- Ramin Nur şadlıq evində camış əti dana əti adı ilə təqdim edilir (FOTO)
- Rusiyaya ŞİDDƏTLİ HÜCUM: yer-göy DAĞILIR, Zelenski HƏRƏKƏTƏ KEÇDİ -VİDEO
- Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirildi, 160 şübhəli saxlanıldı
- Axtarışa verilən Abbas Abbasov harada gizlənir ?
- Böyük Qayıdış davam edir - daha 57 ailə Laçın, Xocavənd və Ağdama köçürülür
Qaralovun himayə etdiyi şəbəkənin şok əməlləri - “Akkord”çular “Magna Trans” MMC-ni necə çökdürüblər?
“AKKORD” ASC şirkətinin keçmiş direktoru Bürhan Həmidovun başçılıq etdiyi dəstə üzvləri tərəfindən iş adamı, sahibkar Ağasəf İsmayılovun təsis etmiş olduğu “Magna Trans” MMC-nin 79 ədəd avtobusunu sənədləri saxtalaşdırma yolu ilə sataraq pulları mənimsəmələri, digər əmlakının talamaları, sərnişindaşımadan gündəlik nəğd yolla yığılan külli miqdarda pul vəsaitinin hesabatdan, o cümlədən vergidən gizləməklə mənimsəmələri və həmin qanunazidd əməlləri barədə “Hürriyyət” qəzetinin 19 iyul 2022-ci il tarixli sayında yazı dərc etmişdi.
Həmin yazıda göstərilmişdi ki, MMC-nin təsisçisinə öz şirkəti haqqında məlumatları “kommersiya sirri” bəhanəsi ilə verməkdən imtina etməkdən başqa, 2 saylı Ərazi Vergilər Baş İdarəsi də “Magna Trans” MMC-də milyonlarla manat məbləğdə pul vəsaitinin vergidən gizlədilməsi barədə verilən məlumatlara açıq-aşkar göz yumub. Səbəb isə, o dövrdə baş prokuror vəzifəsində olan Zakir Qaralovun kreslosunun kölgəsinin “Magna Trans” MMC-nin «altını-üstünə çevirən» “AKKORD” ASC-nin icraçı direktoru Bürhan Həmidovun üzərində olması idi. Lakin təbiətin bir qanunu da var ki, günəş zenitdə olanda kölgələr yox olur.
Vergi orqanlarına etdiyi çoxsaylı müraciətlərin cavabsız qaldığını və onlar tərəfindən hər hansı bir tədbir görüləcəyinə inamı itən sahibkar Ağasəf İsmayılov sahibi olduğu şirkətin qalan avtobuslarının qanunsuz yolla satılmasının, sərnişindaşımadan gündəlik nəğd yolla yığılan pul vəsaitinin hesabatdan gizlədilərək oğurlanıb mənimsənilməsinin qarşısının alınması məqsədi ilə məhkəmə müdafiəsindən istifadə etməyi qərara alır. Beləliklə, Bürhan Həmidovla tərəfdaşlarının müqavimətlərinə və müxtəlif təsir vasitələrinə baxmayaraq, vaxtilə Əfqanıstan, sonra isə Qarabağ müharibəsi çətinlikləri görmüş iş adamı mülkiyyət hüquqlarının bərpası üçün aidiyyəti üzrə Abşeron rayon Məhkəməsinə müraciət edir.
Ədalət günəşinin kölgələri yox edəcəyi məqamın yetişdiyini hiss edən Bürhan Həmidov növbəti “kadrını” - “AKKORD” ASC-nin hüquqşunası vəzifəsində olan, 6 saylı Vəkil bürosunun vəkili Camalov Bəşir Əsgər oğlunu bu işə qoşur. Qoşur, özü də necə?
HAŞİYƏ: “AKKORD”da idarə rəisi vəzifəsini daşıyan Ağayaev Mirzahid Mirsahib oğlunu Bürhan Həmidov «öz adamı» kimi ikinci vəzifəyə - “Magna Trans” MMC-nin direktoru təyin edir ki, onun köməkliyi ilə, etibarını qazandığı Ağasəf İsmayılovun qurub-yaratdığı şirkəti talayıb, varidatını mənimsəsinlər.
Cavab vermək vaxtı gələndə, yəni “Magna Trans” MMC-yə dair ondan da hesabat tələb edən təsisçi Ağasəf İsmayılova “heç nədən xəbərim yoxdur” deyən «direktor» vəzifədən azad edilməsi ilə bağlı öz əli ilə yazdığı ərizəsində göstərir: «...İşlədiyim müddətdə mənə heç bir əməkhaqqı ödənilməmişdir».
MMC-ni talayıb viran qoymaq məqsədi ilə 10 il ərzində bütün sənədləri imzalayıb-möhür vuran, sonda isə “heç nədən xəbərim yoxdur» deyən «günahsız» Mirzahid Ağayev MMC-nin direktoru vəzifəsindən azad olunmaq barədə təsisçi Ağasəf İsmayılova ərizə yazdıqdan bir müddət sonra, etibarnamə ilə vəkil Bəşir Camalovu “Magna Trans” MMC-nin nümayəndəsi təyin edir və sənədi MMC-nin möhürü ilə təsdiqləyərək, direktor adından imzalayır.
31.12.2023-cü il tarixədək qüvvədə olan etibarnaməyə əsasən, direktor Mirzahid Ağayev nümayəndə-vəkil Bəşir Camalova “MMC-nin leyhinə və əleyhinə qaldırılmış iddia və tələblər üzrə bütün məhkəmə instansiyalarında, hüquq mühafizə orqanlarında MMC-ni təmsil etmək və işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətləri etmək səlahiyyətləri” verilmişdir.
Sual yaranır ki, bu üç sabiq “AKKORD”çu – indiki halda isə “Magna Trans” MMC-nin həmtəsisçisi Bürhan Həmidov, direktoru Mirzahid Ağayev və etibarnaməli nümayəndəsi-vəkil Bəşir Camalov bütün qüvvə və imkanlarını, vasitə və vəsaitlərini səfərbər edərək, kimdən və nə üçün müdafiə olunmaq məqsədi güdürlər?
Sahibkarın məhkəməyə müraciəti…
Abşeron rayon Məhkəməsinə müraciət etdiyi ərizəsində Ağasəf İsmayılov “Magna Trans” MMC-nin bütün əsas vəsaitlərinin, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi, digər şəxslərin istifadəsinə və ya icarəsinə verilməsi hallarına qadağa qoyulması, MMC-nin fəaliyyətindən əldə olunmuş pul vəsaitinin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunun (16.12.2016-cı il, № 461-VQ) tələblərinə əməl edilərək bank hesabına ödətdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
Ağasəf İsmayılovun müraciətini Abşeron rayon Məhkəməsi 2(012)-1192/2020 saylı 10.02.2020-ci il tarixli qəradadla təmin edir və qəradad icra edilməsi üçün Abşeron rayon İcra Şöbəsinə göndərilir.
Bax, elə əsil mərəkə də burdan başlanır:
«Heç nədən xəbəri olmayan», «işlədiyi 10 il müddətdə bir manat əməkhaqqı ödənilməyən» və «günahsız» direktor Mirzahid Ağayev Abşeron rayon İcra Şöbəsinə verdiyi 12.03.2020-ci il tarixli izahatında göstərir: “...Sərnişindaşıma zamanı xidmət haqqı nağd qaydada sürücülərə ödənilir. Ona görə də həmin xidmətlərin bank hesabına ödənilməsi mümkün olmur. Bildirirəm ki, fəaliyətdən əldə olunan nəğd vəsait səlahiyyətli şəxslər tərəfindən rəsmi qaydada şirkətin kassasına köçürülür. Bu zaman rəsmi hesablaşma sənədi olan mədaxil və məxaric orderindən istifadə olunur və həmin vəsait uçota alınır, Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq vergi və digər məcburi sığorta ödənişləri həyata keçirilir. İndiki mərhələdə həmin fəaliyyətdən əldə olunan vəsaiti banka qoymaq mümkün olmur. Lakin əldə olunan vəsaitin banka ödənilməsi üzərində tərəfimizdən işlər görülür və yaxın günlərdə bunun icrasını təmin olunmasına çalışacağıq”.

Abşeron rayon Məhkəməsinin göstərilən qərardadından narazı qalan cavabdehlər apellyasiya şikayəti verirlər və onları təmsil edən, növbəti sabiq “AKKORD”çu, indiki halda isə “Magna Trans” MMC-nin səlahiyyətli nümayəndəsi - vəkil Bəşir Camalov işə qoşulur.
Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasov 2(105)-1609/2020-ci il saylı 09.04.2020-ci il tarixli qərardadla apellyasiya şikayətini qismən təmin edərək, “Magna Trans” MMC-nin bütün əsas vasitələrinin, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə qadağa qoyulması hissəsində dəyişdirmədən saxlamış, qalan hissədə isə ləğv etmişdir.
Hakim qanunvericiliyin bir sıra normalarına istinad etsə də, qərardadı belə əsaslandırmışdır: “Məhkəmə kollegiyası hesab edir ki, görülən tədbir adekvat olmalı, tərəflərin hər hansı birinin hüquqlarının hədsiz məhdudlaşdırılmasına səbəb olmamalıdır. Hazırkı iddianın təmini tədbiri isə, şikayət ərizəsində göstərildiyi kimi, Cəmiyyətin fəaliyyətinin hədsiz məhdudlaşdırılması ilə nəticələnə, orada çalışan işçilərin əmək hüquqlarının kobud pozulmasına gətirib çıxara bilər. Bu hal isə hazırda koronavirus epidemiyası (COVİD-19) şəraitində qəti yolverilməzdir”.
Hakim hər kəsi “nəzərə aldı”, sahibkardan başqa…
Görəsən, ədalət mühakiməsi hakimi “orada çalışan işçilərin əmək hüquqlarının kobud pozulmasına gətirib çıxara bilər” deyib-yazanda, o işçilərin çalışdığı MMC-ni qurub-yaradan, 79 ədəd avtobus alınması üçün “ömrünü-gününü” banka girov qoymaqla, həmin işçilərə şərait yaratmış təsisçi, sahibkar, ən nəhayət vətəndaş olan Ağasəf İsmayılovun Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan mülkiyyət hüquqlarının pozulmasını və korrupsiyalaşmış mütəşəkkil dəstə üzvləri tərəfindən milyonlarla manat məbləğdə pul vəsitinin banka mədaxil etmədən mənimsənilib talanmasını niyə, nədən, nə üçün nəzərə almamışdır? Yoxsa, məqsəd talançılara şərait yaratmaq olmuşdur? Hər halda cavablandırılası suallar çoxdur. Bunlar barədə də az sonra bildiriləcək. Ən qısa və dürüst cavab isə, “örkən nə qədər uzun olsa da...” məsəlidir.
Əslində isə, Apellyasiya Məhkəməsinin göstərilən qərardadı “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunun (16.12.2016-cı il, № 461-VQ) tələblərinin pozulması ilə nəticələnmişdir. Sadə dillə desək, hakimin məsələyə bu cür yanaşması MMC-nin yeganə fəaliyyəti olan sərnişindaşımadan gündəlik nəğd yolla yığılan külli miqdarda pul vəsaitinin koronavirus epidemiyası (COVİD-19) pərdəsi altında hesabtdan gizlədilərək talan edilməsinə rəvac vermişdir. Ona görə ki, koronavirus epidemiyası sovuşsa da, qərardadın kölgəsi altında həmin mənimsəmə və talançılıq əməlləri elə bu gün üçün də davam etdirilir.
Bütün bunlar azmış kimi, Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadından ruhlanan «heç nədən xəbəri olmayan», «işlədiyi 10 il müddətdə bir manat əməkhaqqı ödənilməyən» və «günahsız » direktor Mirzahid Ağayev “ən yaxşı müdafiə hücumdur” prinsipi ilə hərəkətə başlayır.
Özü də hardan? Birbaşa Ədliyyə Nazirliyindən.
Abşeron rayon Məhkəməsinin qərardadından narazı qalan, «heç nədən xəbəri olmayan» direktorun 13.07.2020-ci il tarixdə Ədliyyə nazirinə ünvanladığı “şikayət” ərizəsində istifadə etmiş olduğu söz və terminləri oxuduqca, mat-məətəl qalırsan ki, necə olub, bu biliyin-savadın sahibi 2-cə ay keçməmiş, məsuliyyətdən qurtulmaq məqsədi ilə, 10 il işlədiyi direktor vəzifəsindən azad olunmaq üçün MMC-nin təsisçisi Ağasəf İsmayılova müraciət etdiyi ərizəsində öz əli ilə yazır: “İşlədiyim müddətdə mənə heç bir əməkhaqqı ödənilməmişdir”.
Bir az əvvələ gedərək diqqətinizə çatdıraq ki, həmin ərizənin yazılmasından 2 ilə yaxın müddət keçsə də, Mirzahid Ağayev direktor vəzifəsində qalmaqdadır. Səbəb isə odur ki, təsisçi Ağasəf İsmayılovun imzası olmasa, 1 yox, 100 direktor da olsa, işdən azad oluna bilməz. Ona görə ki, qanun yol vermir!
Mirzahid Ağayev direktor vəzifəsindən azad olunması üçün Nərimanov rayon Məhkəməsi 2(025)-2278/2021 saylı, 03.06.2021-ci il tarixli qətnamə qət etmişdir. Lakin o, yenə də direktor vəzifəsində qalmaqdadır. Səbəb isə yenə odur ki, təsisçi Ağasəf İsmayılovun imzası olmasa direktor işdən azad oluna bilməz. Yenə ona görə ki, qanun yol vermir! Az əvvəl “örkən nə qədər uzun olsa da...” məsəlini buna görə çəkmişdik.
Beləliklə, “özlərinin qazdıqları quyuya düşən” Mirzahid Ağayev “asan imza”nı bağlayıb, möhürü də atıb Bürhan Əhmədovun üstünə ki, “mənim heç nədən xəbərim yoxdur”.
Bax, elə buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasovun 2(105)-1609/2020-ci il saylı 09.04.2020-ci il tarixli qərardadından sonra “Magna Trans” MMC-nin fəaliyyətindən əldə olunan milyonlarla manat gəlirdən 1 qəpik də olsun banka mədaxil edilməyib, necə gəldi talanıb-mənimsənilib. Necə deyirlər ki, “sökən-sökənindir”.
Abşeron rayon prokurorluğu cinayət hadisələri ilə bağlı şikayəti niyə vergi orqanına ötürüb?
“Magna Trans” MMC-nin əmlakı və külli miqdarda pul vəsaitinin mütəşəkkil dəstə üzvləri tərəfindən ələ keçirilməsi, sənədləri saxtalaşdırma yolu ilə hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulması və bir sıra digər qanunazidd əməllərin törədilməsi barədə şikayət ərizəsi ilə iş adamı Ağasəf İsmayılov ilk dəfə 25.01.2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edir. Baş Prokurorluğun sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəis müavini Yadigar Aslanov göstərilən şikayəti 02.02.2021-ci il tarixli, 21-090-01-01-006812 №-li məktubla “baxılması və nəticəsi barədə şikayətçiyə bildirilməsi” göstərişi ilə Abşeron rayon Prokurorluğuna göndərir.
Abşeron rayonunun prokuroru Qabil Qasımovun imzaladığı 18.02.2021-ci il tarixli, 201-Ş-21 №-li məktubla şikayətçi Ağasəf İsmayılova bildirmişdir ki, “müraciət araşdırılması üçün Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinə göndərilmişdir”.
Əvvəlcədən bildirək ki, 4 ay sonra edilmiş müraciətə 2 Saylı Ərazi Vergilər Baş İdarəsi 30.06.2021-ci il tarixli 210202041783700 saylı məktubla bildirmişdir ki, “Abseron rayon Prokurorluğundan 18.02.2021-ci il tarixli, 201-9-21 sayll məktub bas idarəyə daxil olmamışdır”. Eyni məzmunlu müracıətə isə Abşeron rayon Prokurorluğu ümumiyyətlə susqunluq mövqesini seçərək, cavab verməyi belə rəva bilməmişdir.
Baş Prokurorluqdan göstərişlə gəlmiş sənədi Abşeron rayon prokuroru icra etmədən, yəni qanunazidd əməllər barədə şikayətinə dair vətəndaşın heç bir izahatını almadan, ondan sənəd-sübut tələb etmədən, “müraciəti araşdırılması üçün” Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinə göndərməsi və bununla da, kimlərinsə əməllərini ört-basdır etməyə cəhd göstərməsi ancaq saymazlıq və biganəlikdən irəli gəlmirmi? Şikayəti faktiki olaraq “ört-basdır” edilmiş və baxılmamış qaldığı üçün, iş adamı Baş Prokurorluğa təkrar müraciət etmək məcburiyyətində qalır.
Ağasəf İsmayılovun ikinci dəfə müraciət etdiyi 15.03.2021-ci il tarixli eyniməzmunlu şikayət Baş Prokurorluq tərəfindən 01.04.2021-ci il tarixli, 21-0090-01-01-022691 №-li məktubla “yoxlanılması üçün” təkrarən Abşeron rayon Prokurorluğuna göndərilir. Abşeron rayon Prokurorluğu isə şikayətçi Ağasəf İsmayılovun etdiyi çoxsaylı müraciətlərə ümumiyyətlə cavab verməyi belə rəva bilməmişdir.
Bu səbəbdən, şikayətlərinin aqibəti ilə maraqlanmaq üçün, 23.04.2021-ci ildə Abşeron rayon Prokurorluğunda olarkən, prokuror köməkçisi Tural Maqsudov icraatında olan şikayətlə bağlı Ağasəf İsmayılovun yazılı izahatını almır və heç bir prosessual sənəd tərtib etmir, sadəcə onu dinlədikdən sonra, “məsləhətləşib mütləq sizə zəng edəcəm” vədi ilə yola salaraq öz vəzifə borcunu “yerinə yetirir”. Lakin prokuror ciddiyətlə söz vermiş olsa da, şikayətçiyə zəng etməyi birdəfəlik “unudur”.
Prokuror köməkçisi Tural Maqsudov vətəndaşı aldatdığı üçün, poçt vasitəsi ilə göndərilən “xatırlatma məktubu” 26.04.2021-ci ildə Abşeron rayon Prokurorluğunda qəbul edilsə də, yenə də heç bir tədbir görülmir və cavab verilmir.
Odur ki, 3-cü dəfə 04.05.2021-ci il tarixdə Abşeron rayon Prokurorluğuna müraciət olunmuşdur. Prokurorluqda məktublar alınmış olsa da, yenə də bu günə kimi heç bir cavab verilməmişdir.
Bütün bu qanunazidd əməllər isə barəsində şikayət edilən mütəşəkkil dəstəyə himayədarlıq edildiyini düşünməyə əsas verir ki, bunun vaxtında qarşısı alınmazsa, paytaxtda “lövbər salmış” korrupsiyalaşmış şəbəkə qanunazidd əməllərini davam etdirəcək.
Ümumiyyətlə, son illər ərzində korrupsiya, rüşvətxorluq və digər vəzifə cinayətlərinə qarşı mübarizənin daha da kəskin aparılacağı barədə cəmiyyətdə inam artır. Ölkə rəhbərliyinin daim nəzarətində olan bu sahədə tədbirlər keçirilərək bir sıra vəzifəlilər ifşa edilib məsuliyyətə cəlb olunsalar da, təəssüf ki, rəhbərliyin etimad göstərdiyi bəzi məmurların məsuliyyətsizliyi, yaxud da digər neqativ hərəkətləri dövlətin nüfuzuna xələl gətirməklə bərabər, vətəndaşın haqlı narazılığına səbəb olur.
Sonda isə inanmaq istərdik ki, “Magna Trans” MMC-nin uzun illər ərzində özbaşınalıqla məşğul olan, özgəsinin əmlakını talayıb oğurlayan, sənədləri saxtalaşdırmaqla külli miqdar məbləğdə pul vəsaitini hesabatdan gizləyib mənimsəməklə vətəndaşa və dövlət büdcəsinə böyük məbləğdə maddi ziyan vuran və bu gün də öz qanunsuz əməllərini davam etdirən mütəşəkkil dəstə barədə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada tədbir görüləcək. (hurriyyet.az)
- Müştəriləri aldadan şadlıq sarayı Xəlil Göyüşovun imiş
17 dekabr 2025 21:57
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 2025 00:12
- Amnistiyaya bu məhkumlar düşəcək - Həmin şəxslərin dairəsi müəyyənləşdi
16 dekabr 2025 14:32
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 2025 12:56
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 2025 11:07
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 2025 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 2025 00:41
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 2025 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 2025 16:23
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 2025 14:56
- Müştəriləri aldadan şadlıq sarayı Xəlil Göyüşovun imiş
17 dekabr 21:57
- BEYİN DALĞASI adlı intellektual podcast layihəsi uğurla baş tutub
17 dekabr 20:17
- Ramin Nur şadlıq evində camış əti dana əti adı ilə təqdim edilir (FOTO)
17 dekabr 20:07
- Rusiyaya ŞİDDƏTLİ HÜCUM: yer-göy DAĞILIR, Zelenski HƏRƏKƏTƏ KEÇDİ -VİDEO
17 dekabr 12:46
- Abbas Abbasov təcili Türkiyədən Rusiyaya qayıtdı
17 dekabr 12:32
- Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirildi, 160 şübhəli saxlanıldı
17 dekabr 11:38
- İlham Əliyev Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşdü (FOTO)
17 dekabr 11:33
- Axtarışa verilən Abbas Abbasov harada gizlənir ?
17 dekabr 11:11
- Böyük Qayıdış davam edir - daha 57 ailə Laçın, Xocavənd və Ağdama köçürülür
17 dekabr 11:03
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 00:12
- Mübariz Mənsimovun Ramiz Mehdiyev ilə heç bir zaman nə biznes, nə də şəxsi münasibəti olmayıb
16 dekabr 21:35
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 19:59
- Amnistiyaya bu məhkumlar düşəcək - Həmin şəxslərin dairəsi müəyyənləşdi
16 dekabr 14:32
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 12:56
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 12:33
- Aqil Abbas: Amnistiya jurnalistlərə də şamil olunsun
16 dekabr 12:13
- Prezident AHİK-in VIII qurultayının iştirakçılarına müraciət ünvanladı
16 dekabr 11:38
- Qonşunuz səs-küy salırsa - Nə etməli ?
16 dekabr 11:26
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 11:07
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 21:44
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
