Mənim üçün hava həmişə sərindir” – SSRİ-nin baş diplomatının İKİBAŞLI ETİRAFI
Yay fəsli insanların daha çox tətilə çıxdığı dövr olsa da, bəzən havaların hədsiz isti keçməsi onların istirahəti üçün narahatlıq yaradır.
Elə 1967-ci ilin yayında da Nyu-Yorkda əvvəlki illərlə müqayisədə havaların daha isti keçməsi kifayət qədər ciddi problem yaradıb. Bu dəfə temperaturun yüksək olması istirahətdə olanları deyil, iş başında olan siyasiləri narahat edib. Belə ki, həmin yay günlərində Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının iclasında SSRİ-nin xarici işlər naziri Andrey Qromıko dünyanın ən mötəbər tribunalarından biri sayılan BMT tribunasında çıxışı zamanı huşunu itirərək yıxılıb. Onu təcili zaldan çıxarıblar, 5-10 dəqiqədən sonra SSRİ-nin baş diplomatı yenidən zala qayıdaraq çıxışını davam etdirib.
Qromıkonun Amerikada, SSRİ ilə münasibəti gərgin olan bir ölkədə yıxılması dünyanın aparıcı kütləvi informasiya vasitələrində əsas xəbər kimi tirajlanıb. Bu hadisə saysız-hesabsız söz-söhbətlərə, şayiələrə səbəb olub. Nazirin yıxılmasına siyasi don geyindirənlər də tapılıb. Qromıkonun Nyu-Yorkda yeməklə zəhərlənməsi fikirləri də səslənib, bəziləri elə düşünüb ki, nazirdə ciddi xəstəlik var. Digərləri bu hadisəni sovet nazirinə sui-qəsd kimi qələmə verib. Amma bu fikirlərin heç biri öz təsdiqini tapmayıb.
Maraqlıdır, bəs Andrey Qromıkonu Amerikada “yıxan” nə olub?
İlk növbədə zəhərlənmə, sui-qəsdə cəhd, xəstəlik şübhələrindən qurtulmaq üçün elə hadisə baş verən gün SSRİ-nin baş diplomatı ciddi həkim müayinələrindən keçib. Hansısa bir vasitə ilə zəhərlənməylə bağlı heç bir fakt aşkar edilməyib. Tribunada və tribunaya çıxana qədər Qromıkoya sui-qəsd məqsədilə heç bir fiziki təzyiq olmayıb. Ümumi tibbi müayinələrdə Qromıkoda heç bir xəstəlik tapılmayıb. Ümumiyyətlə, Qromıko digər yüksək ranqlı dövlət məmurlarından sağlamlığı ilə fərqlənib. İş rejiminin gərgin olmasına baxmayaraq, Qromıko səhhətinə ciddi diqqət yetirib, həkimlərin göstərişlərinə ciddi əməl edib. İstər ölkə daxilindəki səfərlərdə, istərsə də xarici ölkələrdə olarkən nazir qida menyusundan kənara çıxmayıb. İşdən axşam saat 9-10-da qayıtsa da, nazir hər gün bir saat piyada gəzintiyə vaxt ayırıb. Digər Kreml məmurları həkimlərlə ünsiyyətdən yayınsalar da, Qromıko tibb işçiləri ilə könüllü surətdə yaxınlıq edib.
Qromıkonun tribunadan yıxılması isə sırf onun adi bir geyim vərdişindən baş verib. Nazir siyasi fəaliyyətində olduğu kimi, şəxsi həyatında da kifayət qədər ciddi bir şəxs olub. O cümlədən o, geyim məsələsinə də çox ciddi yanaşıb. Dəblərin dəyişməsinə baxmayaraq, Qromıkonun qarderobu dəyişməyib. Tünd rəngli kostyum, tünd rəngli qalstuk, açıq rəngli köynək. Köhnə dəbdə olan şlyapa isə Qromıkoya məxsusi olaraq Amerikada tikilib göndərilib. Onun geyimində diqqəti çəkən qeyri-adi bir məsələ isə ilin fəsillərindən asılı olmayaraq şalvarının altından isti alt paltarı geyinməsi olub. Elə naziri tribunadan yıxan da bu alt paltarı olub. İsti geyim və isti hava Qromıkonu haldan salıb ki, bu da onun huşunun itməsinə səbəb olub.
Uzun illər Kremlin əsas tərcüməçisi olan Viktor Suxodrev öz xatirələrində Qromıkonun geyim məsələsi haqqında aşağıdakıları qeyd edib:
“Qromıko Kremlin ən ciddi fiqurlarından biri idi. Xarici siyasət məsələlərində birincilərin onunla hesablaşması mütləq şərt sayılırdı. Nazir əsl diplomatlara məxsus sabit xarakterə malik idi. Amma onun da digər sıravi insanlar kimi özünəməxsus vərdişləri var idi. Məsələn, Qromıko fəsillərdən və temperaturdan asılı olmayaraq, həmişə isti alt paltarı geyinirdi. Yaxşı xatırlayıram, İndoneziyada səfərdə olan zaman görüşə gedərkən mən avtomobilin arxa oturacağında onun yanında əyləşmişdim. Qəfil gözlərim Qromıkonun ayaqlarına sataşdı, altdan geyindiyi isti paltarı corablarının içinə salmışdı. Çöldə isə havanın temperaturu müsbət 35-40 dərəcə idi. O, isti alt paltarını hansısa bir xəstəliyinə görə geyinmirdi. Sadəcə bu, bir vərdiş idi. Qromıkonun Amerikada yıxılmasının səbəbi də elə bu idi...”
Sovet diplomatının tribunadan yıxılmasının səbəbi məlum olsa da, dünya mətbuatında fərqli versiyaların tirajlanması səngiməyib. Nəhayət, bütün söhbətlərə son qoymaq üçün Qromıko Moskvaya qayıdanda jurnalistlərə hadisə ilə bağlı açıqlama verib və o, sonda isti alt paltarı geyinməsini aşağıdakı kimi əsaslandırıb:
“Mənim üçün hava həmişə sərindir...”
Qromıko bu ifadəni sırf fəsillərlə bağlı söyləsə də, onun bu sözləri başqa tərəfə yozulub. Yəni xüsusilə qərb ölkələrinin diplomatları hansı bəyanatla, hansı təkliflə çıxış etsələr də, Qromıko və onun təmsil etdiyi SSRİ üçün siyasi hava dəyişməz olaraq sabit və sərin qalır.
Qeyd edək ki, 1909-cu ildə Qomeldə anadan olan Andrey Qromıko hələ Stalinin hakimiyyəti dövründən Xarici İşlər Nazirliyində işləməyə başlayıb. Nazirliyə yeni kadrlar işə qəbul olunanda Vyaçeslav Molotov namizədlərin siyahısını Stalinə təqdim edib. Stalin Qromıkonun soyadını oxuyanda “bu soyad mənim xoşuma gəlir” deyib və tanımadığı bir adamın nazirliyə işə qəbul olunmasına razılıq verib.
1939-cu ildən Xarici İşlər Nazirliyində çalışan Qromıko 1957-ci ildə Xruşov tərəfindən nazir vəzifəsinə təyin edilib və 1985-ci ilə qədər SSRİ tarixində ən uzunmüddətli nazir olub. Qromıkonun 28 illik nazirlik fəaliyyəti SSRİ-nin xarici siyasətində bir çox hadisələrlə yadda qalıb. Dünyanın ən tanınmış siyasətçiləri Qromıkonun diplomatik fəaliyyətini yüksək qiymətləndiriblər, onun əsl diplomatlara xas olan soyuqqanlığını xüsusi vurğulayıblar. Andrey Qromıko 1985-ci ildə baş katib kürsüsünə sahib ola biləcək ən real namizəd olub. Ancaq o, bundan imtina edərək Mixail Qorbaçovun namizədliyini dəstəkləyib və sonralar bu addımı siyasi fəaliyyətində yeganə səhvi kimi qiymətləndirib.
İlham Cəmiloğlu,
- Akademik Zərifə Əliyevanın doğum günüdür
28 aprel 2024 13:21
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 2024 11:50
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 2024 08:45
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 2024 10:24
- Akademik Zərifə Əliyevanın doğum günüdür
28 aprel 13:21
- NAR-dan sərfəli smartfon təklifi - Fotolar
28 aprel 13:01
- Ali Məhkəmənin hakimi intihar etdi
28 aprel 12:48
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53