Elman Rüstəmovun “təqaüdə” yox, müşavirliyə getməsinin sirri
Azərbaycanda yüksək vəzifədə, özü də eyni vəzifədə uzun müddət qalan şəxslər arasında Elman Rüstəmovun adı ilk yerlərdə gəlir. 27 il Mərkəzi Bank kimi ölkənin bank sektoruna, pul-kredit siyasətinə düzən verən bir quruma rəhbərlik edən sabiq baş bankir hazırda “təsəlliverici” vəzifədədir.
Bir neçə ay əvvəl Mərkəzi Bankın İdarə Heyətinin sədri vəzifəsindən uzaqlaşdırılaraq baş nazirə müşavir təyin olunub. Əlbəttə, heç vaxt Nazirlər Kabinetinə - baş nazirə tabe olmayan bir qurumun rəhbərliyindən baş nazirin müşaviri kimi texniki vəzifəyə göndərilmə ilk baxışdan çox ciddi eniş kimi görünür. Lakin son illərdə vəzifədən alınan məmurların başına gələnlərin müqabilində E.Rüstəmovun vəzifədən sürüşdürülməsi, bir növ, əfvə düşmə hesab olunur. Çünki yüksək vəzifə tutaraq külli miqdarda var-dövlət toplayan sabiq məmurların bir çoxu korrupsiya ittihamı ilə həbsə atılır, yaxud iqtidar komandasından tamamilə uzaqlaşdırılaraq, vəzifədə olduğu müddətdə hakimiyyətin müxtəlif qollarına yerləşdirdiyi adamlar da işdən kənarlaşdırılır. Buna görə də sabiq baş bankirin Nazirlər Kabineti aparatında az qala texniki bir vəzifəyə təyin olunması onun üçün böyük üstünlük kimi qiymətləndirilir...
Halbuki E.Rüstəmovun Mərkəzi Bank rəhbəri kimi çox böyük səhvləri olub və bu səhvlər dövlətə on milyardlarla manata başa gəlib. Rüstəmovun ən böyük səhvi 2014-2015-ci illərdə səmərəsizliyini bilə-bilə manatın məzənnəsini saxlamaq üçün 3-4 ay ərzində Mərkəzi Bankın 12 milyard dollarlıq ehtiyatını göyə sovurmasıdır. Bu addım onun baş verən iqtisadi prosesləri vaxtında və düzgün qiymətləndirməməsinin göstəricisi idi. E.Rüstəmovun bu addımının səbəbləri uzun müddət müzakirə mövzusu olmaqla, hətta onun devalvasiyalardan öncə külli miqdarda - bəzi mənbələr 700 milyon dollar məbləğində vəsaiti özünə yaxın banklar vasitəsilə xaricə çıxartdığına dair iddiaların yayılmasına gətirib çıxardı. Özünə yaxın banklar demiş, E.Rüstəmov Azərbaycanda məmur biznesi deyərkən göz önünə gələn ilk adlardan biridir. Uzun illərdir o, ölkədə və ondan kənarda qurulan böyük biznes imperiyasının sahibi kimi tanınır. Məsələ burasındadır ki, keçmiş baş bankir həm də biznesdə kifayət qədər “bacarıqlı” olub. Vəzifəsinə görə biznesdə birbaşa iştirakı qanunla qadağan olunsa da, E.Rüstəmov etibar etdiyi adamlar vasitəsilə maliyyə sektorunda və iqtisadiyyatın başqa sahələrində gəlirli şirkətlər formalaşdıra bilib.
Öz şirkətlərini məharətlə böhranlardan qoruyan E.Rüstəmov onlarla bankın batmasını müşahidə etməklə kifayətlənib. Uzun illər boyu həmin bankların normal girov təminatını almadan dost-tanışa böyük həcmli kreditlər paylaması Mərkəzi Bankın və onun rəhbərinin gözləri önündə baş verdi. E.Rüstəmov bilavasitə vəzifəsindən irəli gələn nəzarət mexanizmlərini işə salmağa tələsmədi, yaxud qəsdən salmadı. Nəticədə, iki ardıcıl və kəskin devalvasiyadan sonra məlum oldu ki, 15-ə yaxın bankın rəhbər heyətinin yaxınlarına paylanan nəhəng həcmli kreditlərin qaytarılması mümkün deyil. Bu isə həmin bankların iflasına gətirib çıxardı və onların bir neçə milyardlıq borcunu dövlət ödəməli oldu. Hansı ki, bağlanan bankların əmlakı və alacaqları həmin vəsaitin böyük hissəsini qarşılamır.
E.Rüstəmovun uğurlu biznes layihələri yalnız bank sektorunda deyil. Belə ki, biznes sektorundakı mənbələr keçmiş baş bankirin onunla birgə “Səba” Şirkətlər Qrupuna və “Bakı Sığorta” şirkətlərinə nəzarət etdiyini bildirirlər. “Səba” Şirkətlər Qrupuna “Səba” ASC, “Biləsuvar Aqro”, “Qarabağ Taxıl” şirkətləri, eləcədə “Gündəlik” ərzaq dükanları şəbəkəsi daxildir. Şirkətlər qrupu ölkənin ən böyük quş əti, kərə yağı istehsalçıları arasındadır. Sabiq baş bankirin şirkətlər qrupunda 37,5 faiz paya malik olduğu deyilir. Aydın məsələdir ki, bu pay birbaşa E.Rüstəmovun adında deyil. Bunun üçün o, doğma xalası oğlu Hidayət Quliyevin adından istifadə edir.
Bütün bunlardan əlavə, Elman Rüstəmov bir sıra məşhur avtomobil istehsalçılarının Azərbaycandakı distribütorlarının da sahibliyində iştirakçıdır. Bura ilk növbədə Yaponiyanın məşhur “Mitsubishi”, “Subaru”, “Toyota” avtomobilləri aiddir. Bu markalar satış sayına görə ölkənin avtoparkında birinci onluqda yer alır. Onların əsas müştəriləri yerli və xarici şirkətlər, səfirliklərdir.
Sabiq baş bankirin həm də tikinti, ictimai iaşə sahələrində, həmçinin Türkiyə və Gürcüstanın daşınmaz əmlak sektorunda da biznes fəaliyyətləri olduğu deyilir. Məşhur “Planet” şadlıq sarayının bütnlüklə, onun yaxınlığında ucaldılan çoxmərtəbəli yaşayış binasının isə 50 faizinin E.Rüstəmova məxsus olduğu bildirilir. Bundan əlavə, “Neon” restoranının arxasında tikilməkdə olan böyük şadlıq sarayında da Elman müəllimin yarı paya malik olduğuna dair məlumatlar yayılır.
Qeyd edək ki, Elman Rüstəmovun qızının qayınatası - Əhməd Əhmədzadə də keçən ilin aprel ayında “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbərliyindən uzaqlaşdırılıb. Rüstəmov-Əhmədzadə qudalarının 20 ildən yuxarı rəhbər olduqları sahələr iqtisadiyyatın açar sahələridir. Və onların rəhbərliyi altında bu sahələrin yüksək inkişaf yolu keçdiyini söyləmək mümkün deyil. Meliorasiya sahəsinə uzun illər boyu ayrılan vəsaitlərin həcmi milyardlarla manatla ölçülür. Ə.Əhmədzadənin meliorasiyaya ayrılan pullardan nə qədər “səmərəli” istifadə etdiyini isə onun oğlu, E.Rüstəmovunsa kürəkəni olan Cuma Əhmədzadənin xaricdəki biznes fəaliyyətindən görmək mümkündür. Belə ki, ona məxsus “Lipno Investment s.r.o.” şirkətinin sənədləri 2019-cu il iyun ayının 4-də Çexiyanın Maliyyə Nazirliyinə təqdim olunub. Şirkətin aktivləri 2 milyon 89 min dollar, bundan başqa, şirkətin qeyri-maddi mal varlığı 1 milyon 860 min dollar təşkil edir.
“Lipno Investment s.r.o.” adlı bu şirkət 2017-ci ildə Cuma Əhmədzadənin və onun həyat yoldaşı Günel Rüstəmovanın (ər-arvad) şərikli sahibi olduqları ALPS sro şirkəti (bu şirkətin aktivləri 1,5 milyon dollar təşkil edir) üzərindən təsis edilib.
Bu şirkət ər-arvadın Avropada sahib olduqları onlarla şirkətdən biri, sərvətlərinin bir damcısıdır.
E.Rüstəmovun Nazirlər Kabinetinə az qala ehtiyac olmayan bir vəzifəyə təyinatı ona toxunulmadığını göstərir: cəmiyyət bunu belə qiymətləndirir. Lakin mümkündür ki, bu, həm də onun göz önündə saxlanmasını təmin etmək üçün atılan addımdır, hakimiyyət onu nəzarətdən kənara buraxmır. Bu isə E.Rüstəmovun 27 ildə qurduğu böyük biznes imperiyasının hər an əlindən alınması təhlükəsinin olduğu deməkdir...
Mənbə: Musavat.com
- Dramatirix Hüseynbala Mirələmova Türkiyənin xüsusi mükafatı təqdim edildi (FOTO)
2 may 2024 18:19
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Rubensin 400 illik şah əsərindəki qırmızı tutuquşunun sirri açıldı (FOTO)
11 aprel 2024 23:53
- Cahangir Əsgərov daha bir vəzifədən AZAD EDİLİB
8 aprel 2024 12:37
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 2024 17:37
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- Bunu qatığa 1 qaşıq əlavə etsəniz, sonsuz faydalarını görərsiniz- Sağlamlıq sirri
23 mart 2024 20:40
- Tanınmış hakimlər təqaüdə göndərilir
22 mart 2024 11:43
- NATO Baş katibinin Bakı səfəri – Stoltenberq ağır şərtlərlə gəlir
17 mart 2024 15:45
- NATO Baş katibinin Bakı səfəri – Stoltenberq ağır şərtlərlə gəlir
17 mart 2024 15:20
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
07 may 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
07 may 11:42
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
07 may 08:55
- Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiri
07 may 02:11
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
07 may 01:46
- Özbəkistanda ROBOT -POLISlər ilk dəfə küçəyə patrul xidmətinə çıxıb –VİDEO
07 may 01:30
- SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır - Tomas de Vaal
07 may 01:20
- Jurnalist Afət Telmanqızından sabiq səfirə SƏRT CAVAB- Satqın sözü sənə yaraşır
07 may 00:53
- Bakıda 17 min manata pişik satılır (VİDEO)
07 may 00:41
- 500 illik zavod görün hansı sirrin üstünü açdı
07 may 00:32
- Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
07 may 00:25
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
07 may 00:10
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
04 may 22:25
- Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi
04 may 18:31
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
04 may 17:23
- Tanışının qulağını dişlədi - Həbs olundu
04 may 13:39
- Adil Əliyevin ailəsinə ağır itki
04 may 12:01
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
04 may 11:51
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
03 may 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
03 may 21:25
- Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
03 may 19:56
- COP29: Bakıda 70 min nəfərlik tədbir
03 may 18:53
- FHN nazirin bacanağına 295 minlik tender verdi...
03 may 18:30
- SON DƏQİQƏ! Kəlbəcərdən acı xəbər gəldi: Ölən və yaralananlar var
03 may 17:19
- Cahangir Hacıyev aclıq aksiyasına başladı
03 may 13:17
- Prezident Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi
03 may 12:58