Cəmil Həsənlinin “Soros” etirafı- 200 dollar qarşılığında oyun...
Milli Şuranın fəxri sədri Cəmil Həsənli bu günlərdə “Azadlıq” televiziyasına verdiyi müsahibədə illərdir haqqında yazılan, özünün isə inkar etdiyi məsələni-“Soros Fondu” ilə əlaqələrini etiraf edib.
Həsənli deyib ki, bir müddət Azərbaycanda “Soros fondu”nun üzvü olub:
“Bakıda “Soros Fondu” fəaliyyət göstərəndə mən də bordun üzvü olmuşam. Hər ay 200 dollar əməkhaqqı yazırdılar”.
İllərdir yazılır ki, Cəmil Həsənli və ətrafındakılar xarici fondlar və təşkilatlardan maddi dəstək alır, onların tapşırıqlarını icra edirlər. Lakin bunu deyənlər və yazanlar trol ordusu tərəfindən söyülür, təhqir olunurdu.
İndi bu faktı Cəmil Həsənlinin özü etiraf edir. Bəs Cəmil Həsənli bunları nə üçün etiraf etdi?
Məlumdur ki, son günlər Azərbaycanda FETÖ-yə işləyən bir qrup şəxs tutulub. Eyni zamanda bunun fonunda iqtisadçı alim Qubad İbadoğlunun da adı hallanır və o, həbs edilib. Qubad İbadoğlunun istintaqı hələ ki, davam edir. Ortada konkret faktlar olmasa da, ümumi məlumatlar yayılıb və həmin məlumatlarda bildirilir ki, Qubad İbadoğlu FETÖ kimi terror təşkilatları, ölkəyə zərbə vurmaq istəyən qurumlarla iş birliyində olub.
İbadoğlunun son zamanlar iş gördüyü şəxslərin arasında Cəmil Həsənlinin də adı var.
Bu ayın əvvəlində İngiltərə və Uels üçün Xeyriyyə Komissiyası Böyük Britaniyanın paytaxtı Londonda təsis olunmuş Azərbaycan Gənclərinin Təhsil Fondunu qeydiyyata alıb. Fondun təsisçiləri Qubad İbadoğlu, Cəmil Həsənli və sabiq səfir, diplomat Arif Şahmarlıdır (Məmmədov).
Görünür ki, Cəmil Həsənli Azərbaycan dövlətinin araşdırma apardığını bilib və bu kimi məsələlərin ictimaiyyətə açıqlanacağından ehtiyat edərək, özü qabaqcadan etirafda bulunub. Cəmil Həsənli tarixçidir və “Soros Fondu”nun ölkələrdə nələr etdiyini, inqilabları necə maliyyələşdirdiyini hər kəsdən yaxşı bilir. Ancaq elə danışır ki, elə bil bu fond hansısa beynəlxalq-humanist bir fonddur və insanlığa, yaxşı əməllərə xidmət edib.
İllər öncə Moldova parlamentinin Sosialistlər Partiyasından olan nümayəndəsi Boqdan Tsırda yazırdı: “Soros fondu” hər yerdə eyni anda meydana çıxdı və əvvəlcə tarix kitablarına sponsorluq etdi. Bəs orada nədən bəhs olunurdu? Bu kitablarda bizə ölkərimizin nə qədər geridə qaldığını və necə kömək edəcəklərini aşılayırdılar. Sonra fond qrant layihələrinə başladı. Niyə? Gənc beyinləri cəlb etmək üçün. Guya onları seminarlara, tədqiqatlara cəlb eləyir, bu insanlar isə özləri də anlamadan dövlətləri haqqında kəşfiyyat məlumatlarını onlara ötürürdülər. Bu prosesə heç kim nəzarət etmirdi. Çünki 1990-ci illərdə hər yerdə anarxiya hökm sürürdü”.
“Soros fondu” bütün cəhdlərinə baxmayaraq, Azərbaycanda istəklərini həyata keçirə bilmədi. Məcbur qalıb ölkədən çıxdı, Cəmil Həsənli kimilərindən üz döndərdi.
Həsənlinin çıxışını şərh edən qazi jurnalist Anar Miriyev maraqlı fikirlər yazıb. Onun sosial şəbəkədə yazdığı statusu olduğu kimi təqdim edirik:
“İllərdir deyirik, yazırıq. Axırda "insafa" gəlib, özləri etiraf edirlər. Cəmil Həsənli daha gizlətmir, son iki gündə açıq şəkildə etiraf edir ki, “Soros Fondu”nun üzvü olub və ayda 200 dollar maaş alıb onlardan. Hansı "xidmətin", hansı sifarişin yerinə yetirilməsi müqabilində? Axı, “Soros Fondu”nun kimlərə və nə məqsədlə pul verdiyi bəllidir, o da ola aylıq maaş! Cəmil Həsənli kimi "yaxşı işləyənlərə" aylıq maaş verirdilər. Bu etiraf günah yumadır, yoxsa Sorosdan yenə maaş istəyi? Soros əmi, nə deyirsiniz edək, "milli şura" nə hava çalsanız oynamağa hazırdır. Yetər ki, pul, maaş verin! Doğrudur, daha əvvəlki qiymətə dəyməzlər, amma yenə də cəhd edir də. Bəlkə yenə verdilər...”
- Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
3 may 2024 19:57
- Ramiz Mehdiyevin kürəkəni məhkəmədə 3 milyonluq MMC-ni 1 qara qəpiksiz almışam dedi, videoçəkilişi gizlətdilər
2 may 2024 22:16
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
1 may 2024 22:04
- Azərbaycanlı milyarder əfv edildi - Edam cəzası verilmişdi
30 aprel 2024 19:48
- NAR rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
30 aprel 2024 19:29
- Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb
29 aprel 2024 23:51
- NAR-dan sərfəli smartfon təklifi - Fotolar
28 aprel 2024 13:01
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
04 may 22:25
- Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi
04 may 18:31
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
04 may 17:23
- Tanışının qulağını dişlədi - Həbs olundu
04 may 13:39
- Adil Əliyevin ailəsinə ağır itki
04 may 12:01
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
04 may 11:51
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
03 may 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
03 may 21:25
- Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
03 may 19:56
- COP29: Bakıda 70 min nəfərlik tədbir
03 may 18:53
- FHN nazirin bacanağına 295 minlik tender verdi...
03 may 18:30
- SON DƏQİQƏ! Kəlbəcərdən acı xəbər gəldi: Ölən və yaralananlar var
03 may 17:19
- Cahangir Hacıyev aclıq aksiyasına başladı
03 may 13:17
- Prezident Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi
03 may 12:58
- Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar
03 may 12:45
- Komitə İRŞAD-dan kompüter aldı, özünü dərdə saldı — FAKT
03 may 12:39
- İndiki nazirlərin çoxunu tanımıram - Elmar Məmmədyarovla müsahibə
03 may 11:51
- Ramiz Mehdiyevin kürəkəni məhkəmədə 3 milyonluq MMC-ni 1 qara qəpiksiz almışam dedi, videoçəkilişi gizlətdilər
02 may 22:16
- Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - Fotolar
02 may 21:18
- Dramatirix Hüseynbala Mirələmova Türkiyənin xüsusi mükafatı təqdim edildi (FOTO)
02 may 18:19
- Gecə-gündüz QARANLIQ və ÇİRKAB işlərə bulaşan Gündüz Əliyev kimdir – Fərəcovun “sağ əli”nin milyonluq cinayətləri...
02 may 17:51
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
02 may 14:13
- Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
02 may 12:44
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
02 may 12:32
- Sənədsiz evlərlə bağlı yenilik (VİDEO)
02 may 10:47
- Həmid Herisçi AYB-nin üzvü oldu
02 may 10:36
- Musabəyov, bir gün Başkənddə döyüşsəydin, bu sözü deyə bilməzdin... Etibar Əmiraslanov
01 may 22:28
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
01 may 22:21
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
01 may 22:04
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
01 may 21:56