RUSİYA DÖVLƏTİNİN YARANMASI (IX ƏSR)
RUSİYA DÖVLƏTİNİN YARANMASI (IX ƏSR)
Rusiya dövlətinin tarixinin səlnaməçisi S.M.Solovyovun (1820-1879) “Qədim dövrlərdə Rusiya tarixi” əsərində Rusiya dövlətinin yaranma şəraiti qeyd edilir. Bəzi faktları oxuculara çatdırıram.
Qeyd edilən səlnamədə bildirilir ki, “Bibliyada yazıldığı kimi, Noyanın övladlarından bir çox xalqlar yaranmışdır, onun üçüncü oğlu Afetin tayfasından slavyan xalqları yaranmışdır. Bir müddət keçdikdən sonra slavyanların bir hissəsi Dunay çayı ətrafında məskunlaşır. Hal-hazırda bu ərazilər Macarıstan və Bolqarıstan dövlətinə məxsusdur”.
Beləliklə, Rusiyanın tarixi III-VIII əsrlər arasında Avropada məskunlaşmış slavyanlar ilə bağlıdır. Onlar eramızın VI əsrindən artıq Mərkəzi və Şərqi Avropada yaşayırdılar. Slavyanlar 3 qrupa bölünür:
1. Şərqi (ruslar, beloruslar, ukraynalılar)
2.Cənubi (serblər, xorvatlar, boşnaklar, monteneqrolular, makedoniyalılar, slovenlər və bolqarlar)
3. Qərbi (çexlər, polyaklar).
Hələ VI əsrdə heç bir slyavyan dövləti yox idi, onlar icma halında yaşayırdılar. Tarixçi S.M.Solovyov qeyd edir ki, “ilk slavyanlardan bir çox xalqlar yaranır, onlar Avropa qitəsinə səpələnirlər, Morava çayı ətrafında məskunlaşanlar moravalılar, digərləri çexlər, ağ xorvatlar, serblər və xorutanlar adlandırılmışdır”.
S.M.Solovyoc bildirir ki, “Əzəldən bu ərazilərdə məskunlaşmış voloxlar məskunlaşan slavyanlara hücum edir və onları şimala sıxışdırırlar”. Beləliklə, Visla çayı ətrafında məskunlaşan slavyanlar lyax adlandırlır. Həmin lyaxlardan polyaklar, lutici, mazovlılar və dəniz sahillərində yaşayan xalqlar əmələ gəlmişdir.
Slavyanların bir qismi Dnepr çayı ətrafında məskunlaşır. Onlar polyanlar, Polot çayı ətrafında məskunlaşanlar isə polotlar adlanırdı, digərləri meşələrdə məskunlaşırlar.
Bir qisim slavyanlar İlmeniya gölü ətrafında məskunlaşır və adlarını qoruyub saxlayırlar. Həmin slavyanlar Novqorod şəhərini salırlar. Slavyan xalqı bölünür, polyanlar öz adət-ənənələrinə sadiq qalırlar, digərləri isə vəhşi kimi yaşayırlar.
IX əsrin 882-ci ilində polyanlar Kiyev şəhərini salırlar. Bu dövrdə Şimali Qara dəniz sahillərində yerləşən türkdilli Xəzər tayfaları polyanlara daim hücum edir, onlardan xərac alır.
Digər tərəfdən şimaldan varyaqlar hücum edərək novqorodlulardan və digər krıvic, cudi və meri slavyanlarından xərac toplayırdılar. Tezliklə onlar varyaqları dənizə tərəf qovub çıxardırlar.
Merya slavyanları varyaqlara qarşı mübarizə aparır, onları ərazilərindən çıxardaraq qovur, xərac verməkdən imtina edirlər. Lakin, slavyanlar arasında hərc-mərclik yaranır, öz aralarında da mübarizə və müharibə aparırlar.
Varyaqlar Baltik dənizi zonasında yaşayan xalqdır. O dövrdə varyaqlar slavyanlarla ticarətlə məşğul olur, slavyanlardan daha yüksək mədəniyyətə sahib idilər.
Slavyanlar özlərinə onları idarə edən knyaz axtarırlar, rus adlandırılan varyaqlara nümayəndə göndərərək onları idarəçiliyə dəvət edirlər.
Üç qardaş rus adlandırılan varyaqlar idarəçiliyə dəvət olunur, onlar qohum-əqrabalarını başlarına toplayıb idarəçiliyə başlayırlar. Beləliklə, IX əsrin ortalarında Rus dövlətçiliyinin əsası qoyulur.
Ryurik Novqorodda, Sineus Ağqol, Truvor isə İzborskini idarə edirlər. Varyaqların adı ilə bu ərazilər Rus torpaqları adlandırılır. Rus knyazları olan varyaqlar digər slavyan ərazilərini də ələ keçirməyə başlayırlar. İki ildən sonra Sineus və Truvor vəfat edirlər. Ryurik bütün hakimiyyəti öz əlinə alır və şəhərləri yaxınları arasında bölüşdürür.
Ryurik Sineus və Truvorun idarə etdiyi şəhərləri öz yaxın adamlarından olan Askold və Dirə tapşırır. Onlar bu ərəfədə varyaq xüsusiyyətlərinu davam etdirərək Yunanıstana daxil olmaq qərarına gəlirlər. Lakin, yolda rast gəldikləri Kiyev şəhərində qalırlar, burada öz ətrafına varyaqları toplayaraq polyanlar üzərində hakim olurlar. Bu zaman Ryurik Novqorod knyazı idi.
866-cı ildə Askold və Dir silahdaşları ilə yunanların üzərinə hucüm edərək, Konstantinopolu talan edərək zəbt etdikləri qənimətləri gəmilərə yükləyib aparmaq istəyirlər. Lakin tufan nəticəsində gəmiləri fəlakətə uğrayır. Nəticədə az saylı xilas olmuş tərəfdaşları ilə geri qayıtmalı olurlar.
Elə bu dövrdə Ryurik xəstələnir, knyazlığı qohumu Oleqa təhvil verir və öz oğlu İqoru ona tapşırır və vəfat edir. Oleq ordu toplayıb Smolensk və Lyubec şəhərlərini tutur və öz tərəfdaşlarını orada yerləşdirir.
Oleq Kiyevə də daxil olur. Askold və Diri öldürür, oranı tutur və özünü Kiyev dövlətinin knyazı elan edir. Oleq bütün slavyanlara tapşırıq verir ki, xəzərlərə xərrac verməsinlər, xərracı ona versinlər. O digər slavyanlardan və Radımiclərdən xərac toplamağa başlayır.
907-ci ildə güclənmiş knyaz Oleq yunanlara hücum edir, Ryurikin oğlu İqor isə Kiyevdə qalır. Ruslar yunanların bir çoxunu məhv edir, evləri talayır, kilsələri yandırırlar.
Nəticədə uzun müddət yunanlar Oleqa xərrac ödəyirlər.
Oleqin ölümündən sonra Ryurikin oğlu İqor Novqorod və Kiyevin knyazı təyin olunur.
941 və 944-ci ildə İqor da bir neçə dəfə yunanlara hücum edir. O yunanlardan daha çox xərrac tələb edir. Nəticədə onlar 945-ci ildə İqoru öldürürlər.
945-ci ildən Novqorod və Kiyev knyazı İqorun arvadı Olqa olur, bu dövrdə də onun ordusu yunanlara hücum edir, onlardan xərrac alırdı.
955-ci ildə Olqa Yunanıstana gedir, xristianlığı qəbul edərək Kiyevə qayıdır, 969-cu ildə vəfat edir. Olqanın oğlu Ryurikin nəvəsi Svetoslav 972-ci ilədək knyazlıq edir, onun ölümünən sonra 977-ci ilədək oğlu Oleq Kiyevin knyazı olur, digər oğlu Vladimir isə 980-ci ildən Novqorod knyazı elan olunur. Sonradan Kiyev knyazlığını da tutur.
988-ci ildə knyaz Vladimir yunanlara hücum edir və oranı talan edir. Knyaz Vladimir yunanların imperatorları Vasili və Konstantinə bacıları ilə evlənmək istədiyini bildirir. Onlar qeyri-xristian millətinə bacılarını verə bilmədikləri və ona xristanlığı qəbul etməyi məsləhət bilirlər.Vladimir xristanlığı qəbul etməyə razı olduğunu bildirir və imperator bacısı Ananı ona ərə verərək Kiyevə yola salırlar. Bu dövrdən də (988-ci il) Kiyev knyazdığında xristanlıq qəbul olunur.
Bizim fikrimizcə, yuxarıda qeyd edilən faktlara əsaslanaraq bu nəticəyə gəlmək olar ki, yeni yaradılan Rus dövləti hər zaman Bizansı zəbt etmək fikrində olmuş, lakin imperatorun bacısı ilə ailə quran Vladimir bu işə ara vermiş və yürüşlərini Xəzər xaqanlığı istiqamətinə yönəltmişdir.
Xəzərlər isə Rus dövləti hələ yaranmamışdan əvvəl VII əsrdən Bizans dövləti ilə müttəfiq idilər. Onlar VII-XI əsrlər arasında Xəzər dənizinin ətrafından başlayaraq Qara dənizə və Kiyevə, Aral dənizindən Macarıstana qədər olan torpaqlarda hökm sürmüş türk dövləti idi.
965-ci ildə ruslar Xəzər xaqanlığının üzərinə növbəti yürüş təşkil edirlər. Müttəfliqliyi pozaraq Bizans İmperiyasının qüvvələri də ruslarla eyni zamanda Xəzər xaqanlığının ərazilərinə soxulurlar. 997-ci ildə Xəzər xaqanlığı ilə ağır döyüşlər olur.
Bundan sonrakı dövlərdə Knyaz Vladimir knyazlığın ərazilərində çoxsaylı qala şəhərləri saldırır, müdafiə istehkamları tikdirir. Ruslar onu “Günəş” adlandırırlar. O, dövriyyəyə qızıl və gümüş pul vahidi buraxdırır və istehkam şəhəri Belqorodu saldırır.
Rusiya Vladimirin knyazlığında ən qüdrətli dövrünü yaşamışdır. 1015-ci ildə Vladimir vəfat edir.
XI əsrin 1095-ci ilində rus mənbələrində artıq Xəzər xaqanlığının ləğvi barədə məlumat verilir.
Xəzərlərdən sonra peçeneqlər rus dövlətinin ərazilərini hücuma məruz qoyurlar.
(ardı var)
Müstəqil araşdırmaçı Aydın Kazımov
iyul 2023
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 2024 08:45
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 2024 18:45
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 2024 20:22
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 2024 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 2024 11:43
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 2024 11:26
- Əbiliqoz bəyin Rusiyadakı şirkəti balıq biznesindən 106 milyon qazanıb - FAKTLAR
8 aprel 2024 21:21
- Akademik Zərifə Əliyevanın doğum günüdür
28 aprel 13:21
- NAR-dan sərfəli smartfon təklifi - Fotolar
28 aprel 13:01
- Ali Məhkəmənin hakimi intihar etdi
28 aprel 12:48
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53