NAR zərərçəkmiş məktəblərin şagirdlərini sevindirdi - Fotolar
Yeni tədris ili məktəblərin qapılarını yenidən şagirdlərin üzünə açdı. Zəng səsləri şagirdləri sinif otaqlarına səslədi. Bu sevinc ölkəmizin dörd bir yanında yaşandı. Çiyninə ilk dəfə çanta alıb məktəbə gələn uşaqların da həyatlarında yeni bir səhifə açıldı.
İşğaldan azad edilən torpaqlarımızda yerləşən, müharibədən zərərçəkmiş məktəblərin müəllim və şagirdləri üçünsə bu sevinc və fərəhi yaşamağın ayrı bir duyğusu və gözəlliyi var.
NAR-ın dəstəyi ilə Vətən müharibəsində hərbi əməliyyatlar zamanı Füzuli və Ağdam rayonlarının zərərəçəkmiş məktəblərinə səfər zamanı bu fərəhi şagirdlərin, müəllimlərin və valideynlərin üzündə daha aydın müşahidə etdik. Balacaların sevinc dolu ürək sözlərini, valideynlərinin fərəhini bölüşdük. Beş zərərçəkmiş orta məktəbin birincilərinin məktəbə ilk dəfə qədəm qoyma sevinclərinə rəngli dərs ləvazimatlarının da sevinci qarışdı.
NAR-ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov qeyd etdi ki, mobil operator ənənəvi korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində təhsil alan şagirdlərin məktəb həyatına ilk addımlarını dəstəkləyir: “Məqsəd bölgələrdə təhsil alan şagirdlərin ailələrinə dəstək olmaq və şagirdlərə dərslərində daha da uğurlu olmaları üçün stimul verməkdir”.
Vətən müharibəsində döyüşən məktəb
1-ci və 2-ci Qarabağ müharibəsində şəhid olan qəhrəman hərbçilərimizin portretləri ilə bəzənən küçələrdən keçib Füzuli rayonunun Qarabağ regional Təhsil İdarəsinin şəhid Əkrəm Səlimov adına Kərimbəyli kənd tam orta məktəbinin binasına çatırıq. Təhsil ocağının şagird və müəllim kollektivi, həmçinin valideynlər 1-cilərə dəstək hədiyyələrini böyük sevinclə qarşılayırlar.
Kərimbəyli kəndi 1993-cü ildə ermənilər tərəfindən işğal olunub. Bır sıra evlər atılan mərmilərdən dağılıb. İndi də mərmilərin qorxunc səsi kənd camaatının qulaqlarında səslənir. 1988-ci ildən fəaliyyət göstərən kənd məktəbi də müharibə zamanı yerli əhalisi ilə birgə qəhrəmanlıqla döyüşüb. Təhsil ocağı Vətən müharibəsi günlərində hərbçilərimizə qapılarını açıb, N saylı hərbi hissənin kəşfiyyat bölümü kimi fəaliyyət göstərib. Məktəbin müəllim və texniki heyəti isə əsgər və zabitlərimizə qulluq edib. Kənd camaatı əsgərləri lazımı əşyalarla, yemək-içməklə təmin edib. Hərbçilərin ilk yaralarını sarıyan da kəndin camaatı olub.Məktəb kəndin ilk şəhidinin adını daşıyır. Məzunlarından 200 nəfəri müharibə iştirakçısıdır, 12 nəfəri Qarabağ uğrunda döyüşlərdə şəhid olub.
Vətən müharibəsi bitəndən sonra məktəbin sinif otaqları və dəhlizləri yenidən şagirdlərin səs-küyü ilə rövnəqlənib. Müəllimlər öz vəsaitləri hesabına sinif otaqlarını təmir etdiriblər. Hazırda əsaslı təmirə ehtiyacı olan məktəbdə ümumilikdə 430 şagird təhsil alır ki, onlardan 8 nəfəri şəhid övladıdır.
Bu tədris ilində məktəbin birinci sinfində 42 şagirdin təhsil aldığını bildirən məktəbin direktoru Rəvan Cəfərzadə şagirdlərə göstərilən dəstəyi xeyriyyəçilik təşəbbüsü adlandırdı: “Bizim kəndin camaatı müharibənin bütün dəhşətini görüb. Bu şagirdlər də həmin dövrün çətinliklərini yaşaya-yaşaya böyüyürlər. Xüsusən müharibədən zərərçəkən məktəblərə belə yardımların göstərilməsi böyük köməkdir. Bu, həmçinin aztəminatlı ailələrə yardımdır. Bu gün birincilər ikiqat sevinc yaşadılar...”
1-cilərin müəllimi Əsmər Həsənova “Birincilər üçün hədiyyə təkcə şagirdlərdə deyil, valideynlərdə də ruh yüksəkliyi yaradıb”- deyə sevincini ifadə etdi: “Elə ailələr var ki, onların uşaqlarına dərs ləvazimatı almağa imkanları yoxdur. Kənddə belə ailələr çoxdur. Bu uşaqların dərs ləvazimatına ehtiyacları vardı. Bu hədiyyələr onlar üçün əsl sevincdir”.
1-ci sinif şagirdi Aysu Həsənovanın sevincini duymaq üçün üzünə baxmaq kifayətdir. Məktəb hədiyyəsini qucaqlayıb sevinir: “Çantada rəngli karandaşlar, dəftərlər, qələmlər, kitablar var...”. Nənəsi Solmaz Məmmədova da dəstəyi özəl təşəbbüs kimi dəyərləndirdi: “Uşaqların üzündəki gülüş, gözlərindəki təbəssüm bu sevinci ifadə edir”.
Muxtar Əhmədov da şagird olmağın sevincini yaşayır: “Dərslərimi yaxşı oxuyacağam. Böyüyəndə həkim olmaq istəyirəm. Yeni rəngli çantama görə çox sevinirəm...”.
Məktəbin müəllimləri də birincilərə verilən hədiyyələrə görə təşəkkürlərini ifadə etdilər: “Şagirdlər üçün bundan gözəl hədiyyə ola bilməz. Bu dəstək bizim üçün çox əhəmiyyətlidir”.
Hədiyyənin bəxş etdiyi stimul
NAR-ın məktəblilərə dəstək aksiyasının növbəti ünvanı rayonun şəhid Ağamoğlan Cəbrayılov adına Aşağı Alxanlı kənd məktəbi oldu. Məktəbin 100 illik tarixi var. Vətən müharibəsi vaxtı Füzuli rayonunun ermənilərlə məsafədə son yerləşdiyi kənd olub. Əhalini cəbhə bölgəsindən üç kilometrlik məsafə ayırıb. 44 günlük müharibədə məktəb binasında hərbi hissə yerləşib. Köhnə və təmirsiz tikili müharibəyə şahidlik edib.
Vətən müharibəsində qazanılan böyük Zəfər məktəbin qapılarını da yenidən müəllim və şagird kollektivinin üzünə açıb. Hazırda təhsil ocağında 199 şagird oxuyur.
Məktəbin direktoru Tariyel Əliyev bu tədris ilində məktəbdə iki 1-ci sinfin dərsə başladığını dedi: “Bu tədris ilində 30 şagird 1-ci sinifdə oxumağa başlayıb. Artıq kənddə əhalinin sayı artdıqca məktəbə gələn uşaqların da sayı çoxalır”. Direktor: “Uşaqların üzündəki sevinci görüb özüm də uşaq kimi sevinirəm” dedi: “Şagirdlərə bundan layiqli hədiyyə təsəvvür eləmirəm. Bu, çox gözəl təşəbbüsdür. Yeni tədris ili üçün 1-ci sinif şagirdlərinin lazımlı dərs ləvazimatları ilə təmin edilməsi nümunəvi təşəbbüsdür. Bu dəstək valideynlərin qayğısını azaltdı. Belə təşəbbüslərin davamlı olmasını arzulayırıq!”
İbtidai sinif müəllimi Gülşanə Hacıyeva da müharibədən zərər çəksə belə məktəbdə şagirdlərin dərsə gəlməsinə görə sevincini ifadə etdi: “Biz hələ müharibə vaxtı bu kəndin üzləşdiyi acıları unutmamışıq. Onda uşaqlar da məktəbdən məhrum olmuşdu. Ev-eşiklərindən hamı didərgin düşmüşdü. Şükür ki, böyük Zəfərimizdən sonra Aşağı Alxanlı kəndi də öz sakitliyinə qovuşdu. Bu gün məktəbin qapılarının uşaqların üzünə açıq olmasını görməkdən, şagirdlərin dərsə getmək sevincini yaşamaqdan böyük xoşbəxtlik yoxdur. Uşaqlarımızın təhsil almasını, parlaq gələcəklərinin olmasını arzulayırıq. Belə bir həssas vaxtda məktəbimizin şagirdlərinə göstərilən dəstək bizim uçun böyük stimuldur”.
Məktəbin 1-ci sinif şagirdi Hüseyn Hüseynli sevinc içindədir: “Hədiyyə məni sevindirdi. Dərslərimi yaxşı oxuyacağam. Böyüyəndə hərbçi olmaq istəyirəm”.
Gözlərində sevinc, üzlərində saflıq olan bu uşaqlar Vətənimizin gələcəyi, bizim sabahımız, ölkəmizin gələcək qurucularıdır. Onların layiqli vətəndaş kimi yetişmələri, Vətəni sevmələri, şəxsiyyətyönümlü böyümələri üçün hər birimizin üzərinə vəzifə düşür. Xüsusən əgər söhbət müharibədən zərərçəkmiş ərazilərdən və məktəblərdən gedirsə, bu dəstək təkcə sosial məsuliyyət deyil, həm də yüksək humanizm nümunəsidir.

- Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
26 fevral 2026 22:18
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- Mehdiyevi AMEA-dan çıxardacaqdılar, yatdılar - İclasdan maraqlı (FOTOLAR ) )
25 fevral 2026 18:45
- Bakıdan Laçına ilk avtobus marşrutu yola düşdü - Fotolar
25 fevral 2026 10:50
- Nəriman Həsənzadəyə Heydər Əliyev ordeni təqdim olundu - Fotolar
24 fevral 2026 16:11
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 2026 13:39
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 2026 11:12
- Prezident daha bir qəbul keçirdi - Fotolar
9 fevral 2026 14:26
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
9 fevral 2026 10:56
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
5 fevral 2026 12:48
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
