Bakıda sərxoş müəllimə maşınla Polis Şöbəsinə gəldi
Bakıda polis bölməsinə sərxoş halda gələn qadın müəllim barəsində inzibati protokol tərtib edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində baş verib. Orta məktəblərdən birinin müəllimi, 1985-ci il təvəllüdlü Arzu Ağayeva (ad və soyad şərtidir) 102 xidmətinə etdiyi müraciətlə bağlı şöbəyə dəvət edilib. O, idarə etdiyi “Mazda” markalı avtomobillə sərxoş halda şöbəyə gedib və burada polislə arasında narazılıq baş verib. Nəticədə şöbəni tərk etməyə qərar verən A.Ağayeva içkili halda həyətdəki maşını idarə edərək uzaqlaşmağa çalışıb. Bu zaman o, maşını şöbənin pilləkəninə vuraraq oranı dağıdıb. İdarənin həyətindən maşınla çıxan A.Ağayevanı Binəqədi DYP-nin əməkdaşları saxlayaraq geri qaytarıblar və o, alkotestdən keçirilərək sərxoşluğu rəsmiləşdirilib. Daha sonra polis əməkdaşları 37 yaşlı müəllim barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni tələbinə tabe olmama) və 511-ci (Xırda quliqanlıq) maddələri ilə protokol tərtib edərək onu məhkəməyə göndəriblər.
Binəqədi Rayon Məhkəməsində protokola baxılarkən A.Ağayeva hadisəni belə təsvir edib: Baş vermiş bu hadisədən əvvəl yaşadığım evin qarşısında tanımadığım qadın tərəfindən döyülməyimlə bağlı 102-yə məlumat vermişdim. Məlumat verdikdən sonra baş vermiş hadisənin təsirində olduğum üçün iki badə şərab içmişdim. Təxminən bir-iki saat keçdikdən sonra 4-cü Polis Şöbəsindən zəng gəldi və izahat vermək üçün şöbəyə dəvət edildim. Əvvəlcə saatın gec olduğunu bildirərək etiraz etdim, lakin polis əməkdaşı izahat vərmək üçün elə indi şöbəyə yaxınlaşmalı olduğumu bildirdi. Oğlumla birlikdə idarə etdiyim “Mazda” markalı avtomobillə 4-cü Polis Şöbəsinə getdim. Polisə izahat verərkən məndən spirtli içki qəbul edib-etmədiyimi soruşdu və bu zaman aramızda mübahisə yarandı. Polis zabiti içkidən istifadə edərək polis şöbəsinə gəlməyimi nöqsan tutdu və Yol Patrul Xidmətinin əməkdaşlarını çağırdı. Həmin polis zabiti və YPX-nin əməkdaşı olan Nicat adlı şəxs məni videoçəkiliş aparacaqları ilə qorxutdular, şöbəyə kanallardan birini dəvət edib çəkiliş aparacaqlarını dedilər. Özümü itirib otaqdan çıxdım və avtomobilə mindim. Həmin an avtomobili arxaya verərkən ehtiyatsızlıqdan şöbənin giriş pilləkənlərinə dəyərək bir neçə pilləkəni sındırdım. Bu zaman YPX əməkdaşı mənə “dayan” əmri verdi. Sərxoşluq dərəcəsini yoxlamaq üçün tibbi müayinəyə, avtomobili isə cərimə meydançasına apardılar”.
Barəsində protokol tərtib edilmiş A.Ağayeva əlavə edib ki, şöbədə ondan döyülməsi ilə bağlı izahat alınmayıb, tibbi ekspertizaya göndərilməyib: “Polislər oraya telekanalı dəvət etməklə bağlı məni qorxutduqları üçün dərhal polis şöbəsini tərk edərək avtomobilə mindim, həyəcanlı vəziyyətdə avtomobili idarə etdiyindən avtomobili arxaya tərəf hərəkət etdirmək istəyən zaman ehtiyatsızlıqdan şöbənin giriş pilləkənlərinə dəydi və əmlaka zərər vurdu. İctimai qaydanı pozmaq, şöbənin əmlakına ziyan vurmaq fikrim olmayıb”.
Binəqədi Rayon Məhkəməsi A.Ağayevanın əməlində İXM-nin 535-ci maddəsinin tərkibi olmadığından həmin maddəyə xitam verib. A.Ağayeva 510-cu maddə üzrə təqsirli bilinərək ona 50 manat inzibati cərimə təyin edilib.
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 2026 21:22
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
3 mart 2026 14:25
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
