VƏTƏN SEVGİSİNİ MÜƏLLİM ÖYRƏDİR
...Xatirəmdə ən çox iz buraxan illərim orta məktəbdə oxuduğum çağlarım olub. Nədən ki, bu tədris ocağı sözün həqiqi mənasında bir Akademiya idi.
Ümumtəhsil məktəblərində nələr tədris olunmur ki?
Elə bir fənn yoxdur ki,ondan hali olmayasan.Təbiət elmlərinin vurğunu olsam da, ədəbiyyat fənninə olan marağım da az deyildi.Bütün bunlarla yanaşı müstəsna olaraq "Gənclərin çağrışaqədərki hərbi hazırlığı" fənninə olan həvəsim,istəyim tamamilə fərqli idi.Şagirdə fənni sevdirən elə onu tədris edən müəllimdən başlayır.Bizim Hərbi hazırlıq müəllimiz həm cavan,həm də enerjili idi.Rəhimov Füzuli Ərşad oğlu.Ali məktəbi yenicə qurtarıb təhsil aldığım Zəngilan şəhər 2 saylı tam orta məktəbinə təyinat almışdı.Elə ilk gündən bizə hərbin sirlərinə necə yiyələnməyi, Vətənpərvərlik ruhunda böyüyüb boy atmağı ilhamla,böyük coşqu ilə öyrədirdi.Füzuli müəllim təməlindən bizə ulu babamız olan Şah İsmayıl Xətainin vahid dövlət formasında birləşməsindən,Azərbaycan torpaqlarının geri qaytarılmasından əsaslı və hüquqi faktlarla izah edir,onu bir vəzifə olaraq bizim qarşımıza məqsəd kimi qoyurdu.Onu da deyim ki, məktəbimizdə bu fənnin əyani surətdə tədrisi üçün hər cür imkan və şərait mövcud idi.Əyani vəsaitlərdən səmərəli istifadə etmək,ondan kifayət qədər yararlanmaq bizdə olan marağı daha da artırırdı.Hərbi hazırlıq kabinetində avtomatı söküb-yığmaq, tez-tez tirə üz tutub... sərrast atəş açmağın yollarını,qaydasını öyrənməkdən qətiyyən doymazdıq.Hərbi xidmətdən yenicə qayıdan əsgərlərimizin formasını alıb onun dərsində geyməkdən fəxr və fəxarət hissi duyardıq.Füzuli müəllimin özü belə hərbi paltar geyinməyimizə məmnuniyyətlə icazə vermişdi.Bu,bir Vətən sevgisinin işartıları idi.Füzuli müəllim tez-tez bizim məktəblilər arasında keçirilən "Şahin"və "Qartal" hərbi-idman oyunlarında iştirakımızı yüksək səviyyədə təmin edirdi.Bu oyunlarda qalib olmağımıza hədsiz sevinir, qürurlanırdı...Bütün bunlar bizim praktik təcrübəmizin zənginləşməsinə,möhkəmlənməsinə böyük stimul verirdi.Digər tərəfdən Füzuli müəllim bizə nəzəri bilikləri də həvəslə öyrədir,qəhrəmanlıq və igidlik göstərən oğul və qızlarımızın müharibə illərində göstərdiyi şücaətindən maraqlı epizodlar danışardı.Hərbi müəllimimiz... Həzi Aslanovun,Mehdi Hüseynzadənin,Qafur Məmmədovun,cəsur təyyarəçi,təcrübəli tarançı Hüseynbala Əliyevin döyüş yollarından,göstərdikləri qəhrəmanlıqlardan maraqlı,heyrət doğuran epizodlar,əhvalatlar danışardı.Sanki kino kadrları keçirdi gözlərimizin önündən..."Göylər qızı" kimi tanınan,pilot qadınımız Züleyxa Seyidməmmədovanın qorxmazlığından,fədakarlığından dəyərli sitatlar gətirər,bizi bir fərd...Vətəni,torpağı sevən bir şəxs kimi formalaşmağımızda bilik və bacarığını əsla əsirgəmirdi.İkinci dünya müharibəsində digər qəhrəman qadınlarımızın keçdiyi döyüş yolundan ətraflı məlumat verir,bizə həqiqətən ayrılıqda bir Vətən sevgisi,Vətən məhəbbəti öyrədirdi.Füzuli müəllim ilk Azərbaycanlı qadın snayperçi Ziba Qəniyevdən ağızdolusu danışar,sanki onun qəhrəmanlığını bizim ruhumuza köçürürdü.Tibbi xidmət sahəsində Azərbaycan qadınlarının dəyanətindən,bir şəfqət bacıları kimi onların gərgin və əvəzsiz əməyindən geniş məlumatlar verir,dəlillər,sübutlar gətirirdi.Dəniz üzərində gedən döyüşlərdə əsl şücaət,rəşadət göstərən Şövkət Səlimovadan olan söhbətləri isə bizdə qeyri-adi heyrət doğururdu.Bu qəhrəman qadının "Dnepr" adlı döyüş gəmisi ilə cəbhə xəttindən çıxarılan yaralıları Bakıya hospitallara daşınması da və həyatlarının xilası da məhz Şövkət Səlimovanın adı ilə sıx bağlıdır.Qadınlarımızın igidliyindən,qəhrəmanlığından Füzuli müəllimin belə ətraflı və sübutlarla danışması bizə də sirayət edir,qanımızı hər an coşdururdu!Təlim-tədris zamanı elə atmosfer yaratmışdı ki, şagird-müəllim qarşılıqlı münasibətləri doğmalaşmışdı.Sanki biz Füzuli müəllimi kəşf etmişdik.Onunla nəinki bir pedaqoq kimi...bizə göstərdiyi mehribançılıq və səmimiyyət mənəvi dostluğa çevrilmişdi.Sanki bizim ən yaxınımız,ürək sirdaşımız idi...Füzuli müəllim!Hamı onun xətrini çox istəyirdi...eləcə dərs dediyi şagirdlərini də özü...Həmişə Füzuli müəllim haqqında düşünəndə qədim Yunan filosofu Aristotelin bu hikmətli kəlamı yadıma düşür:"Atam məni Göydən Yerə endirmişsə,müəllimim isə Yerdən Göyə qaldırmışdır"...O,əsl pedaqoq idi.Bir gün Füzuli müəllimi görməsək,darıxardıq.Qəlbimizə hakim kəsilmişdi!1993-cü ilin qarışıq və çətin günlərində Füzuli müəllim pedaqoji kollektivdən ayrılıb,Daxili İşlər Orqanlarında fəaliyyətini davam etdirdi.Belə xarakterdə,belə təbiətdə olan bir adam sakit dayana bilməzdi.Düşmənə öz sözünü deməli,gücünü göstərməli idi.Ermənilər Zəngilanın sərhəd kəndlərinə tez-tez basqın edir,dinc əhaliyə rahatlıq vermirdi.Belə bir çətin və ağır vaxtlarda Vətən öz qeyrətli oğullarını düşmənə sipər olmağa çağırırdı.Füzuli müəllim kimi!Rayonumuzun Qazançı,Dərəli,Ağkənd,Yuxarı Gəyəli,Günqışlaq,Pirveyis,Canbar,Seyidlər,Bürünlü,Şayıflı,Nəcəflər,Yusiflər,Qaragöl və neçə-neçə belə sərhəd kəndlərinin mühafizə olunmasında,qorunmasında igidlik,şücaətlər göstərmişdi,Füzuli müəllim...Qusursuz xidmətinə görə Füzuli Rəhimov 1,2,3-cü dərəcəli medallara,"Polis əlaçısı" döş nişanına layiq görülmüşdür.Ustalıq dərəcəsi döş nişanına və "İgidliyə görə" medalı ilə təltif olunması onun döyüşlırdə qazandığı uğurların nəticəsidir.Çoxlu sayda Fəxri Fərmanlar,pul mükafatları onun Vətən qarşısında əldə etdiyi etimad,inam idi!F.Rəhimov orta məktəbin hərbi hazırlıq müəllimliyindən 22 il müddətində böyük döyüş yolu,səngər həyatı keçərək...polis kapitanı rütbəsinə qədər yüksəlmişdir!Bax,mənim sevimli müəllimim belə olmuşdur.Biz ondan öyrəndik cəsarəti,hünəri, qəhrəmanlığı.Biz ondan öyrəndik...Vətəni sevməyi,əsl insanlığı!Heç vaxt unutmadığımız Füzuli müəllimdən!
Səbirə Ələkbərova,Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Zəngilan rayon şöbəsinin əməkdaşı.
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 2024 11:06
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Leyla Bədirbəylinin Amerikada yaşayan nəvəsi
23 mart 2024 19:51
- Azərbaycanda qeydiyyatı olmayan partiyalar necə fəaliyyət göstərir?
22 mart 2024 14:00
- ...AZƏRBAYCAN DEYİLƏNDƏ ayağa dur ki
22 mart 2024 10:38
- Tarixdə adı olmayan xalq: Ermənilər kimlərdir? - Bilmədiyimiz faktlar açıqlandı
21 mart 2024 19:19
- Fahişələrin sayı niyə ARTIR? – İntim xidmət və QİYMƏTLƏR
17 mart 2024 14:29
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31