Azərbaycanın Mehriban siması!
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.
Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyətini tamamlayan cizgilər kifayət qədər zəngin və dolğundur.
O, Heydər Əliyev Fondunun rəhbəri, Milli Məclisin deputatı, Birinci vitse-prezident kimi ölkəmizin tərəqqisi, əhalinin sosial rifahı naminə yorulmaz əməyi ilə nümunəvi ictimai xadim obrazını cəmiyyətə təqdim etmiş, Azərbaycanın müasir inkişaf mənzərəsinin daha da zənginləşməsində müstəsna rol oynamışdır.
Mehriban Əliyeva milli-siyasi elitamızın qadın obrazıdır.
Onun ictimai-siyasi fəaliyyəti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi ümummilli siyasətin ayrılmaz hissəsidir. Mehriban xanım Prezident İlham Əliyevin ən yaxın və etibarlı silahdaşı olaraq Azərbaycanın tərəqqi sütunlarının daha da möhkəmlənməsində tükənməz əmək sərf edən nümunəvi şəxsiyyətdir.
O, Müzəffər Ali Baş Komandanla birgə işğaldan azad edilmiş torpaqlarımızda aparılan sürətli bərpa və quruculuq işlərində yaxından iştirak edərək tarixi ərazilərimizin dirçəldilməsində, mədəniyyət paytaxtımız olan Şuşanın öz zəngin tarixi simasının özünə qaytarılmasında yorulmaz fədakarlığını əsirgəmir.
Azərbaycanın Birinci vitse-prezidenti həm də cəmiyyətdə xeyirxahlıq, insanpərvərlik örnəyidir. Aztəminatlı ailələrə, Qarabağ qazilərinə, şəhid ailələrinə və həssas sosial qruplara xüsusi diqqət və qayğı göstərməklə onların sosial dayağına çevrilib.
Hamı onu humanizm və ədalət idealların carçısı, humanist aksiyaların simvolu kimi qəbul edir. Onun humanizminin və xeyirxahlığının əhatə dairəsi təkcə Azərbaycanla məhdudlaşmır, humanitar obrazı həm də dünyanın müxtəlif yerlərində xeyirxahlıqda və insana olan səmimi qayğıda birinci yerdə dayanır.
Mehriban Əliyeva sülh carçısıdır
Beynəlxalq ictimaiyyət onu insanlar arasında ayrı-seçkiliyin aradan qaldırılması, sivilizasiyalararası dialoqun möhkəmlənməsi, zor və təhdidlərə qarşı mübarizliyin obrazı kimi tanıyır.
Mehriban xanım zəngin mədəniyyətimizin, tarixi dəyərlərimizin hamisidir. UNESKO və İSESCO-nun xoşməramlı səfiri kimi onun fəaliyyəti təhsildən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş coğrafiyanı əhatə edir.
Mehriban Əliyevanın Yeni Azərbaycan Partiyasının sədrinin müavini kimi fəaliyyəti də Azərbaycanın siyasi həyatında mühüm mərhələ kimi xarakterizə edilə bilər. Partiya strukturunda dəyişiklik hakim partiyanın siyasi gücünün artmasında böyük bir hadisə kimi dəyərləndirilməlidir.
Onun səmimiyyəti, sadə insanlarla arada heç bir sədd qoymaması, stereotiplərdən uzaqlığı, hər bir insanla mehriban ünsiyyəti, sadə və təvazökarlığı böyük rəğbət doğurur. O, bu barədə fikirlərini bölüşərkən də həddindən artıq səmimidir: “Uğur xatirinə uğur, hakimiyyət xatirinə hakimiyyət və ambisiya mənim üçün heç vaxt aparıcı motiv olmayıb. Əsas məsələ odur ki, ehtiyacı olan insanlara kömək edəsən”.
Bu əlamətdar gündə Mehriban xanımı doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, dövlətimizin və xalqımızın rifah və tərəqqisi yolunda yorulmaz fədakar fəaliyyətində uğurlar arzulayıram.

Vaqif Abdullayev
Siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxalq Münasibətlər və Politologiya Akademiyasının fəxri doktoru
- Ermənilər barışığa can atır, amma heç vaxt inanmaq olmaz – Xankəndili sabiq deputat
21 yanvar 2026 17:09
- İlhamənin oğulluğu Elmira Axundovanın oğlu ilə birləşib deputatlara pul atırdı - Əli Mirəliyevdən ŞOK AÇIQLAMALAR
19 yanvar 2026 17:24
- Prezident və birinci xanım Sürixə getdi (FOTO)
19 yanvar 2026 16:53
- Prezident MİQ-in ödənişli olmasını - Təsdiqlədi
15 yanvar 2026 18:10
- 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı hazırlıqlara başlanıldı - FOTOLAR
10 yanvar 2026 13:30
- Təbriz də ayağa qalxdı: Azərbaycan şərəfdi, Pəhləvi bişərəfdi !
10 yanvar 2026 11:50
- Azərbaycan cazının əfsanəsi erməni əli ilə necə öldürüldü?
7 yanvar 2026 23:05
- MOSSAD İlham Əliyevdən sitat paylaşdı - Foto
7 yanvar 2026 14:07
- İran kökündən dəyişir? - Təbrizli yazar danışır
7 yanvar 2026 00:24
- Dubaydakı dəbdəbəli toyun sahibi Razi Nurullayevin qardaşı imiş - Video
6 yanvar 2026 22:12
- Azərbaycan Qarabağda yaşayan 10 ermənini Ermənistana təhvil verdi
23 yanvar 14:17
- Rəşid Behbudovun qızı...RƏDD ETDİ
22 yanvar 22:18
- İlham Əliyev: Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!
22 yanvar 13:01
- Ermənilər barışığa can atır, amma heç vaxt inanmaq olmaz – Xankəndili sabiq deputat
21 yanvar 17:09
- Bacısı oğlundan keçmiş deputata ittiham: Ştutqartı əlimizdən alıb
21 yanvar 16:58
- Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - Siyahı
21 yanvar 16:49
- Azərbaycan və İsrail prezidentləri görüşdü - Fotolar
21 yanvar 16:43
- Keçmiş vəkil Cavidan Osmanlı hakimin adından saxta sənəd düzəltdi - Qadın 20 min manat əlavə ziyana düşdü
19 yanvar 17:30
- İlhamənin oğulluğu Elmira Axundovanın oğlu ilə birləşib deputatlara pul atırdı - Əli Mirəliyevdən ŞOK AÇIQLAMALAR
19 yanvar 17:24
- Sədrin kabinetində keçirildiyi deyilən əməliyyatla bağlı - Partiyadan açıqlama
19 yanvar 17:10
- Prezident və birinci xanım Sürixə getdi (FOTO)
19 yanvar 16:53
- Aytəkin Cəfərovaya Qarabağda vəzifə verildi
19 yanvar 16:36
- Prezident MİQ-in ödənişli olmasını - Təsdiqlədi
15 yanvar 18:10
- Görün Hacıbala Abutalıbov harada yaşayır (FOTO)
15 yanvar 17:57
- Havanın temperaturu 8 dərəcə enəcək, qar yağacaq
15 yanvar 17:51
- Ramiz Mehdiyev -Elmira Axundova tandeminin adı keçən 8 milyonluq qalmaqal
12 yanvar 19:04
- Deputat öz yerinə onu təyin etdi
12 yanvar 18:53
- Qrenlandiyanı biz ələ keçirməsək, bunu Rusiya və ya Çin edəcək - Tramp
12 yanvar 12:52
- Prezidentin sədrliyi ilə müşavirə keçirildi (FOTO)
12 yanvar 12:44
- Azərbaycan, HAZIR OL ! - Amerikadan ŞOK XƏBƏRDARLIQ gəldi
12 yanvar 11:56
- İranda aksiyalarda ölənlərin sayı 500-ü keçdi
12 yanvar 11:18
- Seyran Səxavət: Yazıçı Anarın yerinə mən olsaydım, hamısını AYB-dən xaric edərdim
11 yanvar 22:42
- Kuba Prezidenti Trampa cavab verdi: Xalqımız son damla qanına qədər vətənini müdafiə etməyə hazırlaşır
11 yanvar 22:26
- Pezeşkian xalqı meydanlara çağırdı
11 yanvar 21:26
- Qaxdakı dünya əhəmiyyətli abidə MƏHV OLMAQ ÜZRƏDİR (VİDEO)
11 yanvar 21:18
- Azərbaycanda 14 gün İŞ OLMAYACAQ
11 yanvar 15:15
- Ağdərədə mina partladı: Xəsarət alan var
11 yanvar 15:01
- Adnan Əhmədzadənin adı hallanan Grand-Martın 4 MİLYON VERGİ BORCU
11 yanvar 13:57
- Tüstü bacaları ölüm saçır: Məsuliyyəti kimsə üzərinə götürmür
11 yanvar 13:02
- İranda etirazçılara sərt xəbərdarlıq - Bu şəxslər EDAM olunacaq
11 yanvar 12:56
