Fransa və ABŞ səfirləri yenə Şuşaya getmədilər
Bu gün Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlərə və planlara, postmünaqişə dövründə minatəmizləmə əməliyyatlarına və şəhərsalma potensialının istifadə edilməsinə, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans öz işinə başlayıb.
“Qafqazinfo”nun məlumatına görə, tədbirə Azərbaycanda akkreditə olunmuş, eyni zamanda, Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun nümayəndələri, hərbi attaşelər, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksəkvəzifəli şəxsləri də olmaqla ümumilikdə 160-dan çox nümayəndə qatılıb.
Qonaqlar arasında nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri də yer alıb. Avropa İttifaqının, BMT-nin və bu təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığının, Uşaq Fondunun, İnkişaf Proqramının, Əhali Fondunun, Dünya Bankının, Türk Dövlətləri Təşkilatının, TÜRKSOY-un, Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın, Avropa Yenidənqurma və İnkişaf Bankının, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun, Beynəlxalq Miqrasiya Təşkilatının, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin nümayəndəliklərinin rəhbərləri tədbirdə iştirak edənlər arasındadır. Konfransda demək olar ki, bütün qitələri əhatə edən səfirlik və hərbi attaşelər yer alıb. Böyük Britaniya, Niderland, İsveç, Danimarka, Belçika, Almaniya, İtaliya, Kanada, İran kimi ölkələrlə yanaşı uzaq Dominikan, Qvineya, Qvatemala, Uqanda, Kamerun, Namibiya və digər ölkələrin də təmsilçiləri iştirak edirlər.
Lakin qəribədir ki, ötən konfranslarda olduğu kimi, bu dəfə də ABŞ və Fransanın ölkəmizdəki səfirləri Şuşada keçirilən mötəbər tədbirə qatılmayıblar. İllərdir Qarabağ probleminin həlli ilə bağlı üzərinə missiya götürmüş Minsk Qrupunun həmsədr ölkələrinin Bakıdakı səfirləri bu dəfə də uzlaşdırılmış mövqe nümayiş etdiriblər. Sözügedən səfirlərin bu cür qeyri-diplomatik demarşının səbəbləri hələ də aydın deyil.
Rəsmi Vaşinqton və Parisin bu addımını yalnız ermənipərəst mövqe kimi şərh etmək olar. Çünki Şuşadakı bu konfrans işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlərə və planlara, postmünaqişə dövründə minatəmizləmə əməliyyatlarına və şəhərsalma potensialının istifadə edilməsinə, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunub. Belə görünür ki, həmsədr ölkələr müharibənin nəticələrinin aradan qaldırılması barədə yox, davam etməkdə olan Azərbaycan-Ermənistan qarşıdurmasının dərinləşdirilməsində maraqlıdırlar. Belə olmasaydı, səfirləri Şuşadakı kofransda iştirakdan imtinaya nə vadar edə bilərdi?
Azərbaycana münasibətdə ermənipərəst siyasət yürüdən rəsmi Parisin mövqeyi aydındır. Biz bu münasibəti 44 günlük Vətən müharibəsində də aşkar şəkildə gördük. Müharibənin ilk günlərindən aşkar və qatı ermənipərəst mövqe tutan Fransa Ermənistanı bütün beynəlxalq təşkilatlarda və tribunalarda dəstəklədi, hətta Senatı vasitəsilə Qarabağdakı terrorçu xuntanın “tanınması” barədə qərar qəbul etdi.
Azərbaycanın strateji tərəfdaşı olan ABŞ-ın bu addımı isə sadəcə təəssüf doğurur. ABŞ səfirinin Şuşa konfransında iştirak etməməsi ən yüngül formada ifadə etsək, Azərbaycan xalqına və cəmiyyətimizə hörmətsizlikdir və sözsüz ki, iki ölkə arasında münasibətlərə təsirsiz ötüşməyəcək.
Xatırladaq ki, Fransa və ABŞ səfirlərinin Şuşada təşkil olunan beynəlxalq tədbirlərdən kənar qaçması ilk dəfə deyil. Bundan əvvəl də Azərbaycan hökumətinin dəvəti ilə iyulun 9-10-u Füzuliyə, oradan isə Şuşaya səfər edən xarici ölkə səfirlərinin arasında ABŞ, Rusiya və Fransa səfirləri olmayıb. Həmin ölkələrin səfirləri Azərbaycan hökumətinin dəvətini qəbul etsələr də, Şuşaya getməkdən imtina ediblər.
- Dünya ordularının reytinq sıralaması
22 mart 2024 23:02
- Azərbaycanlı ictimai fəalı Türkiyədə kim döy(dür)üb?-Zərəçəkən bəzi məmurlardan şübhələnir-Video
22 mart 2024 20:55
- İki gün qaldı - 4 kəndimiz qaytarılır...
22 mart 2024 19:56
- Səməd Vurğunun qeyri-adi DƏFNİ
21 mart 2024 21:47
- Türkiyə iqtisadiyyatı Almaniya və Yaponiyanı da arxada qoyacaq
20 mart 2024 18:57
- Prezident Natəvanın heykəlindən danışdı
14 mart 2024 17:53
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Bağırov və Beriya müsavatçı olublar - Ermənilərlə 40 il bir evdə yaşayan inqilabçının qohumu DANIŞDI
11 mart 2024 00:30
- Yüzminlər adından deputatlara: mühüm və təcili müraciət
10 mart 2024 18:49
- Makronun həyat yoldaşı cinsiyyətini dəyişib ?
10 mart 2024 12:38
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06