“Humanizmin Azərbaycan simvolu” adlı tədbir keçirilib - Fotolar+Video
Dünən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günü ilə bağlı “Humanizmin Azərbaycan simvolu” adlı tədbir keçirilib. Tədbirdə “Humanizmin Azərbaycan simvolu” kitabının da təqdimatı olub.
NUH.az-ın Azərtac-a istinadən məlumatına görə, tədbiri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov açaraq Mehriban xanımın Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən danışıb: “Xeyirxahlığına, yüksək bacarığına, diqqət və qayğısına görə hamının hörmətini, məhəbbətini qazanmış Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu, mühüm xidmətləri danılmazdır. Əlbəttə ki, bu xeyirxahlıqdan, nəcib əməllərdən, sosial layihələrdən danışarkən Mehriban Əliyevanın 2004-cü ildən bəri rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etməmək mümkün deyil.
Bu gün tam əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu Öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir.
Birinci vitse-prezidentin fəaliyyətində ən mühüm məqamlardan, istiqamətlərdən birini, bəlkə də birincisini şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkünlərlə bağlı məsələlər təşkil edir.
Mehriban xanım Əliyeva bu gün valideyn himayəsindən məhrum olmuş uşaqların mənəvi anası, dərdli şəhid analarının, qaçqın və məcburi köçkünlərin dayağıdır. Harada yardıma möhtac biri varsa, o, Mehriban xanımın pənahındadır. Birinci xanım xeyirxah qəlbinin səsi ilə bütün qüvvəsini, zamanını təmənnasız olaraq insanların rifahı, xoşbəxt yaşamı uğrunda sərf edir.
Bütün bu keyfiyyətlərin məcmusunu xarakterizə edən əsas cəhət isə, əlbəttə ki, Mehriban Əliyevanın müstəqil Azərbaycan dövlətinin yaradıcısı, ümummilli lider Heydər Əliyevin ideyalarının reallaşmasında Prezident İlham Əliyevin ən yaxın silahdaşı olmasıdır”.
Tədbirdə çıxış edən siyasi elmlər doktoru, “Humanizmin Azərbaycan simvolu” kitabının müəllifi Vaqif Abdullayev Mehriban xanımın çoxşaxəli fəaliyyətinə toxunub, Birinci vitse-prezidentin rəhbərliyi altında həyata keçirilən sosial, humanitar və mədəni layihələrə diqqət çəkib. Vaqif Abdullayev vurğulayıb ki, Mehriban Əliyevanın istər Heydər Əliyev Fondunun prezidenti, istərsə də Birinci vitse-prezident kimi fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.
“Humanizmin Azərbaycan simvolu” kitabı haqqında tədbir iştirakçılarına məlumat verən Vaqif Abdullayev, Mehriban xanım haqqında bundan sonra da cild-cild kitabların yazılacağını vurğulayıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva çıxışında Mehriban Əliyevanın əsasən, təhsil sahəsindəki xidmətlərinə diqqət çəkib, bu istiqamətdə həyata keçirilən böyük işlərdən danışıb. İdarə müdiri qeyd edib ki, məhz Birinci vitse-prezidentin bilavasitə qayğısı ilə respublikamızın hər yerində müasir məktəblər inşa edilib, təhsil şəraitinin yaxşılaşması, onun müasir tələblər əsasında qurulması istiqamətində mühüm işlər görülüb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Jalə Əhmədova Mehriban Əliyevanın xalqın böyük məhəbbətini qazandığını vurğulayıb. O qeyd edib ki, xalqın Birinci vitse-prezidentə olan bu sevgisi özünü hər addımda göstərir, bu da təsadüfi deyil. Mehriban xanımın Azərbaycan xalqı qarşısındakı xidmətlərinə toxunan deputat bu xidmətlərin əsrlər sonra da hörmət və ehtiram hissi ilə yad ediləcəyini bildirib.
Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova Mehriban xanımın hər bir vətəndaşa, o cümlədən şəhid ailələrinə, müharibə əlilləri və veteranlara böyük qayğı və diqqət göstərdiyini qeyd edib, onun məhz öz xidmətləri, fədakarlığı sayəsində xalqın sevimlisinə çevrildiyini bildirib. “Humanizmin Azərbaycan simvolu” adlı kitabın önəminə toxunan Nəcibə Axundova, belə nəfis və maraqlı kitab ərsəyə gətirdiyi üçün siyasi elmlər doktoru Vaqif Abdullayevə öz təşəkkürünü bildirib.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova müasir Azərbaycan Respublikasının inkişafında Prezident İlham Əliyevlə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da böyük xidmətləri olduğunu bildirib. Fatma Səttarova qeyd edib ki, hədsiz qayğıkeşliyi və çalışqanlığı, humanizmi və nəcibliyi Mehriban xanımı Azərbaycan xalqına sevdirən əsas xüsusiyyətlərdəndir.
Tədbir bədii hissə ilə davam edib.
- Elmira Süleymanova vəfat etdi
25 aprel 2024 14:50
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 2024 21:20
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 2024 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09