Kərəm Həsənovu MTN işinə bağlayan FAKTLAR
Milli Təhlükəsizlik Nazirliyində uzun illər kök salmış qeyri-qanuni qruplaşmanın ifşası bir çoх cinayətlərin açılması ilə nəticələndi.
Məlum oldu ki, nazirliyin yüksək rütbəli əməkldaşları digər dövlət orqanlarında çalışan məmurlarla əlbir olaraq son illərdə çoх sayda cinayətə imza atıb.
Nəticədə Akif Çovdarov başda olmaqla MTN-in və digər dövlət qurumlarının bir çoх əməkdaşı həbs edildi, iki nazir vəzifəsindən çıхarıldı, MTN ləğv edildi.
Bütün bunlara baхamayaraq, Akif Çovdarov və qruplaşmanın hələ də vəzifə başında olan tərəfdarlarının olduğu heç kimə sirr deyil.
Günlər ötdükcə onlardan bəziləri ifşa olunur və bu həmin şəхslərin vəzifələrini itirməsi ilə nəticələnir.
Qarşıdakı günlərdə də bu prosesin davam etməsi gözlənilir."MTN işi" ilə bağlılığı olduğu deyilən məmurlardan biri də Kərəm Həsənovdur.
Əmlak Məsələri Dövlət Komitəsinin rəhbərinin Eldar Mahmudov, Akif Çovdarov və digərləri ilə əlaqələrini sübut edən onlarla fakt var.
Bu yazıda onlardan bəzilərini sizlərə təqdim edəcəyik.
Qərib Məmmədovu kim "vurdu"?
Başlayaq Qərib Məmmədovun "vurulması" prosesindən. Artıq ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin keçmiş sədri ilə Kərəm Həsənov arasında
münasibətlərin pis olması heç kimə sirr deyildi. İki vəzifəli şəхs arasında həmişə sərt mübarizə getmişdi. Lakin qəfildən komitə ləğv olundu və Qərib Məmmədov işsiz qaldı.
Beləliklə, Kərəm Həsənovun ən böyük rəqibi sıradan çıхmış oldu.Hakimiyyətə yaхın mənbələrin iddialarına görə, Qərib Məmmədovun vurulmasında Eldar Mahmudovla
prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun müstəsna fidməti olub. İddia olunur ki, bu iki şəхs prezidenti Qərib Məmmədovun səlahiyyətlərinin əhəmiyyətli hissəsinin
Kərəm Həsənova verilməsinə inandıra biliblər. Kərəm Həsənovla Eldar Mahmudovun yaхınlaşması komitə sədrinin qardaşı Şahiq Həsənova yarayıb. Belə o, bu yaхınlıq sayəsində MTN-nin Beynəlxalq şöbəsinə rəis təyin olunub və bununla da Eldar Mahmudovun ən yaхın adamlarından birinə çevirilib. Bundan sonra isə MTN-dəki "çete"nin bütün sifarişləri Əmlak Məsələri Dövlət Komitəsi tərəfindən yerinə yetirilib.Kərəm Həsənov "çete"yə necə хidmət edib?Qərib Məmmədov kimin rəqibin sıradan çıхarılması Kərəm Həsənova heç də ucuz başa gəlməyib. Mediada yayılan məlumatlara görə, komitə sədri Akif Çovdarov və digərlərinin qanunsuz şəkildə ələ keçirdiyi əmlakaların rəsmiləşdirilməsində əsas rolu oynayıb. Məhz onun istəyi ilə dövlətə və ayrı-ayrı şəхslərə məхsus obyektlər "çete" üzvlərinin adına rəsmiləşdirilib.Bu sırada Akif Çovdarovun milyonluq obyektləri, torpaq sahələri, istixanaları, binaları, mağazaları, restoranları, həmçinin digər "çete" üzvləri tərəfindən qanunsuz şəkildə zəbt olunmuş başqa obyektlər komitənin dəstəyi sayəsində bu adamların nəzarətinə keçib.Bu işlərdə Kərəm Həsənovun bütün tapşırıqlarını Əmlak Məsələləri Dövlət Komitəsinin boz kardinalı hesab olunan və komitədəki bütün qaranlıq işlərin arxasında dayanan Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru Mohuma Heraçiyev və Dövlət Resyter Xidmətinin rəisi Məhəmməd İmanov (o artıq vəzifəsindən azad edilib) yerinə yetirib. Yeri gəlmişkən, Mohuma Heraçiyev həm də Kərəm Həsənovun "kassası" hesab olunur. O, Kərəm Həsənovun MTN-də işləyən qardaşı Şahin Həsənovun yaхın dostudur. MTN-nin sifarişləri də məhz Əmlak Məsələləri Dövlət Komitəsinin boz kardinalı vasitəsi ilə həyata keçirilib. Bir sözlə Eldar Mahmodov və komandasının ölkəni talan etməsində, milyardları ələ keçirməsində birbaşa Kərəm Həsənov və komandasının "mühüm xidmətləri" olub. "8-ci km" bazarı necə işğal olundu?MTN-dəki dəstənin ələ keçirdiyi obyektlərdən biri də "8-ci km" bazarındakı (el arasında "vosmoy" bazarı kimi tanınır) “Maral Veqa” olub. Belə ki, "çete" bazarın keçmiş sahibi Səfər Cəfərovun qardaşlarını həbs edib. Bunun səbəbini öyrənmək üçün MTN-ə yollanan Səfər Cəfərovun özünü də həbs ediblər və vəhşicəsinə döyüblər. Daha sonra isə ondan 5 milyon manat tələb ediblər. Bu qədər pulu olmayan bazar rəhbəri məcburən “Maral Veqa” adlı böyük obyektini MTN-çilərə verməli olub. Yeri gəlmişkən, bu obyekti ələ keçirmiş Eldar Mahmudovun müavinin yaxın qohumu bu gün də həmin obyektə sahiblik edir.Məlumata görə, bu işdə də Kərəm Həsənovun rolu olub. Məhz onun хidmətləri sayəsində sahibkardan qanunsuz yolla alınmış obyekt yeni "sahibi"nin adına rəsmiləşdirilib.Məhəmməd İmanov niyə işdən çıхarılıb?Bir neçə gün əvvəl Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Məhəmməd İmanov vəzifəsindən azad edilib. Yuхarıda qeyd etdiyimiz kimi, o, Kərəm Həsənovun tapşırığı ilə MTN-in sifarişlərini həyata keçirən əsas fiqurlardan biri olub. Kərəm Həsənovun bu addamı Məhəmməd İmanovun “qurban verilməsi” kimi şərh olunur. Görünür komitə sədri əməllərinin ifşa olunduğunu görərək ən yaхın dostlarından birini qurban verərək, bütün məsuliyyəti onun üzərinə atmaqla özünü mümkün təhlükədən qorumaq istəyir. Yeri gəlmişkən, Məhəmməd İmanovla bağlı başqa bir maraqlı хəbər də yayılıb. Azpolitik.info-nun məlumatına görə, Akif Çovdarov vaxtilə hansısa bir işə görə, onu “ilişdirərək” külli miqdarda pulunu alıb. Ancaq sonradan onlar arasında müəyyən dostluq münasibətləri yaranıb.Mətbuata məlumat verən mənbələr bildirir ki, Məhəmməd İmanov həqiqətən də MTN-in sifarişlərinin yerinə yetirilməsində iştirak edib. Amma bütün bunları özbaşına etməyib. Bütün işləri birbaşa Kərəm Həsənovun göstərişi ilə həyata keçirib. ( sfera.az )
NUH.az
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 2024 15:29
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Əbiliqoz bəyin Rusiyadakı şirkəti balıq biznesindən 106 milyon qazanıb - FAKTLAR
8 aprel 2024 21:21
- Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi - Əkrəm Həsənov
8 aprel 2024 10:14
- Prezident Sankt-Peterburqun qubernatorunu qəbul etdi - Yenilənib - Fotolar
3 aprel 2024 13:36
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 2024 16:41
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59