Azərbaycanda yayılan kütləvi xəstəliyin adı bilindi - pərdəniz deşilə bilər
Son zamanlar azyaşlılar arasında titrəmə, qızdırma, boğaz ağrısı, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə və ümumi zəifliklə müşahidə edilən ağır xəstəlik yayılıb.
Bu "İnfluenza" xəstəliyidir. Bu bir zamanlar dünyada geniş yayılan "Quş qripi" bəlasının növüdür. "İnfluenza" qrip virusu tərəfindən törədilən nəfəs yollarının kəskin infeksiya xəstəliyidir. Buna insanlarla yanaşı, heyvanlar və quşlar da yoluxurlar. Qrip kəskin şəkildə olduqda sətəlcəm ilə nəticələnə, bu isə ölümə səbəb ola bilər. Xüsusilə sətəlcəmə tutulma halları azyaşlı və qoca insanlarda daha çox baş verir.
"İnfluenza" hava-damcı yolu ilə ötürülür. İnfeksionistlərin sözlərinə görə, xəstəliklə bağlı klinikalara ən çox müraciət edənlər azyaşlılardır. Artıq hər evdə bu xəstəliyə yoluxan uşaq var. Onlarda bronx şaxələri daha qısa olduğundan bu xəstəliyə tez tutulular.
Sözügedən xəstəliklə bağlı BAKU.WS-ə danışan pediatr Gülnar İslamzadə xəstəliyinin 3 forması olduğunu və bunun testlərlə müəyyən edilərək müalicə edildiyini bildirib:
"Son zamanlar uşaqlar arasında yayılan "İnfluenza" xəstəliyinin 3 forması var. A B və C ... Bizim üçün daha çox əhəmiyyət kəsb edən A və B formalarıdır. Azərbaycanda bu xəstəliyin hazırda ən çox A forması yayılıb. B forması isə A ilə müqayisədə daha yüngül keçir. Əsas əlamətləri qızdırma, boğaz ağrısı, öskürək burunda axıntısı və kəskin halsızlıq olur. Hazırda xəstəliyi müəyyən etmək üçün ""İnfluenza kant" testləri mövcuddur. Bu testlərlə diaqnozu müəyyən edə bilirk. Müalicəsi kapsula dərmanlarla aparılır. Uşaqlarda ilk klinik əlamətlər 48 saat ərzində təsir edir. Halsızlıq isə 3 həftəyə qədər davam edir.
Pediatr azyaşlıları bu xəstəlikdən qorunmaq üçün qrip vaksini etdirməyin vacibliyini vurğulayıb:
"Xəxstəlikdən qorunmaq üçün uşaqlar əsasən sentyabr oktyabr aylarında qrip vaksini olunmalıdır. Bu edilərsə "İnfluenza" xəstəliyindən 80 faiz qorunmuş olarlar. Bu xəstəliyi keçirsələr belə, çox yüngül klinik əlamətlər müşahidə edilər. Bu xəstəlik 5 gün davam edir. 2 gündən sonra isə yaxşılaşma müşahidə olunur".
Gülnar İslamzadə xəstəliyin fəsadının pnevmaniya olduğunu qeyd edib. Buna səbəb isə "İnfluenza"nın yaratdığı pnevmaniyaların daha ağır keçməsidir.
Yayılan xəstəliklə bağlı danışan həkim-infeksionist Natiqə Qocayeva "İnfluenza"nın böyüklərdə də ağır fəsadlar verdiyini bildirib. Onun sözlərinə görə, bu xəstəlik qulağın təbil pərdəsinin deşilməsinə qədər gətirib çıxarır:
"Bu xəstəliyə tutulanlarda burnunun əlavə ciblərinə ağırlaşmalar olur. Bu orta qulağa otit, faringit kimi ağırlaşmalar verir. "İnfluenza" xəstəliyində koronavirusdan fərqli olaraq qanda oksigen səviyyəsi aşağı düşmür. Ən çox burnunun əlavə ciblərinə ağırlaşma verir. Bütün xəstələrdə burun tutulmaları, güclü baş ağrıları ilə müşahidə edilir. Temperaturun düşməməsinə əsas səbəb isə burnun əlavə ciblərində olan ağırlaşmalardır. Bu qulaq pərdəsinin deşilməsinə də səbəb ola bilər. Bu xəstəlikdə koronavirusdan fərqli olaraq güclü ürək bulantısı ilə müşayiət olunur".
Həkim-infeksionist bu xəstəliyin ötən ilin dekabrın ortalarından sonra Azərbaycanda sürətlə yayıldığını bildirib:
"Böyüklər arasında "İnfluenza" xəstəliyinə tutulan daha çox 65 yaş kateqoriyasını və xroniki xəstəlikləri olanları əhatə edir. Əgər həmin şəxsin şəkəri varsa onlarda daha çox ağırlaşma olur. Xəsətlik müddəti normalda 5-7 gün olur. Bu müddətdən sonra qızdırma düşmürsə, mütləq həkimə müraciət edilməlidir. Lakin kimin əlavə xroniki xəstəliyi yoxdursa bu xəstəlik 2-3 günə də aradan qalxır".
Oxşar xəbərlər
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 2024 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 2024 10:24
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 2024 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 2024 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 2024 19:59
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
Xəbər lenti
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
Video & Fotoqalereya
Video
Fotoqalereya