Xalq mahnılarının gizli müəllifi, erməni komendantın qovduğu bəstəkar..
Getmə, kimsəsizəm, qal, sənə qurban,
Ömürlük həmdəmim ol, sənə qurban!
Bəlkə də çoxunuz bu mahnını əzbər bilirsiniz. Bəs, bu mahnının bəstəkarı?
Bəli, mahnı əksəriyyətinizə tanışdır. Əsas da yaşlı və orta nəslə. “Qal, sənə qurban”ı zaman-zaman fərqli ifaçıların dilindən eşitmişik. Yaxşı, mahnını bilirik. Bu sözlərin müəllifi, bəs?
Çox təəssüf ki, müəllif çoxunuza məlum deyil.
Lent.az bu gün elə bu və bununla yanaşı dillər əzbəri olan digər mahnıların müəllifindən danışacaq.
O, 1942-ci il iyunun 22-də Füzuli rayonu Aşağı Rəfədinli kəndində kolxozçu ailəsində dünyaya göz açıb. Atası və əmisi tarzən olub. Təəssüf ki, onların hər ikisini erkən yaşda itirib.
Orta məktəbi bitirəndən sonra o, Bakıya gəlir və Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya şöbəsində Soltan Hacıbəyovun kursunda təhsil alır. Ən böyük arzularından biri isə Musiqili Komediya teatrında aktyor kimi fəaliyyət göstərmək olur.
İlk dəfə mahnı yazmağa da həmin illərdə başlayıb. 1962-ci ildə “Qarabağ” adlı yazdığı ilk mahnısı dillər əzbəri olur. Bundan sonra bir-birinin ardınca “Sən də həmdəm, mən də həmdəm”, “Var gülüşündə”, “Şahnaz” təsnifi kimi məşhurlaşan, “Deyin hardadır”, “Səni qəmli görəndə”, “Gecələr”, “Bəxtəvər gəlin”, “Ay gecikən məhəbbətim”, “Qurban olum”, “Sən güləndə”, “Ay qız”, “Xatirəsən”, “Gəl inad etmə” və digər mahnılarını yazıb.
Onun bəstələdiyi mahnılar uzun illər xalq mahnısı kimi təqdim olunub və adının çəkilməsinə imkan verilməyib. Niyə? Bu barədə bir qədər sonra...
Beləcə “Həvəskar” bəstəkar adlandırılaraq sənətinə qiymət verilmir.
1968-ci ildə onun tələbə olarkən qaldığı yataqxananın komendantı erməni olur. Bir gün o, yataqxananın dəhlizində ilk mahnısı olan “Qarabağ”ı ifa edir. Komendant ona yaxınlaşaraq mahnıya erməni qəhrəmanlarının da adını daxil etməyi tapşırır.
O, sərt şəkildə cavab verir:
“Qarabağa aid mahnıda niyə erməni qəhrəmanının adı olmalıdır? ”.
Onun cavabından qəzəblənən komendant bir də mahnını oxumamağı tapşırır. Beləliklə, yataqxanadan qovulur. Qalmağa yeri olmadığı üçün Arif Babayevlə kirayə ev tutaraq yaşayır. Bir neçə il sonra Arif Babayev Qarabağa olan səfəri zamanı dillər əzbəri olan “Qarabağ”ı ifa edir.
Bu səfər də ondan şanssızlıq yan keçmir. İnstitutun sonuncu ilində yaşadığı bir münaqişəyə görə kursdan uzaqlaşdırılır. Həmin zamanlarda artıq Bakı Orkestrlər Birliyinin solisti idi.
Mahnıları uzun illər dillər əzbəri olsa da, heç kim bu mahnıların yaradıcısının o olduğunu bilməyib. Yuxarıda verdiyimiz “niyə”nin cavabı budur - çünki onun musiqi təhsili yox idi və o dövrdə musiqi təhsili olmayan şəxsin öz adını bəstəkar kimi çəkməsinə icazə verilmirdi.
Ömrünün sonuna qədər 300-ə yaxın mahnının müəllifi olan bəstəkar tar və gitarada yaxşı ifa etməyi bacarır. Bu mahnılarının əksəriyyətinin sözləri isə onun özünə aid olub.
Yaradıcılığına etinasız münasibət və adının heç bir yerdə çəkilməməsi onu həvəsdən salırdı. Çətinliklə də olsa, 1975-ci ildə 5 mahnısını (“Qarabağ”, “Ay dəli ceyran”, “Səni qəmli görəndə”, “Eşqimin baharı”, “Sən də həmdəm, mən də həmdəm”) qeydiyyatdan keçirərək müəllifi olduğunu təsdiqlədir. 1975-ci il “Abşeron” qəzetində “Deyin hardadır?” mahnısı haqqında (not yazısı ilə) məqalə dərc olunur və ilk dəfə adı bəstəkar kimi qeyd edilir. O zamanlar mahnıları ən məşhur xanəndələr və xalq artistləri tərəfindən oxunsa da, heç bir fəxri ad almağa nail olmur.
Sənətinə qiymət verilmədiyi üçün inciyən bəstəkar müsahibələrinin birində bir gün deyir:
“Sonra demişəm özüm haqqında ki,
Bu qədər ki, eylədin xalqına xidmət
Bir ənam alarsan, gərək, Allah kömək olsun”.
Onun 4 övladı var idi. Musiqi təhsili olmadığı üçün bir tərəfi yarımçıq qalan bəstəkar övladlarının hər birinə musiqi təhsili verir.
O, torpağına çox bağlı idi. 52 yaşlı bəstəkar boya-başa çatdığı doğma Füzuli rayonunun işğalına biganə qala bilmədiyindən bir neçə gün sonra beyninə qan sızır.
Yalnız ölümündən sonra onun bir neçə mahnıları Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçir. Qeydiyyatdan keçməyən bir çox məşhur mahnısı isə müxtəlif müğənnilər tərəfindən müəllifin adı verilmədən ifa olundu.
Bəstəkar II senzuranın da təklifini rədd etsə bu dəfə efirlərdən yaradıcılığının qovulacağını anladığından könülsüz şəkildə şeirin son bəndinə dəyişiklik etdi. Bu könülsüzlüyün bariz nümunəsini artıq saralmış foto sübut edir:
Belə ki, II senzuranın təklifini şəxsi arxivində də rədd edib üstündən xətt çəkir.
Bir çoxumuzun dilində əzbərə çevrilən “Qal, sənə qurban” mahnını bəstəkar qürbətdə sevgilisindən ayrılmaq məcburiyyətində qalan 2 sevgili haqda yazdığı məlum olur.
Bəstəkarın oğlu Lent.az-a atasının ölümündən 10-12 gün sonra mahnılarına hücum başladığını deyir:
“Atam vəfat edəndən sonra hər kəs onun mahnılarına hücum etdi. Adı çəkilmədən ifa etdilər. 2021-ci ildə 100 mahnısı not kitabı kimi çap etdirmişəm. İkinci kitabda da 100 mahnı olacaq. Hazırda çapdadır. Bundan başqa 4 cild ümumilikdə 600 mahnı olan kitabı qaldı.
Atamın “Qarabağ” mahnısını I cilddə son bəndi orijinal versiyada vermişik. 2020-ci ildə Vətən müharibəsinin himninə çevrilməsi müəllifin özü kimi kölgədə qaldı. Şuşanı azad edən əsgərlə Şuşada bu mahnını oxudular. Xudayarın ifasında da var, yarası sarınan əsgərin də”.
Oğlu “atanızın mahnılarını ithaf etdiyi bir xanım var idi?” sualımıza isə belə cavab verir:
“Cavanlıqda çox adamdan xoşlana bilirsən sonra birinə bağlanırsan. Evlilikdən əvvəl Rəbiyə adlı Naxçıvanlı qız var idi. Mahnılarını ona yazırdı. Anamla evlənəndən sonra isə mahnılarını ona həsr etdi”.
Əldə etdiyimiz məlumata görə, haqqında danışdığımız bəstəkarın Ceyran adlı sevdiyi bir xanım olub. “Ay, dəli Ceyran” mahnısını da elə həmin xanıma yazıb. Maraqlısı odur ki, bəstəkar qızının adını Ceyran oyub.
Bəstəkar ara-sıra ona qarşı biganəliyin olmasından şikayətlənirmiş. Dostu Rafiq Səməndər onun haqqında yazdığı xatirəsində bəstəkarın ona gileylənməsini qeyd edərək yazır:
“Ə, Rafiq, mənim bəxtim belədir. Mahnı bəstələyirəm, deyirlər, sənin deyil, xalq mahnısıdır. Yazı yazıram, deyirlər, sənin deyil. Mahnıya şeir qoşuram, deyirlər, kimsə eləyib sənin üçün. Ə köpəyuşağı, bəsdirin də”.
Onun əsərləri o qədər dillər əzbəri olub ki, çox vaxt xalq mahnısı kimi tanınıb.
Elə haqqında danışdığımız “Qarabağ” mahnısı kimi. 44 günlük Vətən müharibəsində əsgərlərin dilində bir növ himnə çevrilən “Qarabağ”...
Sevgilim, seyrə çıxaq burda gəl, ilk baharı.
Dil açır qəlbimizin ən şirin arzuları.
Anadır arzulara hər zaman Qarabağ,
Danışan dil-dodağım, tar-kaman Qarabağ.
Qarabağ, can Qarabağ, ana yurdum.
O, bu mahnını Qarabağın ən bəxtəvər günlərində yazsa da, çox sonralar Qarabağ onun da ürək ağrısına çevrilmişdi.
“Ən böyük arzum müharibə bitəndən sonra Qarabağ marşını yazmaqdır”, - deyərdi o.
"Rəfiqə, sizi çox incitdim. Bağışlayın məni”...
Müsahibələrinin birində həyat yoldaşı onu belə xatırlayır:
“O xəstə olan vaxtlar müəllifliyinə inandığımız bütün mahnıları oğlumuz Adil müxtəlif yerlərdən yığıb audio-kasetlərə yazdırırdı. O da mahnılara qulaq asandan sonra başı ilə onun mahnıları olduğunu təsdiq edirdi. Dörd kaset hazır olandan sonra onun halı tamamilə pisləşdi.
Gözləyirdik, yenə əvvəlki halına qayıdacaq, kasetləri dinləyib heç olmasa başı ilə öz mahnılarını təsdiq edəcək. Amma bu olmadı və bir gün dedi ki, Rəfiqə, sizi çox incitdim, bağışlayın məni. Bundan sonra gördük ki, gözləri iri açılıb. Komaya düşdü və bir neçə gün sonra keçindi”.
Beləliklə, insult onun hələ üzə çıxmayan mahnılarını ürəyində qoyur. 5 il xəstəliklə mübarizə aparsa da, qalib gələ bilmir. 1998-ci ildə həyatını itirir.
Bəstəkar mahnılarının birində deyir:
Gəl, yada salma dildar, ey vəfadar,
Olub keçənləri, hər nədir.
Qəlbinə dəymişəm, yar, bilirəm, yar,
Bilirəm, hər günah məndədi.
Bu da belə... Kifayət qədər maraqda qala bildinizmi? Bilirəm, sizi çox intizarda saxladım. Hə, mahnıları dillər əzbəri olsa da, özü kənarda qalan Bəhram Nəsibovdur...
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 2025 01:48
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 2025 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 2025 16:31
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 2025 01:03
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 2025 21:44
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 2025 11:03
- QUQUŞ-dan maraqlı etiraflar - Azərbaycanın ürəyimdə xüsusi yeri var…Bakıda, Gəncədə, Sumqayıtda kasetlərimə qulaq asırdılar
10 dekabr 2025 01:05
- O vaxt demişdim ki, Xalq Cəbhəsi KQB-nin oyunudur...
9 dekabr 2025 12:25
- Əbülfəs Qarayevin qızı məhkəməyə verilir – Rejissoru hansı cəza gözləyir?
8 dekabr 2025 14:26
- Dişlərini fırçala, rahatlıqla dələduzluq et - Polisin 3 günə tutduğu 20 dələduzu Azərbaycan məhkəməsi neçə günə azad edər
8 dekabr 2025 14:20
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 21:26
- Ərdoğan Türkmənistana getdi
11 dekabr 21:07
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 20:03
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 19:28
