Tualet kağızının faydası barədə...- ALİM RƏYİ
Dünyada pandemiya böhranının yaşanması və virusla mübarizə dövründə gigiyenik qaydaların nə qədər vacib olduğu hər kəsə bir daha məlum oldu.
Bizə müraciət edən pasientlər arasında da hər zaman rastlaşdığımız, gözdən qaçan, fikir verilməyən hallardan biri də gigiyenik qaydalar, fərdi gigiyena qaydaları və onlardan düzgün istifadəsinin göz ardı edilməsidir.
Bəzən çox nadir diqqət yetirilən, ancaq kifayət qədər xəstəliklərə səbəb olan hallar var ki, onlardan biri haqqında geniş məlumat vermək istəyirəm. Bu, tualet kağızından istifadə edilmədikdə yarana biləcək xəstəliklər və fəsadlarına aid mövzudur.
Əsasən bölgələrdə çox rastlaşılan hallardan biri odur ki, insanlar yuyunduqdan sonra ümumiyyətlə tualet kağızından istifadə etmir. Səbəbini araşdırdıqda, bizim insanlar tualet kağızının suyun əvəzləyicisi olduğunun fikrindədir. Onları da başa düşmək olar, çünki tualet kağızının istifadəsini Sovet dönəmində vahid ölkədə yaşadığımız şimal və digər sudan istifadə etməyən, tualetdən sonra təmizlənməni sadəcə tualet kağızı ilə silinməklə həyata keçirənlərdən görüblər. Halbuki, tualet kağızının funksiyası yuyunduqdan sonra dərinin (bədənimizin ən həssas dərisi olan yerlərin) qurudulmasıdır. Su ilə yuyunma gigiyenanın təməlidir, amma yetərli deyil.
Belə ki, xəstəliklərin artdığı dönəmdə son zamanlar gələn şikayətlər araşdırıldıqda, altda yatan səbəblərdən biri tualet kağızından istifadə edilməməsi və ya düzgün istifadə edilməməsidir. Bəs tualet kağızından istifadə edilmədikdə nələrlə rastlaşa bilərik?
Su ilə yuyunduqdan sonra tualet kağızından istifadə edilməməsi bir sıra xəstəliklərə yol aça bilər. Bunların içərisində xüsusi əhəmiyyət kəsb edən infeksion (bakterial, virus, göbələk mənşəli və.s) xəstəliklərdir. Yuyunduqdan sonra tualet kağızından istifadə edilmədikdə ilk növbədə anal və vaginal bölgənin yaxşı qurudulmaması nəticəsində infeksion xəstəliklər riski artır.
Uşaqlarda istifadə edilməməsi, xüsusən qız uşaqlarında, tez-tez təkrarlanan sidik yolu infeksiyalarına (sistitə) səbəb olur. Eyni zamanda kişilərdə, xüsusən sidik ifrazından sonra yuyulması halları və yaxşı qurdulmadıqda inefksion (bakterial, göbələk mənşəli) xəstəliklərin yaranması nəticəsində qaşıntı, prostat xəstəlikləri, qızarıqlıq, cinsi bölgədən pis qoxunun gəlməsi şikayətləri ilə rastlaşırıq.
Həmçinin xanımlarda da vaginal bölgənin qurudulmaması sidik yolu, genital infeksiyalar riskini də artırır. Belə olan halda xanımlarda qaşıntılar, səpgilər, pis qoxulu axıntı şikayətləri ilə rastlaşa bilərik.
Həmçinin genital nahiyə ən çox tərləyən bölgələrdən olduğu üçün infeksiyaların inkişafı üçün əvəzolunmazdır. Bunun qarşısını almaq üçün əhəmiyyətli tədbirlərdən biri də genital nahiyəmizi quru saxlamağımızdır. Yuyunduqdan sonra tualet kağızından istifadə etməklə genital bölgəmizi qurulayıb infeksion xəstəliklərlə yanaşı hemoroidal xəstəliklər (xüsusən anal fistuların) əmələ gəlməsinin qarşısını ala bilərik.
Sual yarana bilər ki, tualet kağızı əvəzinə niyə dəsmallardan istifadə etmirik, niyə qurulanmanı onunla həyata keçirmirik? Qeyd etmək istəyirəm ki, tualet kağızından istifadə edilmədikdə, əvəzində dəfələrlə istifadə olunan dəsmal və başqa vasitələr (təkrar emal olunmuş kağızlardan istehsal olunmuş sərt boz rulonlardan, “tək rulon” adlandırılan tualet rulonundan) istifadə olunarsa, həmçinin E.Coli, Clostridium, Fusobacterium və. s kimi infeksion xəstəliklərinə yoluxmasına səbəb ola bilər.
Ona görə də qeyd edilənləri nəzərə alaraq mütləq şəkildə yuyunduqdan sonra tualet kağızından doğru şəkildə istifadə olunmalıdır. Bu, bizi yarana biləcək bir çox xəstəliklərdən qoruyacaq!
Şəxsi gigeyanaya diqqət edin! Özünüzü və sağlamlığınızı qoruyun!
Mərkəzi Neftçilər Xəstəxanasının həkim - infeksionisti Məhəmməd Əbilov
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 2024 08:45
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 2024 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 2024 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 2024 11:53
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 2024 10:13
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 2024 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15