıq məhkəmə prosesini qapalı keçirməklə faktiki olaraq Mövlam Şıxəliyev və dəstəsinin bizlərə qarşı cinayətlərinin ört-basdır olunmasına şərait yaratmağa çalışırsız. Məhkəmənin ilk günündən Mövlam Şıxəliyevə “Mövlam müəllim” deyə xitab edirsiz. Bu, ondan irəli gəlir ki, siz müstəntiq olanda Mövlam Şıxəliyevin rəhbərliyi altında işləmisiz. Sadaladığım faktlar sizin bu iş üzrə ədalətli hökm çıxaracağınızı şübhə altına alır. Ona görə də xahiş edirəm ki, Elbəy Allahverdiyev iş üzrə hakimlikdən uzaqlaşdırılsın”.
Hakim Elbəy Allahverdiyev etiraza belə münasibət bildirib: “Gəlin, bu məsələyə birdəfəlik aydınlıq gətirək. Mən həqiqətən də 2003-2004-cü illərdə Milli Təhlükəsizlik Nazirliyinə istintaq qrupuna ezam edilmişəm. İstintaq qrupunun tərkibində fəaliyyət göstərmişəm. Həmin vaxt Mövlam Şıxəliyev orada...”
Hakim üzünü Mövlam Şıxəliyevə tutaraq, "Siz MTN-də nə vaxtdan xidmətə başlamısız?" soruşub. Şıxəliyev, “2004-cü ildə” deyə cavab verib. Daha sonra hakim bildirib ki, Qulam Bağırovun etirazında adı düzgün yazılmayıb. Buna görə etiraz düzəlişdən sonra təqdim edilməlidir.
Məhkəmə prosesi növbəti iclasda davam etdiriləcək.
Qeyd edək ki, Mövlam Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunur. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə 32 zərərçəkmiş var.
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi
14 may 2026 14:31
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
14 may 2026 14:19
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 2026 16:15
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 2026 14:39
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 2026 12:40
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 2026 11:05
- 12 may dünyada Beynəlxalq Tibb Bacıları Günüdür
11 may 2026 17:43
- Elə İlham Əliyev özü də mənimlə birgə kövrəldi... - Fotolar
11 may 2026 13:13
- 29 yaşlı azərbaycanlı alim Tehranda edam edildi
11 may 2026 11:03
- Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər bilindi
11 may 2026 10:49
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
15 may 00:52
- Yavaşlamış iqtisadi artım trayektoriyasından sürətlənmiş artım trayektoriyasına keçid obyektiv zərurətə çevrilib - Əli Məsimli
14 may 23:07
- Kiyevdə matəm elan edildi
14 may 19:43
- Prezident yeni Dövlət Agentliyi yaratdı (FƏRMAN)
14 may 19:26
- Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu
14 may 18:27
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
14 may 16:37
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi
14 may 14:31
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
14 may 14:19
- Çində tarixi görüş başa çatdı - Fotolar
14 may 11:58
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 11:47
- Prezident həmkarını təbrik etdi
14 may 11:33
- Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
14 may 11:25
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
14 may 11:18
- Si Szinpin və Tramp Çin-ABŞ münasibətlərini müzakirə etdi
14 may 11:13
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
