Rus bölməsində Babəki və Qaçaq Nəbini anla(t)maq dərdi
Kamran Əsədov: “5-ci sinif rus bölməsi üçün ”Azərbaycan tarixi" kitabı daha sadə dildə hazırlanmalıdır"
Ölkəmizin orta ümumtəhsil məktəblərinin bəzilərinin rus bölməsində “Azərbaycan tarixi” fənninin dövlət dilində tədris olunmasına başlanıb. Prosesə elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən start verilib. Belə ki, 2022-2023-cü tədris ilində ölkənin bir sıra ümumi təhsil müəssisəsinin tədrisi digər dillərdə aparılan bölmələrinin V siniflərində “Azərbaycan tarixi” fənni dövlət dilində tədris edilir: “Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi istifadəsi və tətbiqi imkanlarının genişləndirilməsi digər dillərdə təhsil alanların dövlət dili kimi Azərbaycan dilinə, tarixinə, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmasını təmin etmək məqsədi daşıyır”.
E.Əmrullayev qeyd edib ki, tariximizi öz dilimizdə tədris etməliyik: “Bu qaydalar ictimai müzakirədədir. Biz də istəyirik ki, vətəndaşlar qaydalarla bağlı fikirlərini bildirsinlər. İkinci yarımildən bu qaydalar 300 məktəbdə pilot layihə şəkildə tətbiq olunacaq”. Yada salaq ki, rus bölməsində təhsil alan şagirdlərin sayı isə 135 minə yaxındır.
Ekspertlər isə bildirir ki, Azərbaycan dilini bilməyən şagirdlərin birdən-birə tarix fənnini öyrənmələri çətin olacaq. Amma problem həm də ondadır ki, rusdilli məktəblərin çoxunda “Azərbaycan tarixi” fənnini ana dilimizdə tədris edən müəllimlər yoxdur. Bu barədə “Yeni Müsavat”ın ötən saylarının birində geniş yazmışdıq da. Qeyd edək ki, bəzi ekspertlərə görə isə həmin fənni rus dilində tədris edən müəllimlər Azərbaycan dilində o fənni “yola verəcək”, şagirdlər Azərbaycan tarixini nə Azərbaycan dilində öyrənə biləcəklər, nə də rus dilində. Hətta yeni qərarı kadr potensialı araşdırılmamış, şagird düşüncəsi təhlil edilməmiş verilmiş “səriştəsiz və yanlış” kimi qiymətləndirənlər də var. Aydındır ki, bu bir pilot layihədir və hələ ki 20 məktəbdə reallaşdırılmasına çalışılır. Amma istənilən halda hazırda iki problemin üzə çıxdığı ortadadır. Kadr qıtlığı və şagirdlərin mənimsəməsi məsələsi...
Kamran Əsədov
Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, hazırda Azərbaycanın 4432 orta ümumtəhsil məktəbinin 340-da tədris rus dilində təşkil olunur: “Azərbaycanda hazırda 340 məktəb rus bölməsi üzrə olan məktəblərdir. Bu məktəblərdə 90 min nəfərdən çox şagird təhsil alır. Nəzərə alsaq ki, Azərbaycanda 1.6 milyon şagird var və onların 90 mini rus bölməsi üzrə təhsil alır. Eyni zamanda Azərbaycanın digər orta ümumtəhsil məktəblərində 650 minə yaxın şagird xarici dil kimi rus dilini öyrənir. Azərbaycanda dünyada populyar olan dilinin həm tədrisinin, həm də digər bölmələr üzrə təhsil almaq imkanlarına kifayət qədər yer verilib. Azərbaycan öz ərazisində bütün etnik azlıqların öz ana dilində təhsil almasına şərait yaradıb. Tolerantlıq təhsil sistemində tam şəkildə gözlənilir. Biz buraxılış və qəbul imtahanlarının nəticələrini təhlil edəndə, eyni zamanda fərqli dillərdə təhsil alanların, xüsusilə rus bölməsi üzrə təhsil alanların "Dövlət dili haqqında" Qanunun tələblərinə uyğun olaraq Azərbaycan dili fənnindən verdiyi imtahan nəticələrinin təhlilinə nəzər salsaq, bir çox məqamlar ortaya çıxır. Misal üçün, çox təəssüf ki, tədrisin digər dillərdə aparıldığı bölmələrdə, xüsusilə rus bölməsində şagirdlərin Azərbaycan dilində bilgisi aşağı səviyyədədir. İstər 9-cu sinifdə, istərsə də 11-ci sinifdə DİM tərəfindən keçirilən Azərbaycan dili imtahanının nəticələrini təhlil edərkən görürük ki, rus bölməsi üzrə şagirdlərin oxumağı, yazmağı, dinləməyi, anlamağı aşağı səviyyədədir. Hətta 2021-ci ildə DİM rus bölməsinin abituriyentləri və şagirdləri üçün bu imtahanı 3 dəfə keçirdi. Azərbaycan tarixində belə hal olmamışdı. Çünki yaxşı nəticə göstərən abituriyentlərin sayı kifayət qədər az idi. Hətta biz DİM-in keçirdiyi buraxılış və qəbul imtahanlarının nəticələrini təhlil edəndə görürük ki, rus bölməsi üzrə yüksək bal toplamasına baxmayaraq həmin şəxslərin Azərbaycan dilindən imtahan nəticələri çox aşağıdır. Məqbul qiymətlər ala bilmirlər. Halbuki DİM kifayət qədər sayda suallar təqdim edir və burada imtahan iştirakçılarının birmənalı şəkildə minimum bilikləri yoxlanılır. Onlardan yüksək akademik göstəricilər tələb olunmur. Amma çox təəssüflər olsun ki, rus bölməsində oxuyanların Azərbaycan dilində bilikləri o qədər də yüksək olmur. Buna qədər rus bölməsində təhsil alanlar üçün həftədə iki dəfə Azərbaycan dili fənni tədris olunurdu. Amma etiraf edək ki, bu yetərli olmurdu. Təhsil naziri Emin Əmrullayevin birinci qərarı ilə rus bölməsində təhsil alan şagirdlərin ana dilindən tədrisi 2 saatdan 3 saata qaldırılıb. Bu kifayət qədər yaxşı addım idi".
Ekspert əlavə edib ki, dünyanın inkişaf etmiş ölkələrində milli tarix, yəni “national history” mütləq şəkildə bütün bölmələr üzrə öz dillərində keçirilir: “Bura daxildir, həmin ölkənin tarixi, coğrafiyası və dili. Necə ki, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası Azərbaycan dilində aparılmalıdır. Dünyanın inkişaf etmiş ölkələrində biz bu təcrübəni görə bilirik. Bunun həyata keçirilməsinin bir neçə vacib səbəbi var idi. Birincisi, rus bölməsində təhsil alan gənclərimiz Azərbaycan dilini mükəmməl bilməlidirlər. Hətta biz ictimai nəqliyyatda, xidmət sektorlarında görürük ki, rus bölməsi məzunları təəssüf ki, Azərbaycan dilində fikirlərini ifadə etməkdə çətinlik çəkirlər. İkincisi, bir çox hallarda görürük ki, rus bölməsi üzrə kitabların Azərbaycan dilinə tərcüməsi zamanı müəyyən qədər qüsurlara yol verilir. Tərcümə xətaları, eyni zamanda fikrin tam aydın olmaması kimi hallar müşahidə edilir. Amma ən vacib məqamlardan biri gənclərimizin öz tarixlərini ana dillərində oxumaqları ilə bağlıdır ki, bu da kifayət qədər doğru bir addımdır. Çünki tarix orijinaldan oxunur. Bizim rus bölməsi üzrə təhsil alanlarımız ana dilində akademik səviyyədə bilmirlər. Bu, onlar üçün çətinlik yaradacaq. Həmin şəxslər müəyyən sinfə qədər, 4-cü sinfə qədər akademik rusca öyrənirlər. Birdən-birə onlardan tam yüksək səviyyədə Azərbaycan dili tələb edirik. Hazırda qayda belədir ki, Azərbaycan bölməsi üzrə tarix kitabı ilə rus bölməsi eyni olacaq. Amma bu, hər halda, doğru yanaşma deyil. Çünki digər 5-ci sinif Azərbaycan tarixi kitabı mükəmməl Azərbaycan dilində yazılıb. Orada elə ifadələr var ki, hətta Azərbaycan dilli şagirdlərimiz də həmin ifadələri işlətməkdə çətinlik çəkirlər. Ona görə hesab edirəm ki, rus bölməsi üçün ayrıca Azərbaycan tarixi kitabı yazılmalıdır. Daha sıx, sadə sözlərlə olsun ki, onlar bunu anlasınlar. Digər tərəfdən, bizdə problem odur ki, yalnız 5-ci sinifdə tarix kitabını azərbaycanca keçəcəyik. Amma yuxarı sinifdə tarix fənnini yenidən rusca keçəcəklər. Müəyyən qədər bu onlarda çətinlik yaradacaq. Çünki aşağı sinifdə məlumatlılıq daha zəif olacaq, yuxarı sinifdə isə zəngin olacaq. Təməlləri zəif olacaqsa, bu, problem yaradacaq. 5-ci sinif rus bölməsi üçün daha sadə dildə kitab hazırlamalıyıq. Bu, hədəfə çatmağa imkan verər. Hesab edirəm ki, Azərbaycan bölmələrindən fərqli bölmələrdə təhsil alanlara Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, Azərbaycan dili və ədəbiyyatı ana dilində tədris olunmalıdır”.
- Fəraməz Maqsudovun evini alt-üst edənlər kimlərdir? - Nəvəsindən şikayət
9 mart 2024 13:52
- Qanlı xına - Aytac Qayıbova
4 fevral 2024 21:49
- Xalq artistinin qızı - Atam 100 dollar tapa bilmirdi
14 dekabr 2023 23:59
- Nəsibə Zeynalovanın oğlu SİRLƏRİ açdı: Anar Kərimovla 3 saat söhbət etdik...
5 dekabr 2023 11:27
- UCALIĞIN SİMVOLU və yaxud İNSANLIĞIN ƏDƏBİYYAT GÜNƏŞİ
11 oktyabr 2023 09:05
- Mənim bir nənəm vardı - LEYLİ NƏNƏM ( Esse )
30 avqust 2023 12:18
- Tanınmış jurnalist İlqar Həsənovun ad günüdür
23 avqust 2023 17:44
- Dırnaqlarımı kəlbətinlə dartıb çıxartdılar - “Tərtər işi” ŞOK
8 avqust 2023 11:25
- Bakıda şok hadisə: Müəllimin intim görüntüləri əldə edildi, atası isə…
6 iyun 2023 00:06
- Azərbaycan Ukraynaya yeni səfir təyin edir –QAÇAQ səfir vəzifəsini itirdi
7 aprel 2023 12:04
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06