RÖVNƏQ ABDULLAYEVİN 48 MİLYONLUQ YENİ LAYİHƏSİ - ÖZƏL
İtkin düşmüş 23 əməkdaşı hələ də tapılmayan SOCAR şefi yeni obyektinin açılışına hazırlaşır
Ölkə vətəndaşının sosial – iqtisadi durumunun hər gün bir az da pisləşdiyi günlərdə belə məmurlar bu ölkənin az qala hər qarışına yeni obyekt nəzərilə baxırlar. Uzun illərdir yaratdıqları iqtisadi imperiyaları bu şəxslərə külli miqdarda vəsait qazandırsa da, adamların qazanmaq iştahları bitib-tükənmək bilmir. Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bir müddət öncə, dənizdə baş vermiş məlum faciədən bir neçə gün sonra kamera qarşısında “həyacanlı” olduğu üçün müsahibə verməsə də, romantik vəziyyət alıb, müsahibə almaq istəyən jurnalistə səbəb kimi kədərli olmasını bildirdi. Və hətta hakimiyyətin “təcili yardımı” funksiyasını yerinə yetirən həmin jurnalistə “necə kədərli olmayım, axı gözümüzün önündə millətin sərvəti yanır” – dedizdirə də bildi. Millətin övladları itkin düşüb yox, məhz sərvəti yanır. Halbuki millətinki elə həmin itkin düşənlər idi. Zatən neftin də, qazın da, səfasını erməni kilsələri adı ilə ermənilər daha çox öz həyatlarında hiss edirlər, nəinki bu zavallı millət. Cəmi bir neçə gün sonra cənab Abdullayevin sorağı paytaxt əhalisinin “8-ci km bazarı” adlandırdığı ərazidən gəldi. Bir neçə gün öncə SOCAR şefinin bazarla üzbəüz tikilən çoxmərtəbəli avtomobil dayanacağında çalışanlara çılğınlıqla tapşırıq verdiyini söyləyən mənbə bildirdi ki, tikinti gedən sahə Nizami rayonu ərazisindəki Heydər Əliyev parkına məxsusdur. Mənbə onu da bildirdi ki, həmin park hələ mərhum prezident Heydər Əliyevin sağlığında salınıb və bir vaxtlar əkdiyi ağac da bu parkın ərazisindədir. Məlumatı verən mənbə onu da bildirdi ki, Rövnəq Abdulayevin inşa etdirdiyi obyekt məhz parkın girişindəki, üstünə “Heydər Əliyev parkı” yazılmış arkanın yerindədir. Belə ki, obyekt iştahası cənab Abdullayevdə liderinə, öndərinə sayqının da itməsinə səbəb olub. SOCAR şefi şəkilini başının üstündən asdığı, Ulu Öndər dediyi, onun məhz bu günkü görəvinin, mövcud yaşamının, cibindəki mandatının səbəbkarı olan şəxsin adının yerinə ya hansısa anlaşılmaz xarici ad, ya da sadəcə “avtomobil dayanacağı” yazılan, lakin ona pul qazandıran obyekti görəsən o sadə arkadan niyə üstün tutdu. Halbuki Rövnəq Abdullayevin bu illər ərzindəki qazancı yalnız para deyil, o cümlədən Milli Məclisdə əyləşən millət vəkilləri, rayon icra hakimiyyəti başçıları və s-dir. Adı çəkilən ünvanda olan Conflict.az-ın əməkdaşı bir nüansın da şahidi olub – cənab Abdullayev artıq park rəhbərliyinin inzibati binasını da tarixə qovuşdurub. Ən təəccüblüsü isə Heydər Əliyevin adı gələndə özünü İmam Hüseynin Kərbəladakı fəadailəri kimi aparan Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun bütün baş verənlərə seyriçi mövqeydə qalmasıdır. Halbuki bu rayonun ərazisində hətta ayaqlarını qucaqlayıb ağac altında uzansan belə, gərəkdir ki, başçıdan icazə almalısan. Lakin... Ərazidə olan əməkdaşımızın bildirdiyinə görə artıq parkın inzibati binasının yerində aparılan tikintinin ikinci mərtəbəsi inşa edilir. Cənab Abdullayev bütün bunlarla kifayətlənməyərək, hətta parkın kənarından geçən yolu belə təmir adı ilə bağlatdırıb. Sağ səkini yolun genişləndirilməsi adı ilə ləğv etdirib. Adının çəkilməsini istəməyən mənbə həmin yeni inşasına başlanan obyektin kafe – restoran və digər əyləncələr üçün nəzərdə tutlduğunu bildirdi. Oxucuların diqqətinə çatdıraq ki, park rəhbərliyinin istifadəsində olan inzibati binanın da qarşısına “Heydər Əliyev park - bulvarı” yazılmış lövhə vurulmuşdu. Və artıq nə o bina, nə də həmin lövhə yoxdur. Əslində bu məsələ ilə maraqlamağımız bizə daha ciddi mətləblərdən xəbər verdi. Sən demə Rövnəq Abdullayevin inşa etdirdiyi avtomobil dayanacağı ona nə az, nə də çox düz 48 milyon manata başa gəlib. Məlumatı verən mənbə bildirdi ki, sadəcə beton konstruksiyalardan inşa olunmuş, hər hansı arakəsməsi, müəyyən vəsait tələb edən digər amillərin olmadığı binanın 48 milyon manata tikilməsi nəinki şişirdilmiş, hətta astronomik rəqəmdir. Mənbə onu da qeyd etdi ki, məhz buna görə də tikilini təhvil götürəcək müəssisənin rəhbəri sənədləri imzalamaqdan qətiyyətlə imtina edib. Həmin şəxsə müxtəlif şirnikləndirici təkliflərin edilməsinə baxmayaraq, SOCAR şefi istəyinə nail ola bilməyib. Lakin sonuc yenə də cənab Abdullayevin xeyirinə dəyişib. Çıxış yolu kimi rəhbər dəyişikliyi edilib. Maraqlıdır millətin nəinki yanan, hətta yanmayan neftindən sorumlu olan Rövnəq Abdullayevin sosial – iqtisadi vəziyyətin kritik zamanında, neftin dəfələrlə dəyərini itirdiyi vaxtda dayanacaq sevdası nədən qaynaqlanıb? Bu sevda məhz o zamana təsadüf edib ki, az qala hər gün ölkənin müxtəlif regionlarında banka borcunu ödəyə bilmədiyi, evə aylardır qazanc gətirmədiyi, işsiz olduğu üçün ailə başçılarının intihar xəbərləri eşidilir. Və yaxud son iki ildə minlərlə SOCAR əməkdaşı müxtəlif səbələrlə ixtisara salınıb. Hər səbəbin elə səbəbi də puldur. Əgər SOCAR pulsuzluqdan əməkdaşlarını ixtisar edirsə, baş neftçi ötən ilin sonunda “biz 2016-cı ildə qənaət sistemi tətbiq edəcəyik” bəyanatını verirsə, nədən bu sistem heç bir strateji əhəmiyyət kəsb etməyən, ölkə büdcəsi üçün önəmi omayan bir tikiliyə 48 milyon manat sərf edərkən əhəmiyyət kəsb etmir? Əgər bu dayanacaq da yeni iş yerinin açılması kimi təqdim edilib statistik rəqəmlərə əlavə ediləcəksə, bu şişirdilmiş 48 milyon manat kimi daha absurd bir iddia olacaq. Həmin obyektin hər mərtəbəsinə bir nəfər nəzarət edəcəyi təqdirdə bu cəmi 5 və ya 6 nəfər edəcək. Dəyərdimi cənablar?Redaksiya yazıda adı çəkilən qurum və şəxslərin də mövqeyini dərc etməyə hazırdır.Mövzunu diqqətdə saxlayacağıq. Conflict.az
NUH.az
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 2024 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 2024 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 2024 11:53
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31