Atasının qızıl küplərini bolşeviklərə verən inqilabçı... – onu da güllələyiblər

Oktyabr inqilabından sonra əksinqilabçılara qarşı daha mütəşəkkil mübarizə aparmaq üçün Lenin xüsusi dekret imzalayıb. Sənədə əsasən Ümumrusiya Fövqəladə Komissiyası (ÇK) yaradılıb. Sonralar bu qurum Baş Siyasi İdarəyə (QPU), daha sonra isə Xalq Daxili İşlər Komissarlığına (NKVD) çevrilib.
“ÇK”-nın xüsusi şöbəsinə Mixail Kedrov rəhbərlik edib. Qurumun digər əməkdaşlarından o, daha sərt və amansız olması ilə fərqlənib. Hələ 1920-ci ilin əvvəllərinədə Kedrov Azərbaycanda fəaliyyətə göstərən Lavrenti Beriyanın şübhəli əməlləri haqqında qurumun rəhbərliyinə iki dəfə yazılı məlumat verib. Məsələyə ciddi reaksiya verilmədiyindən Kedrovun yazılı məlumatları unudulub. Amma Beriya Kedrovu unutmayıb...
Mixail Kedrov 1878-ci ildə Moskvada zəngin zadəgan ailəsində anadan olub. Ailənin maddi zənginliyinə, daha rahat gələcək qurmaq imkanlarına baxmayaraq, Kedrov çox gənc yaşlarından siyasi proseslərə qoşulub. İnqilabi fəaliyyətinə görə onu 1899-cu ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsindən qovublar. Bu hadisədən sonra Kedrov siyasi fəaliyyətini daha genişləndirib və 1901-ci ildə bolşeviklər partiyasına daxil olub. Həmin il o, atasından ona qalmış 100 min rublluq qızılı partiyanın xəzinəsinə ianə edib.
Kedrov siyasi fəaliyyətinin ilk illərində Nijeqorod, Yaroslavl, Simferopol partiya təşkilatlarında işləyib. Daha sonra o, fəaliyyətini Mərkəzi Komitənin şimal bürosunda davam etdirib. Bir necə dəfə həbs olunduqdan sonra ona siyasi fəaliyyətini davam etidərəcəyi təqdirdə sürgünə göndəriləcəyi haqqında xəbərdarlıq edilib.
1912-ci ildə həbs təhlükəsi ilə üzləşəndə Kedrov İsveçrəyə mühacirət edib. Məhz bu ərəfədə onun Leninlə sıx əlaqələri yaranıb. O, İsveçrədə LeninİN tapşırıqlarını icra edib.
Məktəb illərində Kedrov eyni zamanda müsiqi məktəbində də təhsil alıb və piano kursları keçib. İsveçrədə olarkən o, öz konsertlərini təşkil edib və əldə olunan vəsaiti mühacirətdə olan bolşeviklərin dolanışığı üçün sərf edib.
Kedrov İsveçrədə mühacirətdə olanda siyasi fəaliyyəti ilə yanaşı, Bern Universitetinin tibb fakültəsində təhsil alaraq həkim diplomu da alıb.
1916-cı ildə Rusiyaya qayıdan Kedrov bir müddət Qafqazda həkim kimi işləyib. 1917-ci ilin mart ayından isə Petroqradda partiyanın hərbi təşkilatnın üzvü olub. Oktybar inqilabından sonra isə o, əvvəlcə Rusiya Hərbi İşlər Komissarlığının kollegiya üzvü, daha sonra isə “ÇK”-da xüsusi şöbəyə rəhbərlik edib.
1936-cı ilə qədər Kedrov hərbi və məhkəmə strukturlarında yüksək vəzifələrdə xidmət edib. Həmin ildən isə o, Moskvada Neyrocərrahiyə İnstitutunda baş elmi elmi işçi kimi fəaliyyətini davam etdirib.
1930-cu illərdə başlanan “böyük təmizlik” və repressiya Kedrovu ciddi narahat edib. Köhnə bolşevik bu siyasətin acınacaqlı sonluğuna şübhə etməyib. Xüsusilə Nikolay Yejovun “NKVD”-yə rəhbər təyin edilməsi Kedrov üçün ağılasığmaz hadisə sayılıb. O, bu təyinatdan əvvəl Yejovu yaxından tanıyıb və onun çox da normal olmayan düşüncə və fəaliyyətinə yaxşı bələd olub. Amma əsl ağılasığmaz hadisə qarşıda onu gözləyib.
1938-ci ildə Lavrenti Beriya “NKVD”-nin birinci müavini təyin olunanada vaxtilə “ÇK” və “QPU”-da işləyənlərin fəaliyyəti araşdırılıb. Bu araşdırmada növbə Kedrova da çatıb. O, 4 aprel 1939-cu ildə Beriyanın göstərişi ilə antisovet fəaliyyətdə ittiham olunaraq həbs edilib.
Kedrov “Lefertovo” həbsxanasında saxlanılıb. Onun istintaqı iki il davam edib. Davamlı işgəncələrə baxmayaraq Kedrov antisovet fəaliyyəti ilə bağlı heç bir etiraf etməyib. O, cümlədən istintaqı aparan müstəntiqlər də heç bir dəlil və sübut ortaya çıxara bilməyiblər.
1941-ci ildə müharibə başlananda Kedrov siyasi məhbus kimi Kuybışev şəhərinə təxliyyə edilib. İstintaq bir neçə ay bu şəhərdə də davam edib. Nəhayət, heç bir antisovet fəaliyyəti sübuta yetməyəndə məhkəmə Kedrov haqqında azadlığa buraxılması ilə bağlı hökm çıxarıb. Ancaq Beriyanın göstərişi ilə məhkəmənin qərarı icra edilməyib.
Beriyanın 18 oktybar 1941-ci il tarixli 2756/B nömrəli əmri ilə “NKVD”-nin Kuybışevdəki xüsusi qrupunun baş leytenantı Semenixinə Mixail Kedrovun güllələnməsi haqqında rəsmi göstəriş verilib. 27 oktyabr 1941-ci ildə Kedrov Kuybışevdəki istintaq təcridxanasından Saratova köçürülüb və əmrin icrası həmin gün icra edilib. Beləliklə də Beriya 1920-ci illərdəki qisasını Kedrovdan 1941-ci ildə alıb.
Kedrovun harada dəfn olunması bu günə qədər də məlum deyil.
Stalinin vəfatından sonra Kedrova tam bəraət verilib və onun (ölümündən sonra) Kommunist Partiyasına üzvlüyü, dövlət təltifləri bərpa edilib. /Musavat.com/
- İntim videosu yayılan polkovnikin rütbəsi geri alındı - SAXLANILDI
18 avqust 2022 08:08
- 22 il əvvəl törədilmiş müəmmalı qətlin üstü açıldı
16 avqust 2022 11:06
- İrəvanda partlayış: 61 yaralı, 2 ölü - VİDEO
14 avqust 2022 22:28
- Aqil Əliyevin nəvəsi Riyadın əmlaklarını kim ələ keçirib?
12 avqust 2022 10:41
- Oğlu özünə qəsd etdi, İranın ilk taclı qadını - Azərbaycanlı şahzadə...
12 avqust 2022 08:12
- Kremli işıqsız qoydu- Beriyanın güllələmək istədiyi nazir ...
7 avqust 2022 22:00
- Kubada neft anbarını ildırım vurdu: Onlarla insan....
7 avqust 2022 11:46
- Pozduran Dadaş, “Demirören Holding”, "Scientific Games" və milyonlar... - ARAŞDIRMA
6 avqust 2022 16:28
- “20 ildir pensiya alırdım, 6 aydır kəsilib...”
3 avqust 2022 11:33
- Oğulluğu narkoman oldu, həyat yoldaşını pula görə boğub öldürdü...
3 avqust 2022 01:02
- “Nar” Quba və Mingəçevirdəki abunəçilərinin görüşünə gəlir!
18 avqust 17:59
- Prezident yeni səfirləri qəbul etdi - Fotolar
18 avqust 15:25
- Ərdoğan Ukraynaya getdi - Yenilənir
18 avqust 13:09
- Türkiyədə ilk dəfə erməni qubernator oldu - Foto
18 avqust 12:59
- İntim videosu yayılan polkovnikin rütbəsi geri alındı - SAXLANILDI
18 avqust 08:08
- DSX-nin əsgəri vəfat etdi
17 avqust 22:02
- “Nar” nüfuzlu beynəlxalq mükafata layiq görüldü - Foto
17 avqust 12:41
- Nazir videosu yayılan polkovniki və qadın əməkdaşları işdən çıxardı
17 avqust 08:16
- Laçında mina sahəsi aşkarlandı - Fotolar- 991 ədəd
16 avqust 13:41
- İlham Əliyev 4 yeni səfirin etimadnaməsini qəbul etdi
16 avqust 13:23
- 22 il əvvəl törədilmiş müəmmalı qətlin üstü açıldı
16 avqust 11:06
- İnsan orqanizmi ilə bağlı - Maraqlı faktlar
16 avqust 08:54
- Yasamalda gənc qız özünü kafedən atdı - Fotolar
16 avqust 08:32
- 30 illik birgə həyatın sehri... - Fotolar
16 avqust 08:24
- Səlim Müslümov büdcəyə 20 milyon ödəyib
15 avqust 22:08
- “8 yaşlı qızımı 13-cü mərtəbədən atası atıb” iddiası ilə bağlı
15 avqust 15:52
- Baklda qazi qətlə yetirildi
15 avqust 11:02
- ŞOK OLAY: 2 yaşlı qız onu sancan ilanı dişləyib öldürdü - FOTO
15 avqust 08:13
- İrəvanda partlayış: 61 yaralı, 2 ölü - VİDEO
14 avqust 22:28
- Laçını tərk edən erməni evini yandırır - Video
14 avqust 19:42
- 16-cı əsrdə Hitlerin doğulacağını kim deyib? - “Krım ora birləşəcək”
14 avqust 16:46
- Əflatun Amaşov : “Buna nə deyəsən, nə ad verəsən!”
14 avqust 14:21
- Sabah 41° isti olacaq
14 avqust 13:14
- Tikinti şirkətində çalışan 3-cü kurs tələbəsi yıxılaraq öldü
14 avqust 10:19
- Meral Akşeneri it dişlədi
14 avqust 10:11
- Deputat onun adından yayılan sitatla bağlı - Açıqlama verdi
14 avqust 09:57
- Sabiq nazir müavinin biznesmen oğlu... FOTOFAKT )
13 avqust 21:43
- Bu qəndləri almayın - AQTA-dan xəbərdarlıq
13 avqust 20:48
- Ukraynadan qayıdan rus desant Rus ordusu haqda miskin reallığı-ŞOK
13 avqust 12:35
- Şəmkirdə "Əməkçi qadın" heykəli dağıdılıb - FOTO
13 avqust 11:00