Qorxmaz Hüseynovun qardaşı Badamdarı xaraba qoyub
Bakının Badamdar qəsəbəsinin sakinləri “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və onun qardaşı Məhəmməd Hüseynovdan şikayətçidirlər.
Bununla bağlı redaksiyamıza müraciət edən sakinlər Gunxeber.com-un əməkdaşını sözügedən qəsəbəyə dəvət ediblər.
Sakinlər bildiriblər ki, “Azərsu”nun işçiləri bir aydan artıqdır ki, qəsəbənin bütün yollarını qazıb töküblər:
“Guya qəsəbədə su və kanalizasiya xətti çəkirlər, köhnələrini yeniləyirlər. Bir aydan çoxdur hər yeri qazıb töküblər.
Amma demək olar ki, heç bir iş görmürlər. İşçilər sanki günlərini sayırlar. İşin ləng getdiyinin səbəbini soruşanda isə deyirlər ki, maaşlarını ala bilmirlər.
Buna görə də işə həvəssiz yanaşırlar. Onların dediyinə görə, iş icraçısı “Azərsu”yun rəhbəri Qorxmaz Hüseynovun qardaşı Məhəmməd Hüseynovdur.
O isə işçilərlə kobud davranır, əmək haqlarını tələb edənlərə, maaşların nə zaman veriləcəyini bilmədiyini deyir.
İşçilər deyirlər ki, buna görə də, işləmirik, pulumuzu nə zaman verərlər, o zaman da işləyərik. Məhəmməd Hüseynovun bu cür əməllərinə görə bir aydan çoxdur Badamdar xarabaxanaya dönüb.
Camaat evlərinə gedə bilmir. Hər tərəfi qazıb töküblər. Qorxmaz Hüseynov hara baxır. niyə qardaşının bu əməllərinə göz yumur. Minlərlə ailənin normal yaşamasına problem yaranıb.
Onsuz da camaat ölkədəki vəziyyətdən narazıdır. Bir tərəfdən də Qorxmaz Hüseynov və onun başına yığdığı qohum-əqrabası camaatı hökumətin üstünə qaldırır”.
Sakinlər bildiriblər ki, yaxın günlərdə bu problem həllini tapmasa, onlar sərt etiraz aksiyalarına əl atacaqlar.Ərazidə gözə dəyən “Azərsu” əməkdaşları da maaşlarını ala bilmədiklərini və bütün günahların M.Hüseynovda olduşunu, işçilər arasında narazılığın son həddə çatdığını bildiriblər: “Qorxmaz Hüseynovun “Azərsu”yu qohum-əqraba şirkətinə çevirdiyini hər kəs bilir.
Onun ətrafına yığdığı qardaşı Məhhəmməd Hüseynov, bacısı oğlu Yusifəli, qaynı Namiq Cəbrayılov və digər qohumları hara əl qoyurlarsa oranı xarabazara döndərirlər.
Bu adamların işi-gücü ancaq dövlətin milyonlarını müxtəlif yollarla mənimsəməkdir. Bu barədə jurnalistlər də çox yazıb. Amma Qorxmaz Hüseynov onları dayandırmır.
İndi də Məhəmməd Hüseynov bizi pis vəziyyətdə qoyub. Həm pulumuzu ala bilmirik, həm də camaat hər gün bizi söyür. Bütün günahı bizdə görürlər. Canımızdan bezmişik”.
Qeyd edək ki, indiyədək Q.Hüseynovun yaxın ətrafının “Azərsu”yun müxtəlif idarələri vasitəsilə dövlətin yüzmilyonlarla manatını necə taladıqları barədə çox yazılıb.
Həqiqətən də bu cür maxinasiyalarda ən çox M.Hüseynov, bacıoğlu Yusifəlinin və Namiq Cəbrayılovun adı çəkilir.
Görünür Badamdar qəsəbəsini qazıb tökən “Azərsu” əməkdaşlarının da onların adlarını çəkməsi təsadüfi deyil.Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
NUH.az
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 2024 10:29
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 2024 10:08
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 2024 15:24
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
- Cavad xan nəslinin nümayəndəsi ABŞ-də vəfat etdi
5 aprel 2024 11:04
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09