“Ballıqaya faciəsi”ndən 30 il ötür…

Azərbaycan xalqı uzun illər erməni terrorçuların törətdiyi qırğınlardan, beynəlxalq ictimaiyyətin susması nəticəsində daha da azğınlaşan Ermənistanın quldur dəstələri vasitəsilə həyata keçirdiyi soyqırım və işğaldan əziyyət çəkib. Bu gün xalqımıza qarşı törədilmiş həmin cinayətlərin hər birinin qisası alınıb, Azərbaycanın Müzəffər Ordusu döyüş meydanında böyük şücaət göstərərək işğala son qoyub. Lakin Ali Baş Komandan İlham Əliyevin də çıxışlarında dəfələrlə dediyi kimi, Azərbaycan xalqına qarşı yönəlmiş qırğınların heç biri unudulmayacaq, təcavüzkar Ermənistan hüquqi müstəvidə cavab verməyə məhkum ediləcək.
Qüdrətli Azərbaycan dövləti, onun lideri və ətrafında yumruq kimi birləşən xalqı 44 gün ərzində Ermənistan ordusunu darmadağın edərək, illərin həsrətini sonlandırdı, düşmənə sarsıdıcı zərbə vurdu. Ancaq danılmaz həqiqət var ki, qayıtdığımız torpaqların bəlkə də hər qarışında erməni quldurları xalqımıza qarşı saysız-hesabsız vəhşiliklər törədiblər. Torpaqlarımız işğaldan azad edilsə də, ermənilərin törətdikləri həmin qətliamlar heç zaman unudulmayacaq, əli Azərbaycan xalqının qanına batmış son terrorçu cavab verənə qədər mübarizəmiz başa çatmayacaq.
Bu gün Azərbaycan xalqının heç zaman unutmayacağı günlərdən biri, qan yaddaşımıza çevrilən “Ballıqaya faciəsi”nin ildönümüdür.
1992-ci ilin yay aylarında Laçın rayonundan qaçqın düşmüş və Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmış, yaxın qohumluq münasibətləri olan altı ailə heyvandarlıq üçün əlverişli olan Goranboy rayonunun Ballıqaya kəndində məskunlaşmışdılar. 1992-ci ilə qədər Laçın rayonu Azərbaycanda heyvandarlığın yüksək inkişaf etdiyi rayonlardan biri sayılırdı, bu sahə rayonda əhalinin əsas məşğuliyyəti idi. 18 may 1992-ci il tarixində Ermənistan silahlı birləşmələri tərəfindən Laçın rayonu işğal edildikdən sonra rayonun əhalisi Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Heyvandarlıqla məşğul olan rayon sakinləri daha çox bu fəaliyyət növü üçün əlverişli olan Beyləqan, Bərdə, Goranboy və digər ətraf ərazilərdə məskunlaşmışdı. 1992-ci ilin avqust ayında Ballıqaya kəndində çadırda məskunlaşan Laçın rayon sakinləri də buraya bu məqsədlə gəlmişdilər.
Tarixdə “Ballıqaya qətliamı” kimi tanınan hadisə 1992-ci ilin avqust ayının 28-də səhər saat 5 radələrində baş vermişdir. Hadisə günü Ermənistan ordusunun 10-12 nəfərdən ibarət diversiya qrupu əraziyə daxil olaraq 24 nəfəri amansızlıqla qətlə yetirmiş, 9 nəfəri isə ağır yaralamışdır. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri idi.
“Ballıqaya qətliamı”nın canlı şahidi Şəhla Quliyeva müsahibələrindən birində göz yaşları içində faciəni xatırlayaraq deyir ki, səhər saat beş radələrində ermənilər işıqlandırıcı fişənglərdən istifadə edərək hücuma başlayıblar. Çadırlarda məskunlaşan dinc əhali gülləbaran edilib. Erməni quldurları tərəfindən Şəhla Quliyevanın qayınanasına 88 güllə vurulub. Onun baldızları olan Kəmalə və Zeynəb isə həmin vaxt ermənilərin buna qədər Başqışlaqda törətdiyi vəhşilikləri yada salaraq, dəhşət içində eyni şeyləri yaşamaqdansa, ölməyin daha yaxşı olduğunu bildiriblər.
Qətlə yetirilənlər arasında azyaşlılar, qadınlar və uşaqlar çoxluq təşkil edib. Belə ki, qətliamda altı uşaq və 13 qadın amansızlıqla qətlə yetirilib, uşaqlardan ən böyüyünün 12 yaşı, ən kiçiyi Hümbətov Canpolad Vəzir oğlu isə cəmi 6 aylıq olub. Bundan əlavə, qətlə yetirilən 24 nəfərdən altısı yaşlı şəxslər olub. Onlardan ən böyüyü Vəliyeva Zeynəb Hüseyn qızı 93 yaşında olub. Ümumilikdə Ballıqayada qətlə yetirilmiş 11 kişi (5-i uşaq, 2-si yaşlı şəxs), 19 nəfəri qadın olub. Onlar xüsusi amansızlıqla, iriçaplı atıcı silahlardan atılan atəş nəticəsində qətlə yetirilib, həlak olmuş şəxslərin bəzilərinin meyitləri yanıb.
Bundan əlavə qətliam zamanı 9 nəfər – Məhərrəmov Yaqub Cəmil oğlu, Məhərrəmova Xoşbəxt Kamil qızı, Məhərrəmova Südabə Cəmil qızı, Muradova Xuraman Məhəmməd qızı, Quliyeva Şəhla Məhəmməd qızı, Mehdiyeva Lamiyə Rəhbər qızı, Mehdiyev Elxan Rəhbər oğlu, Mehdiyev Məhəmməd Rəhbər oğlu, Abdullayeva Züleyxa İbrahimxəlil qızı ağır bədən xəsarəti alıb. Uzunmüddətli müalicə prosesinə baxmayaraq, onlardan bir çoxunun sağlamlığını bərpa etmək mümkün olmayıb. Hadisə nəticəsində yaralanmış üç azyaşlı uşaq hər iki valideynini itirib.
Erməni quldurları Ballıqayada üzərində heç bir silah olmayan, özünü müdafiə etmək imkanlarından məhrum dinc sakinlərə amansızlıqla hücum edərək, bəşəriyyətə qarşı növbəti cinayətlərini törədiblər. Qana susamış qatillər Qaradağlı, Xocalı, Ağdaban, Başlıbeldə olduğu kimi Ballıqayada da öz iyrənc xislətini, Azərbaycan xalqına qarşı kinini ortaya qoydu, bu qətliamı törətməklə dünya tarixinə növbəti qara ləkə kimi düşdü. Ermənilər bütün bu faciələrdə günahsız, ən əsası isə əliyalın insanları hədəf seçməklə əsl simalarını ortaya qoydular. Onlar üçün yaşlı, qadın, uşaq fərq etmədi. Çünki qətlə yetirilənin sadəcə azərbaycanlı olması belə vəhşi ehtirasların quluna çevrilmiş iyrənc ruhlarını bədənlərindən ayırmağa, sonsuz həzz almağa kifayət edirdi. Erməni cəlladları Ballıqayada, Xocalıda və xalqımıza qarşı dəhşətli cinayət törətdikləri bütün digər məqamlarda insanlıq üçün utanc mənbəyinə çevriləcək hər cür məkrli, iyrənc əməllərə imza atdılar, sadə vətəndaşları amansızlıqla, üstəlik bundan zövq alaraq qətlə yetirdilər.
Tarix göstərir ki, ermənilər üçün heç bir müqəddəs anlayış, hörmət və ehtiram göstərdikləri heç bir məfhum yoxdur, onlar sadəcə ruhlarını qidalandıran ifrat düşmənçilik ideyalarının quluna çevrilib, öz xain əməllərinin icrası üçün bəşəriyyətin sahib olduğu bütün dəyərləri ayaq altına səriblər.
Odur ki, bu xisləti daşıyan düşmənə qarşı heç zaman unutqanlığa yol vermək olmaz. Bu gün Azərbaycan dövləti və xalqı da məhz bu prinsipi rəhbər tutur. Ədalət öz yerini tapıb, “Ballıqaya”nın da digər cinayətlərin də qisası alınıb, erməni şovinizmi üzərində parlaq qələbə qazanılıb, lakin tarixi unutmaq və unutdurmaq olmaz. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, təcavüzkar bütün cinayətlərinə görə mütləq cavab verəcək.
Çünki cəzasını çəkməyən hər bir qatil, həmin əməli bir gün mütləq təkrarlayacaq. Erməni terrorçuların 90-cı illərdə törətdikləri qətllərə dünya göz yumduğu üçün onların cəzası gecikdi. Nəhayət 44 günlük müharibə dövründə ermənilər yenidən həmin cinayətləri törətdilər. Bərdə, Gəncədə dinc insanların hədəf alındığı hücumlar edildi.
Azərbaycan Prezidenti Gəncəyə edilmiş namərd hücumla bağlı danışarkən bunu hərbi cinayət adlandırıb:
“Gəncəyə iki namərd hücum və Gəncə şəhərinin ballistik raketlərlə vurulması hərbi cinayətdir. Ermənistan rəhbərliyi bu cinayətə görə cavab verəcək. Bu, qəsdən törədilmiş cinayətdir. Məhz mülki əhalinin yaşadığı yerləri məqsədyönlü şəkildə atəşə tutublar”.
Onlarla dinc sakin, körpə uşaqlar, yaşlılar bu xain hücumların qurbanı oldular. Döyüş meydanında ordumuzun qarşısından qaçanlar, üzbəüz döyüşə mərdliyi, şərəfi, ləyaqəti çatmayanlar cəbhədən çox uzaqlardakı şəhərlərimizə hücumla bir daha bizə öz xislətlərini xatırlatdılar. Göstərdilər ki, tarixi unutmaq olmaz, terrorçu kimliyi şüuruna hopan ermənilər üzərindən illər keçsə də, həmin mənfur xüsusiyyətlərini qoruyub saxlayırlar.
Azərbaycan dövlətinin rəhbəri, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də öz çıxışlarında erməni vəhşiliklərinə diqqət yetirib, törədilmiş cinayətlərin hər birinin - 90-cı illərin əvvəlləri, həm də Vətən müharibəsinin gedişində törədilmiş cinayət əməllərinin, ölkəmizin sərvətlərinin istismarı ilə bağlı qanun pozuntularının hər birinin araşdırılacağını və hüquqi qiymət veriləcəyini bildirib. Dövlət başçısı xüsusilə vurğulayıb ki, törədilmiş vəhşiliklər unudulmayacaq, erməni terrorçular, xalqımızın sərvətlərini talan edənlər beynəlxalq məhkəmələrə veriləcək.
Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib:
“Biz Ermənistan ordusu tərəfindən törədilmiş vəhşilikləri unuda bilmərik. Biz heç vaxt Ermənistan və qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbərliyi tərəfindən törədilmiş Xocalı soyqırımını və günahsız qurbanların xatirəsini unutmayacağıq. Bu səbəbdən həmin yaddaşın bizimlə qalacağını anlamaq olduqca vacibdir. Bu yaddaş qəlblərimizdə yaşayacaq”.
Azərbaycan Prezidentinin dediyi kimi, bu yaddaş bizimlə qalacaq, qəlblərimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı nə “Ballıqaya faciəsi”inin qurbanlarını, nə Xocalını, nə Qaradağlını, nə Ağdabanı, nə Başlıbeli, nə də törədilmiş digər cinayətləri unutmayacaq. Xalqımız bu gün “Ballıqaya faciəsi”nin 30-cu ildönümündə faciənin günahsız qurbanlarını hörmət və ehtiramla yad etdiyi kimi bundan sonra bəşəriyyət var olduqca bu tarixləri yaddaşından silməyəcək. Azərbaycan dövlətinin, onun liderinin və xalqının haqlı mübarizəsi sonda bütün cinayətkarların törətdiyi əməllərə görə cavab verməsi, ədalətin parlaq zəfəri ilə yekunlaşacaq!
- Ay nazir, sənə yazmışam, niyə cavab vermirsən?
17 sentyabr 2025 12:22
- Bakının işğaldan azad edilməsindən 107 il ötür
15 sentyabr 2025 00:55
- Dünyanın ən təhlükəli dərmanı... - Bakıda reseptsiz satılır
12 sentyabr 2025 10:56
- AZAL təyyarəsinin vurulmasında bu generalın rolu olub - sensasion faktlar yayıldı
6 sentyabr 2025 22:36
- Böyük terror-un kiçik qurbanları – Stalin rejiminin düşərgələrdə məhv etdiyi körpələr
6 sentyabr 2025 14:42
- Lavrov Özbəkistanda RUS dilinə görə biabırçılıq etdi: - SKANDAL
5 sentyabr 2025 10:54
- BİR RİYAZİYYATÇININ MANİFESTİ - Etibar Əliyevin YAZISI
5 sentyabr 2025 01:00
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
4 sentyabr 2025 14:19
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
3 sentyabr 2025 15:05
- Mən Putinlə bağlı çox məyus olmuşam - Tramp dünyanı şoka salan açıqlama verdi
2 sentyabr 2025 23:20
- Tramp Britaniyada qaydaları pozdu: Kraldan qabağa keçmək və ona toxunmaq qadağandır
18 sentyabr 01:38
- Arvaddır, boşayıram, yenə alacağam
18 sentyabr 00:23
- Azərbaycanda qeydiyyatda olan narkomanların sayı açıqlandı - 40 MİN 490
17 sentyabr 22:34
- Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək (SƏRƏNCAM)
17 sentyabr 21:52
- Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı təsdiq edildi
17 sentyabr 21:00
- Gürcüstan Azərbaycana borcunu tam ÖDƏDİ
17 sentyabr 13:57
- Ay nazir, sənə yazmışam, niyə cavab vermirsən?
17 sentyabr 12:22
- Azərbaycan Prezidenti Donald Trampa təşəkkür etdi
17 sentyabr 11:52
- QARABAĞ-ın Lissabon zəfəri -FOTO
17 sentyabr 02:19
- Türk Dünyası Gənclik Qurultayı
16 sentyabr 22:57
- Bu şəxslərə birdəfəlik 500 manat veriləcək
16 sentyabr 22:06
- Cəlilabadda məktəbli sinif yoldaşını bıçaqla öldürdü
16 sentyabr 15:44
- Veysəloğlu-Distribusiya ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - Xoşbəxtlik Çantası layihəsinin növbəti mərhələsi baş tutdu
16 sentyabr 15:34
- İlham Əliyev BƏƏ Prezidentini Füzulidə qarşıladı - Fotolar
16 sentyabr 13:23
- Özbəkistan Rusiyaya nota verdi
16 sentyabr 13:08
- Ağsu sakini nazir Vilayət Eyvazova müraciət etdi
16 sentyabr 12:26
- Azərbaycan təhsil xərclərini 1 % artırır
16 sentyabr 11:23
- Bir evdən 6 uşaq məktəbə getdi
16 sentyabr 11:11
- Prezident Selçuk Bayraktaroğlunu qəbul etdi (FOTO)
16 sentyabr 01:57
- Bakcell Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
16 sentyabr 01:12
- Özbəkistan səfərindən tez-tələsik təəssüratlarım - iLQAR TAĞI
16 sentyabr 00:33
- Azərbaycanlı Rusiyada deputat seçildi
15 sentyabr 11:26
- Kəlbəcərdən çıxanda 80 yaşı olub - İndi 113 yaşında qayıdır
15 sentyabr 10:21
- Prezident Seyidbəyliyə getdi - Fotolar
15 sentyabr 09:59
- Asiyada ən böyük hərbi təlim başlanır - Üç ölkə üç məkanda...
15 sentyabr 09:46
- Bakının işğaldan azad edilməsindən 107 il ötür
15 sentyabr 00:55
- Azərbaycanda Bilik Günüdür
15 sentyabr 00:42
- Rusiya Britaniyanın müsəlman daxili işlər nazirini hədəfə alıb - Kreml mediası Şabanaya böhtanlar yağdırır
14 sentyabr 23:51
- Sumqayıtda xəstəxana həyətindən 8 aylıq qız DÖLÜ TAPILIB
14 sentyabr 18:04
- Bu gün erməni əsilli şəxs Xankəndidə polisə qumbara atdı, atəş açdı...
14 sentyabr 17:43