ADNA-dakı terrorla bağlı Akif Çovdarov danışmalıdır
“MTN generalları”nı göz bəbəyi kimi qorumalıyıq
Nə qədər ağır olsa da etiraf etməliyik ki, şərti olaraq “MTN işi” adlandırılan məsələ Azərbaycan dövləti və cəmiyyəti üçün ən azı rüsvayçılıqdır.
Bunun başqa bir adı yoxdur.
Millətin və dövlətin təhlükəsizliyinə məsul olan dövlət qurumu illər uzunu öz rəhbəri Eldar Mahmudovun başçılığı altında dövlət səviyyəsində reketçiliklə,
iş adamlarına işgəncə verməklə, quldurluqla və s. məşğul olub.
Bütün bunlardan dövləti idarə edən şəxslərin, hüquq mühafizə orqanlarının xəbəri olub-olmayıb sualını hələlik bir kənara qoyaq.
Nə qədər rüsvayçılıq olsa da “MTN işi” artıq baş verib və bunu bütün ölkə bilir. Sadəcə, bundan düzgün nəticə çıxartmaqdan söhbət gedə bilər.
“MTN işi” ilə bağlı xeyli sayda dövlət məmurları, generallar, nazir müavinləri həbs olunub.
Mətbuatda gedən rəsmi xəbərlərdən bəlli olur ki, hazırda istintaq prosesi gedir və növbəti ildə həbslər davam edəcək.
Ancaq “MTN işi”ndə əsas fiqurlardan biri MTN-nin Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyev təcridxanada intihar edib və
digərlərinin də intihar etməyəcəyinə heç kim zəmanət verə bilməz. Daha doğrusu, həmin şəxslər intihardan sığortalanmayıb.
Hiss olunan odur ki, istintaqın obyektiv və sonadək aparılmasında çoxları maraqlı deyil. Hətta vəziyyət o dərəcədə biabırçıdır ki, tanınmış media kapitanı
hörmətli Eynulla Fətullayev “MTN işi”nin başçısı sabiq nazir Eldar Mahmudovu intihara çağırır:
“ Eldar Mahmudov, sən də özünə bir güllə çax, qurtul bu rüsvayçılıqdan!!! Adam kişi olar!!!”.
Axı, Eynulla Fətullayev sıradan biri deyil ki, hirslənib, özündən çıxıb emosional tərzdə belə status yaza. Deməli, ortada sifariş, yaxud nəsə var...
Mən hətta hörmətli Fətullayevin sifarişlə yazmasının da əleyhinə deyiləm. Unutmayaq ki, Nizami Gəncəvi də sifarişlə dünyaya şedevrlər bəxş edib.
Amma sifarişi də belə primitiv tərzdə yerinə yetirmək olmaz axı...
Və ən əsası normal cəmiyyətdə kimisə intihara səsləmək, adamı sui-qəsdə təhrik etmək ciddi əks səda doğura bilərdi. Təəssüf ki, bizdə belə olmadı.
Deməli, “MTN işi” yenidən təkrar oluna bilər və belə olan halda biz bir dövlət və cəmiyyət olaraq bu lənətlənmiş dairədən çıxa bilməyəcəyik.
Nə qədər gec deyil, biz “MTN işi”nin obyektiv aparılması üçün çalışmalıyıq. Qoy hər kəs öz günahına və əməlinə görə cavab versin. Və son 10-15 ildə qaranlıq qalan məsələlər açılsın.
...Yeri gəlmişkən, mən bu günlərdə 30 aprel 2009-cu ildə baş vermiş Neft Akademiyası terroru ilə bağlı mətbuatda gedən yazılara nəzər saldım.
Məlumdur ki, həmin terror hadisəsində 13 nəfər vətəndaşımız həlak oldu və 13 nəfər yaralandı. Bu boyda terroru dövlət rəsmlərinin dili ilə mətbuatımız “qanlı hadisə...faciə...təsadüf..” adlandırdı. Hətta məhkəmə materaillarında terrorçu Fərda Qədirovun guya “ sevdiyi qızla evlənməsinə valideynlərinin icazə verməməsi səbəbindən aqressiv olduğu” və cinayət törətdiyi də qeyd olunur.
Bax Azərbaycanın hüquq mühafizə orqanları bu gündədir.
Mən yoğurub-yapıb hər şeyi MTN-in və onun generallarının üzərinə yıxmağı da düzgün hesab etmirəm.
Ancaq vaxtilə Baş prokurorluğun və Ali Məhkəmənin qorxub-çəkindiyi MTN artıq ləğv olunub.
Deməli, ortada həqiqi siyasi iradə və sağlam niyyət olsa istintaqı obyektiv aparmaq mümkündür.
Məncə, Fərda Qədirovla, ümumiyətlə, Neft Akademiyasında baş verən terrorla bağlı Akif Çovdarov çox şey deyə bilər...
Elə bilirəm Akif Çovdarovu, digər MTN generallarını və Eldar Mahmudovu göz bəbəyi kimi qorumalıyıq.
Bu bizim dövlətimizin gələcəyi üçün çox vacibdir.
NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 2024 14:30
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 2024 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 2024 11:53
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20