Azerceldə şok fırıldaq: 1 qəpik dilənçiliyi – FOTOFAKT
Azercell” mobil operatorundan şikayətlər səngimək bilmir. Bu şirkətdən narazılıq artıq kütləviləşməyə başlayıb. Belə ki, cumhuriyyet.az-a şikayət edən abonentlər “sim” kartdan imtina edərək başqa mobil operatorlara üstünlük verirlər. Hərçənd, digər mobil operatorlar da qənaətbəxş sayılmaz. Sadəcə, “Azercell”in bahalığı və peşəkar maxinasiya oyunları, vətəndaşa qarşı fırıldağı şirkətin nüfuzunu aşağı salıb. Çünki ölkədə ən bahalı telefon danışığı mobil operatorluğunu Azercell həyata keçirilir.
Mobil danışıq bazarında hələ də dominantlığını qoruyub saxlayan Azercell şirkətinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən çox yumşaq ölçü götürülür. Hər dəfə nazirlik sözlə kifayətlənir. Bu dəfə isə cumhuriyyet.az-a daxil olan şikayət faktı isə Azercell-in öz abonentlərinə qarşı açıq fırıldağını ortaya qoyur. Demək, redaksiyamıza müraciət edən Azərcell abunəçisi olan şikayətçi (bu və bundan sonra öz istəyi ilə şikayətçinin adını və mobil nömrəsini qeyd etməyəcəyik) bildirir ki, bir neçə gün bundan öncə Azərcell onun telefonuna mesaj göndərib ki,bəs sizin nömrə günlük 50 mb kampaniyasına qoşuldu, 3 gün pulsuz internet veririk sizə, sonra gündə 10 qəpik çıxacağıq balansdan. Əgər istəmirsinizsə, sms yazın göndərin, həmin sms-ə 1 qəpik çıxacağıq: “”3 gun pulsuz Internet! 50MB=10qepik kampaniyasi nomrenizde aktivdir. Kampaniyadan imtina ucun STOP1 yazib 2525 gonder. 1SMS=1qepik.” Sonra, 2-ci gün belə sms gəlir: “Sizin Gun50MB Mobil İnternet paketiniz avtomatik yeniləndi.”
Ən maraqlı proses bundan sonra baş verir. Azercell operatoru ilə şikayətçi arasındakı mesajlaşmanı olduğu kimi diqqətinizə çatdırırıq:
Azercell: Azercell Onlayın Müştəri Xidmətinə xoş gəlmisiniz. Zəhmət olmasa bir az gözləyin, qısa müddət ərzində Sizə xidmət təqdim olunacaq.
Azercell: Salam. Sizə necə yardımçı ola bilərəm.
051*** ** **: Salam.
051*** ** *: Mən bir məsələ ilə bağlı sual vermək istəyirdim.
Azercell: Buyurun.
051*** ** *: Bazar ertəsi axşam saatlarında mənə bu məzmunda smsm gəlib. 3 gun pulsuz Internet! 50MB=10qepik kampaniyasi nomrenizde aktivdir. Kampaniyadan imtina ucun STOP1 yazib 2525 gonder. 1SMS=1qəpik. Növbəti gün isə “Sizin GUN 50MB Mobil İnternet paketiniz avtomatik olaraq yeniləndi. məzmununda sms gəlib. Mən mobil datadan istifadə etmirəm və paket götürmürəm heç vaxt. Bilmək istərdim ki, mənim nömrəmdə paket niyə aktiv edilir?
Azercell: Sualınız bu nömrə ilə bağlıdır?
051*** ** *: Bəli.
Azercell: Nömrənizdə kompaniya aktiv olunmuşdur. İlk 3 günlük internet paketi ödənişsizdir. Yəni 3 gün ərzində hər gün 50 mb pulsuz olaraq təmin olunacaq. Üç gündən sonra isə günlük 50 mb paketə görə 10 qəpik çıxılacaq. Mesajda bütün ətraflı məlumatlar qeyd olunub. Siz həmin kampaniyadan imtina etmək istəyirsinizsə, STOP1 yazıb 2525 qəsa nömrəsinə göndərə bilərsiniz. SMS tarifi 0.01 AZN
051*** ** *: SMS-in məzmunu mənə aydındır. Bəs əgər mən sms yazıb göndərməsəm, onda necə?
Azercell: 3 gündən sonra günlük 50mb görə 10 qəpik çıxılacaq.
051*** ** *: Siz mənə bu mesajı göndərəndə əmin idiniz ki, mənim 3 gün ərzində bu sms-i oxumaq imkanım olacaq ya yox?
Azercell: Həmin kampaniya avtomatik olaraq aktiv olunmuşdur və sms göndərilmişdir. Sizin narazılığınız qeydiyyata alındı.
051*** ** *: Bəlkə mən latın qrafikalı əlifbanı oxuya bilmirəm… Və ən nəhayət bəlkə mən heç 3 gün telefondan istifadə etməyəcəm. Bu sms-dən necə xəbərdar olacaqdım? Şikayətimi qeydə əlmamışdan əvvəl zəhmət olmasa yuxarıda 3 sualımdan heç olmasa birinə cavab verin.
Azercell: 3 gündən sonra paketin yenilənməsi olacaqdı. Qeyd etdiyim kimi kampaniya avtomatik olaraq aktiv olunmuşdur. Nəyə görə aktiv olunubsa dəqiq deyə bilmərəm, çünki həmin kampaniyyaya əsasən nömrəniz sistem tərəfindən seçilmişdir və kampaniya aktiv olunmuşdur.
051*** ** *: Nəyə görə 1 qəpiyimdən və 3 saniyəmdən keçib “STOP” yazıb göndərməliyəm? Maraqlı səbəb deyirsiniz. Sistem nömrəni seçib:)) Sistem müştəriyə sərf edən nə üçünsə onun nömrəsini seçir?
Azercell: Qeyd etdiyim kimi sizin narazıçılığınız qeydiyyata alındı ki, gələcəkdə bu cür hallar baş verməsin.
051*** ** *: Sizdən tələbim, zəhmət olmasa nömrəmi bu kampaniyada deaktiv edin, heç bir məbləğ çıxmadan, hətta 1 qəpik də!
Azercell: Biz tərəfdən həmin paketi deaktiv etmək mümkün deyil. SMS göndərib deaktiv edə bilərsiniz.
051*** ** *: Mən sizdən xahiş etmişdim ki, sizin naməlum və gülünc sistemlə işləyən sisteminiz mənim nömrəmi seçsin? Aktiv mümkündür, deaktiv yox? Elə isə dediyiniz bu səbəbi və sistemin işləmə prosedurunu mənə elektron poçtla, ya da nömrəmə göndərin.
Azercell: Mümkün deyil. Sms göndərib deaktiv edə bilərsiniz. Bizim ofislərimizin birinə müraciət edib yazılı olaraq şikayət edə bilərsiniz.
051*** ** *: Necə mümkün deyil?
Azercell: Qeyd etdiyim kimi avtomatik olaraq aktiv olunmuşdur, narazısınız və Sizin narazıçılığınız qeydə alınmışdır.
051*** ** *: Texnoloji innovasiyalardan dəm vuran Azercell XXI əsrdə müşətirini mütləq şəkildə ofisə göndərir? Problemi virtual şəkildə həll edə bilmir?
Azercell: Mən qeyd etdim artıq, Sizin narazıçılığınız qeydə alındı ki, gələcəkdə bu kimi kampaniyalar avtomatik olaraq aktiv edilməsin. Biz tərəfdən paketin deaktiv edilməsi mümkün deyil, o səbəbdən sms göndərmək lazımdır.
051*** ** *: Sağ olun
Azercell: Siz də sağ olun. Azercellə müraciət etdiyiniz üçün təşəkkür edirik.
Digər bir problemli məsələ isə abunəçilərə göndərilən SMS-lərin qanunvericilik daxilində tənzimlənməməsidir. Hər gün Azercell tərəfindən 8228-dən 6 milyona yaxın abunəçisinə təhrikedici, həm də xahiş dolu nidalar basılmağa başlanır.
Azercell məlumat yaydı ki, bezdirici SMS-lərin qarşısı alınacaq. Abunəçi 9005 nömrəsinə “stop” və ya “boş sms” göndərməklə bunun qarşısını alacaq. Buradan isə bir daha aydın olur ki, abunəçilərə göndərilən bezdirici SMS-lər tənzimlənə bilərmiş. Çünki SMS-lərin bezdirici olduğunu şirkət olaraq özləri də inkar etmirlər.
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- 2 milyonluq tenderi uddu, amma 2,25 milyonluq müqavilə imzaladı - Müəmma
23 mart 2024 20:29
- Fahişələrin sayı niyə ARTIR? – İntim xidmət və QİYMƏTLƏR
17 mart 2024 14:29
- Bakcell deputatın şirkətini məhkəməyə verdi – Şirkətin 9,4 milyon vergi borcu da var
11 mart 2024 19:19
- 15 min vergi borcu olan şirkət BDU-nun 1,4 milyonluq tenderini uddu
10 mart 2024 21:43
- SSRİ-də edam edilən yeganə yeniyetmə: Niyə ölümə məhkum olundu? - ŞOK SƏBƏB
9 mart 2024 17:02
- Elman Rüstəmovun qızının Londondakı şirkəti 13,3 milyon zərər edib (FOTOFAKT)
5 mart 2024 12:52
- Navalnını öldürdülər - KİMLƏR ? - Yenilənib
16 fevral 2024 20:18
- ŞOK - Tanınmış vəkil Azərbaycanda BİCBALA problemindən yazdı - həkimlər kişiləri belə aldadır
11 fevral 2024 22:48
- Hacı Qalib Bilgəhdəki bağa görə partiya sədrinə 5 milyon dollar təklif edib? - AÇIQLAMA
31 yanvar 2024 16:55
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31