Şeyx Allahşükürün deputat qardaşı nəzir qutularından danışdı...
Dini Komitə məlumat yaydı: “Görünən odur ki, bu cür əsassız ittihamlar...”
Yasamal rayonunda məsciddə nəzir qutularının oğurlanması yenidən yığılan ianələr mövzusunu aktuallaşdırıb. Yada salaq ki, rayon ərazisində yerləşən məscidlərdən birində müxtəlif vaxtlarda ianə qutularının oğurlanması barədə polisə məlumat daxil olub. Oğurluqda şübhəli bilinən 34 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Əli Novruzov saxlanılıb.
Araşdırmalarla onun oğurladığı ianə qutularının içərisində ümumilikdə 13 min manatdan artıq pul olduğu məlum olub.
Azərbaycanda nəzir qutularından yığılan vəsaitlərin hara xərclənməsi hələ də müəmmalı olaraq qalır. İllərdir nəzir qutularına toplanan ianələrin nə hesabatı açıqlanır, nə də şəffaflığın təmin olunması məqsədilə aidiyyəti üzrə xərcləndiyi barədə məlumat verilir.
Halbuki hər gün minlərlə insan axını müşayiət olunan məscid, pir və digər yerlərdə nəzir qutularına atılan məbləğin miqdarı da azlıq təşkil etmir. Hansı ki, bir ildən çoxdur ki, nəzir qutularına nəzarəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin qardaşı, Milli Məclisin deputatı Cavanşir Paşazadə mövzu ilə bağlı Bizim.media-ya danışıb. O deyib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzir qutularına nəzarəti genişləndirməlidir: “İki il əvvəl "Dini etiqad azadlığı haqqında" Qanuna dəyişiklik edildi. Bu qanunda nəzir qutuları ilə bağlı məsələ də müəyyən qədər öz həllini tapdı. Nəzirin onlayn şəkildə və hansı formada ödənilməsi, bu ödənişlərə kimin və necə nəzarət etməsi məsələləri müzakirə edildi. Bilirsiniz ki, nəzarəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirir. Yəni qanunla bu məsələ komitənin üstündədir. Nəzir qutularından edilən oğurluq məsələsinə gəlincə, bu hadisə həmin məscidlərdəki insanların səhlənkarlığı və nəzarətsizliyi ucbatından baş verib. İstər məscid, istər başqa bir yer, yaxud məktəbin bufeti, orada nəzir qutularına ödənişlər varsa, bu məsələnin təhlükəsizliyi müzakirə mövzusu olmalıdır.
Təbii ki, hər bir yerdə insident və ya oğurluq halları ola bilər. Hansı ki, bəzi insanlar hələ də təxribatlarla məşğuldurlar. Onların dini əqidəsi yoxdur və hər bir yerdə bunu edə bilərlər. Hesab edirəm ki, istənilən halda Dini Komitə bu məsələyə nəzarəti genişləndirməli və gücləndirməlidir".
Deputat elektron ianə tətbiqindən sonra nəzir qutularına ehtiyac olub-olmaması məsələsinə də toxunub. O, deyib ki, sistem işə düşsə, artıq nəzir qutularına ehtiyac qalmayacaq: “Amma bu qutuların olub-olmaması yenə də Dini Komitənin səlahiyyətindədir”.
Göründüyü kimi, Şeyxdən alınan nəzir qutularına yığılan pulların taleyi ilə bağlı şəffaflıq və hesabatlılıq yenə yoxdur? Niyə?
Fazil Mustafa
Milli Məclisin deputatı Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, qanunda dəyişiklik ediləndən sonra bu məsələ bilavasitə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzarətindədir: “Dövlətin hər hansı şəkildə nəzirlərin harasa getməsinə, yaxud da uyğun olmayan mənbələrə axmasına imkan verməyəcəyi bəllidir. Ona görə də burada kifayət qədər ciddi nəzarət var. Amma bəzən qeyri-qanuni nəzir qutularının qoyulması, bundan istifadə edilməsi halları da olur. Hər halda, dövlətin əlində buna müdaxilə etmək imkanı var. Bu baxımdan, narazılıq üçün əsas qalmır. Hesab edirəm ki, bu məsələdə daha ciddi düzənləmələrə ehtiyac yoxdur. Bütövlükdə biz çalışmalıyıq ki, nəzir qutusu anlayışını cəmiyyətin gündəmindən çıxaraq. Çünki bu, cəhalətin, mövhumatın əsas görüntülərindən biridir. Bundan cəmiyyətimizi xilas etməliyik. Qaldı digər məsələlərə, lazım gələrsə, qanunvericilikdə müəyyən düzəlişlər etmək olar”.
İlahiyyatçı Rəsul Mirhəşimli də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, “Dini etiqad azadlığı haqqında” Qanuna əlavə və dəyişikliklər edildikdən sonra məscidlərdə və ziyarətgahlardakı nəzir qutuları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyinə verilib və məscidlərin birində nəzir qutusunun oğurlanması konkret cinayət əməlidir: “Bu faktın araşdırılması da hüquq-mühafizə orqanlarının üzərindədir. Lakin cəmiyyəti düşündürən sual oğurluq hadisəsi deyil, yığılan nəzirlərin hansı məqsədlər üçün xərclənməsidir. Dövlət Komitəsi nəzir qutularına yığılan vəsaitin xərclənməsi üçün şəffaf qaydalar tətbiq etməli, nəzir verən insanlar da etdikləri yardımların hansı istiqamətdə xərcləndiyi barədə məlumat əldə etməlidir. Bu problem təkcə nəzirlərin elektron qaydada ödənilməsi ilə aradan qaldırıla bilməz. Nəzir qutularına nəzarət Qafqaz Müsəlmanları İdarəsinin tabeliyində olanda vəsaitlərin xərclənməsi ilə bağlı bu şəffaflıq təmin olunmadığı kimi, indi də eyni qayda davam edir.
Rəsul Mirhəşimli
Vətəndaşların etdikləri ianələrin hansı məqsədlər üçün xərclənməsi ilə bağlı Türkiyə Diyanət Vəqfinin nümunəsini ölkəmizdə tətbiq etmək mümkündür. Türkiyənin Diyanət Vəqfi təhsil fəaliyyətləri çərçivəsində müxtəlif səviyyələrdə təhsil müəssisələri, böhran bölgələrindəki şəraitə uyğun formal və peşə təhsili modelləri və yerli təqaüd proqramları həyata keçirir. Bu çərçivədə 16 ölkədəki 33 təhsil müəssisəsində 10.000-dən çox tələbəyə təhsil imkanları təqdim edir. Vəqfin təhsil proqramı təkcə tələbələrə təqaüd verməklə məhdudlaşdırılmır. Vəqf orta məktəblərdə də bu təqaüd proqramını həyata keçirir. Bu yardım proqramlarını həyata keçirmək üçün ölkənin Təhsil Nazirliyi ilə əməkdaşlıq edilir. Bundan əlavə, ölkə daxilində və xaricdə yardım kampaniyaları təşkil edilir. Diyanət Vəqfi imkansız insanlara müxtəlif yardımlar edir. Bu təcrübəni Azərbaycanda da tətbiq etmək mümkündür. O zaman yığılan vəsaitlərin necə xərclənməsi barədə vətəndaşların məlumatı olacaq".
İlahiyyatçı əlavə edib ki, insanlar nəzir verərkən onun Allah yolunda xərclənməsinə ümid edib, bu vəsaitləri verirlər: “Vətəndaşlar əmin olsa ki, onların etdiyi yardım imkansız insanların maddi vəziyyətinin normallaşdırılmasına xərclənir, mənəvi baxımdan rahatlıq tapacaq”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə ad çəkməsə də Şeyxin qardaşının açıqlamasına sərt reaksiya verib: “Görünən odur ki, bu cür əsassız ittihamlar bəzən bilərəkdən, bəzən də bilməyərəkdən tirajlanır, nəticədə ictimaiyyətdə ianələr, o cümlədən nəzir qutuları, habelə Dövlət Komitəsinin fəaliyyəti barədə yanlış rəy formalaşdırmağa cəhd edilir.
İanələr və nəzir qutuları ilə maraqlanan, bu məsələdə qərəzsiz və obyektiv fikir bildirmək istəyənlərdən xahiş edirik ki, mediada və sosial şəbəkələrdə nəsə yazmadan öncə “Dini etiqad azadlığı haqqında” Qanuna ötəri də olsa, nəzər yetirsinlər. Qanuna əsasən, dini qurumlar (dini ibadət yerləri) könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri, o cümlədən ianə edilmiş pul vəsaitlərini nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə bilərlər. Məlumatda vurğulanıb ki, ianələrin elektron şəkildə toplanması, sərf olunması ilə əlaqədar qanundan irəli gələn məsələləri tənzimləmək üçün müvafiq qaydaların layihəsi Dövlət Komitəsi tərəfindən hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib: “Qeyd olunan qaydalar təsdiq olunduqdan sonra ictimaiyyətə ianələrlə bağlı mexanizmin hansı formada tənzimlənəcəyi ilə bağlı ətraflı məlumat veriləcək. Bir daha bildiririk ki, sözügedən qaydalar təsdiqlənməyənə qədər Dövlət Komitəsinin nəzir qutuları və ianələrlə bağlı məsələləri tənzimləməsi, eləcə də nəzarət etməsindən danışmaq doğru deyil və əsassızdır”.
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 2024 10:24
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 2024 19:59
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 2024 10:29
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 2024 10:17
- Milli Məclisdə boşalan deputat yerləri 10-a ÇATDI
8 aprel 2024 14:00
- Deputat Dini Komitəyə sədr TƏYİN EDİLDİ
8 aprel 2024 12:46
- Cavad xan nəslinin nümayəndəsi ABŞ-də vəfat etdi
5 aprel 2024 11:04
- İstədiyimiz nəticəni əldə edə bilmədik - Ərdoğan seçkidən danışdı
1 aprel 2024 10:30
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Prezident qəbul keçirdi
29 aprel 11:01
- Akademik Zərifə Əliyevanın doğum günüdür
28 aprel 13:21
- NAR-dan sərfəli smartfon təklifi - Fotolar
28 aprel 13:01
- Ali Məhkəmənin hakimi intihar etdi
28 aprel 12:48
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39