Cahangir Hacıyevin bacısı prezidentə müraciət etdi
Siyasət12 dekabr 2015 15:36
"Qardaşımın həbs edilməsi ailəmizi dərindən sarsıdıb".
Bunu "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva Azərbaycan Prezidenti İlham Əliyevə müraciətində qeyd edib.
Ə.Hacıyeva vurğulayıb ki, qardaşı sabikralara dəstək üçün verilən bütün kreditləri layihələrin həyata keçirilməsinə xərcləyib: “Çox hörmətli, möhtərəm cənab Prezident! Bu müraciəti Azərbaycan qadını, eyni zamanda Sizin siyasi kursunuza sadiq qalan Hacıyev Cahangir Fevzi oğlunun ailəsi adından yazıram. Heç sübhəsiz ki, Azərbaycan Respublikası öz iqtisadi inkişaf tempi ilə nəinki regionda, hətta dünya səviyyəsində öz qabaqcıl mövqeyini qorumaqdadır. Bu inkişafın isə yalnız bir səbəbi var: bu Sizin həyata keçirdiyiniz dinamik, dünyəvi siyasətin nəticəsidir. Bu dinamik inkişafda azacıq da olsa Hacıyev Cahangir Fevzi oğlunun rolu, əməyi vardır. Qardaşım hər zaman Sizin siyasəti dəstəkləyib, böyük önəm verdiyiniz iqtisadi sahənin inkişafı üçün öz vəzifəsini vicdanla yerinə yetirib. Sabikralara dəstək üçün verilən bütün kreditlər layihələrə xərclənib. Bu gün bunu əyani sübut etmək mümkündür. Düzdü, verilən kreditlərin dünyada gedən iqtisadi geriləmə səbəbiylə müəyyən hallarda qaytarılmasında ləngimələrlə müşahidə olunur. Bu kreditlər də müəyyən layihələrə yatırılıb. Çox təssüflər olsun ki, onun vəzifədən kənarlaşdırılması və həbs olunması layihələrin həyata keçirilməsinə, tamamlanmasına, xüsusən də problemli kreditlərin həll edilməsinə mənfi təsir etməkdədir".
Ə.Hacıyeva müraciətində bildirib ki, qardaşı C.Hacıyev 2015-ci ilin dekabrın 4-dən həbsdədir və hazırda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır: "Onun həbsi isə yuxarıda qeyd etdiyim kimi layihələrə, həmçinin mübahisəli məsələlərin müsbət həllinə maneçilik yaratmaqdadır. Digər tərəfdən isə həll oluna biləcək bir məsələdən dolayı uzun müddət dövlətçilik ənələlərinə və Sizin siyasi kursunuza sadiq bir məmurun həbs edilməsi ailəmizi çox sarsıdır. Sizi əmin etmək istəyirəm ki, Sizə verilən məlumatlar reallğı əks etdirmir. Kimlərinsə şəxsi ambisiyalarına məhz Cahangir Hacıyev amili maneə olduğu üçün onun barəsində Sizə yanlış məlumat verirlər, eyni zamanda mətuata dezinformasiya ötürürlər. Bu ambisiyaların arxasında duran şəxsin kim olduğu bizə məlumdur və mətbuata gedən reallıqdan uzaq informasiyalar da məhz fürsətçi şəxslərin göstərişi ilə yayılır".
Həbsdə olan bankin bacısı müraciətində daha sonra qeyd edib: "Bunu bir vətəndaşın, Azərbaycan xanımının müraciəti olaraq qəbul edin. Sizdən xahiş edirik ki, qardaşım Hacıyev Cahangir Fevzi oğlunun həbsdən azad olunmasına kömək edəsiniz, siyasi kursunuza sədaqətli bir şəxs kimi ona problemlərin həllinə öz tövhəsini verməsinə şans verəsiniz. Çünki o, işlədiyi dövr ərzində Sizə sadiq olub, ölkəmizin adını yüksək tutub, bir çox nominasiyalar üzrə savadlı menecer kimi Azərbaycanımızı müsbət mənada tanıdıb. Onun təltif edildiyi mükafatlar arasında Kraliçə Yelizaveta adına verilən "İlin meneceri" mükafatı (MDB məkanında tək bu təltifnamənin sahibi), MDB-nin Bankçılar Assosiasiyasının həmsədri təltifi, Məhşur Biznes və Menecement İnstutu tərəfindən "İlin adamı" , GUAM və MDB Banklar Şurası tərəfindən verilən bir çox fəxri adlar var. Bundan əlavə olaraq o, iqtisadiyyat üzrə elmlər namizədi, hazırda MDB ölkələrinin maliyyə-bank şurasının birinci vitse-prezidenti, Harvard Universiteti Belter mərkəzinin “düşünən adam” mükafatının laureatıdır. Əlbəttdəki onun əsas xidməti qeyd etdiyimiz kimi dövlətçilik ənənələrini yaşatması və Sizin siyasi kursunuza sadiq olmasıdır.
Sizdən xahiş edirəm bu məsələlərin həll olunması üçün qardaşın Cahangir Hacıyevin azadlığa çıxmasına kömək edəsiniz. Bu məktubu yazaraq Sizin tolerant və məhrəmət hissinizə sığınır və Sizdən bir qadın kimi imdad diləyirəm. Ümid edirəm ki, qardaşımın azadlığıa çıxmasına köməklik edəcək, ona problemlərin həllində, eyni zamanda yarımçıq qalan layihələrin tamamlanmasına şans verəcəksiniz".

NUH.AZ
Oxşar xəbərlər
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 2024 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 2024 14:50
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
Xəbər lenti
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
Video & Fotoqalereya
Video
Fotoqalereya