MTN generalına QIZILDAN “Vertu” telefonu almaq üçün...
Gəlin, əvvəlcə zərərçəkənlərin ifadələrindən parçalarla tanış olaq.
Əhməd Mirzəyev: “Məni MTN-nə çağırdılar, MTN-nin İstinaq Baş İdarəsinin rəisi olan Mövlam Şixəliyevin otağına apardılar. Məndən 500 min manat pul istədi... Şirkətimə bankdan 300 min dollarlıq kredit xətti açdılar. Ümumilikdə 400 min dollar pul aldılar”; “Qızıldan “Vertu” telefonu və “Stefano Ricci” mağazasından ad gününə kostyum almaq adı altında məndən 25 min dollar qopardı”;
Müsənnif Salahov: “Martın 27-də məni apardılar Mövlam Şıxəliyevin müavini Təhsin Ağayevin yanına. Orada məndən 3 milyon pul istədilər... Bir dəfə 200 min gətirib verdim. 1 həftə sonra qaytarıb verdilər ki, bəs biz ciddi adamlarıq, bu iş 200 minlə düzələn deyil. Mövlam Şıxəliyev Türkiyədədən gələndən sonra 600 min manatın üzərində dayandı. 500 minini aparıb verdim. 1 həftə vaxt verdi ki, 100 minini də verim. Gətirib o pulu da verdim”.
Akif Qurbanov: “Məni Təhsin Ağayevlə Vüsal Ələkbərov apardılar Mövlam Şıxəliyevin yanına…. Sonra apardılar Təhsin Ağayevin yanına, dedi, bizə 1 limon ver, səni buraxaq. Dedim ki, sizə 1 limon nə edəcək? Astaradan, Lənkərandan 10 kilo limon gətizdirərəm. Təhsin Ağayev güldü, dedi ki, 1 milyon istəyirlər”; “Sonra Vüsal Ələkbərov gəlib 1 milyon dolları götürüb getdi”.
Elvar Əliyev: “Məni 3 ay MTN-də saxladılar, 1 dəfə də dindirmədilər. Dəfələrlə Mövlam Şıxəliyevin kabinetində olmuşam. 500 min deyiblər, 300 minə düşüblər, axırda da 80 min manat alıb məni buraxıblar”.
Sərdar İsmayılov: “1 konteyner malımı götürüblər. İndiyə qədər 1 konteyner maldan xəbər yoxdur. Mənim malımı öz adamlarına satdırıblar. 405 min dollarlıq malım gedib. 50 min manat və 2 min dollar da Yasin Məmmədov alıb”.
Hüseyn Səfərov: “Məni Mövlam Şıxəlyevin yanına apardılar… Məndən 3 milyon istədilər. Sonradan 1 milyon 650 min dollar aldılar, amma buraxmadılar… Pulum Mövlam Şıxəliyevə çatan kimi məni onun yanına aparıdılar. Tələb etdi ki, 350 mini də azadlıqda olduğum vaxt gətirib verim”.
Əfsəl Həsənəliyev: “100 min manatı mənə vurduqları mənəvi ziyana görə tələb edirəm. 220 min manat isə mənzilimin bazarda satış qiymətidir”.
Bu ifadələr “MTN generallarının işi” adlı apelyasiya məhkəməsində səslənib. Müttəhimlər bəraət istəyirlər. Zərərçəkənlər isə o fikri bölüşmür, deyirlər ki, MTN-çilərə nə qədər iş verirsiniz, verin, amma onlara dəymiş zərər ödənilsin.
Bəs görək bu boyda quldurluq aktlarının əsas siması olan Mövlam Şıxəliyeviin vəkili Ceyhun Yusifov nə deyib?
Vəkil bildirib ki, müvəkkilinin əməlində cinayət sıfıra bərabərdir, Şıxəliyevə məxsus olan və üzərinə həbs qoyulan əmlakların 90 faizini o, MTN-də idarə rəisi olmazdan əvvəl əldə edib. Vəssalam. Adam Aydan arı, sudan durudur.
Bankdan kredit götürməyə vadar edilən, bu sayədə müflis olan, hər şeyini, topdağıtmaz evlərini itirib Neftçalada vaqonda yaşayan, xəstəlik tapan, evlərini satıb generallara verən, nəticədə özü kirayədə qalan, övladları MTN-də incidildiyi üçün milyonlarını xərac verən adamların əlindən alınan sərvət, varidat hara buxarlanıb, görəsən?
Ümumilikdə bu işdə 36 zərərçəkən var. Bunlar ortaya çıxan və tələb irəli sürən zərərçəkənlərdir. Güman ki, iki-üç o qədər vəzifəli adam, eləcə də iş adamları ortaya çıxmayıb, şikayətçi olmayıblar – adları hallanmasın, karyera və bizneslərinə zərər gəlməsin deyə.
Əslində bu şəxslər güllələnməli idilər – külli miqdarda talançılıq etdiklərinə, dövlətin etibarını zədələdiklərinə, insanları girov götürdüklərinə və sair ağır cinayətlərinə görə. Onların bəxtləri gətirib ki, sovet hökumətinin vaxtında bu iş üstə tutulmayıblar. Hətta onlar bu etdiklərinin onda birini 1988-ci ilə qədər etsəydilər, heç kəs onların gözünün yaşına baxmazdı, divara söykəyib güllələyərdilər, bəlkə heç cəsədlərini yiyələrinə də verməzdilər.
Amma bunlar bu gün məhkəmədə bəraət və mal-mülk davasıı edir, üzə dururlar ki, varidatlarını halal yolla qazanıblar.
Bəzi məhkum olunmuş generalların, məsələn, Akif Çovdarovun var-dövlətinin bir hissəsi özünə geri qaytarılıb deyə bunlar da iştahlanıblar.
Məhkəmə prosesini izlədikcə nədən 2015-ci ildə MTN-in yerli-dibli ləğv olunduğunun sirri açılır. Bu quldur dəstəsinin topdan içəri salınması labüd imiş.
Bunlar dövlətin, millətin təhlükəsizliyini qorumaq əvəzinə poqonlarından istifadə edərək şəxsi varidatlarını artırmaq, milyonçu olmaq istəyiblər və olublar. Hazırda isə bir hiylə-kələklə azadlığa çıxmaq, tapança və qandal gücünə iş adamlarından soyduqları milyonlarla iş qurmaq, oliqarx həyatı yaşamaq istəyirlər.
Tendensiya göstərir ki, onlar bir-iki ilə bu niyyətlərinə çatacaqlar.
Bütün bunlardan xəbər tutandan sonra adam bilmir bu dünyanın ədalətinə sığınsınmı, yoxsa o ədalətə şığısınmı.
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
7 may 2024 01:02
- Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
3 may 2024 19:57
- Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar
3 may 2024 12:45
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
2 may 2024 12:32
- Rasim Tağıyevin oğlu həbs edildi
1 may 2024 15:18
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 2024 21:16
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 2024 20:39
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
07 may 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
07 may 11:42
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
07 may 08:55
- Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiri
07 may 02:11
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
07 may 01:46
- Özbəkistanda ROBOT -POLISlər ilk dəfə küçəyə patrul xidmətinə çıxıb –VİDEO
07 may 01:30
- SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır - Tomas de Vaal
07 may 01:20
- Jurnalist Afət Telmanqızından sabiq səfirə SƏRT CAVAB- Satqın sözü sənə yaraşır
07 may 00:53
- Bakıda 17 min manata pişik satılır (VİDEO)
07 may 00:41
- 500 illik zavod görün hansı sirrin üstünü açdı
07 may 00:32
- Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
07 may 00:25
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
07 may 00:10
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
04 may 22:25
- Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi
04 may 18:31
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
04 may 17:23
- Tanışının qulağını dişlədi - Həbs olundu
04 may 13:39
- Adil Əliyevin ailəsinə ağır itki
04 may 12:01
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
04 may 11:51
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
03 may 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
03 may 21:25
- Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
03 may 19:56
- COP29: Bakıda 70 min nəfərlik tədbir
03 may 18:53
- FHN nazirin bacanağına 295 minlik tender verdi...
03 may 18:30
- SON DƏQİQƏ! Kəlbəcərdən acı xəbər gəldi: Ölən və yaralananlar var
03 may 17:19
- Cahangir Hacıyev aclıq aksiyasına başladı
03 may 13:17