Dövlət Fitosanitar Nəzarəti Xidmətində sahibkarlarla görüş
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətində sahibkarlarla görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Xidmətinin rəisi Camal Quliyev görüşdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli sahibkarlığın yaradılması nəticəsində Azərbaycanda müasir sahibkarlıq ənənələrinin formalaşdığını bildirib. Qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasi kurs iqtisadi inkişafda, əhalinin həyat şəraitinin yaxşılaşmasında xüsusi rol oynayır. Son illər Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azaldılması, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi, işsizliyin aradan qaldırılması və digər sosialyönümlü problemlərin həlli sahibkarlığın inkişafı ilə əhəmiyyətli dərəcədə bağlıdır.
Ölkəmizdə özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafına xüsusi qayğı ilə yanaşıldığını bildirən C.Quliyev deyib ki, Prezident İlham Əliyev tərəfindən aqrar sahəyə göstərilən dövlət qayğısı nəticəsində kənd təsərrüfatı məhsulları istehsalının həcmində əvvəlki illə müqayisədə, əsasən intensiv amillər hesabına 6,6 faiz artıma nail olunub. Eyni zamanda, meyvə-tərəvəz məhsullarının ixracı 7,2 faiz çox olmaqla, ixracın həcmi idxalı üstələyib.
Vurğulanıb ki, Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin fəaliyyətinə qanunsuz müdaxilə hallarının qarşısının alınması istiqamətində bütün lazımi tədbirlər həyata keçirilir, iş adamlarına müvafiq kömək göstərilir.
İdxal-ixrac prosesində xidmətin elektronlaşdırılmasından bəhs edən C.Quliyev qeyd edib ki, Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi ilə əlaqədar Xidmət tərəfindən verilmiş icazə sənədləri haqqında məlumatların Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə daxil edilməsi üçün texniki avadanlıqlar quraşdırılıb və proqram təminatı işlənib. Müvafiq qanunvericiliyə uyğun olaraq tərtib edilmiş idxal karantin icazəsi və pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin idxalına verilən rəy sənədləri məlumat mübadiləsi şəbəkəsi vasitəsilə Dövlət Gömrük Komitəsinə ötürülür.
Məhz bu çevik avtomatlaşdırılmış sistemin yaradılması nəticəsində əvvəllər mövcud olan gecikmələrin qarşısı alınıb. Azərbaycan Respublikasından ixrac olunan bitki və bitkiçilik məhsullarının sertifikatlaşdırılmasının Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə qoşulması üçün “Delta-Telekom” şirkəti tərəfindən Xidmətin rayonlararası bitkilərin karantini məntəqələrinə optik xətlər çəkilib. Hazırda sistemin fəaliyyətə başlaması məqsədilə avadanlıqların və proqram təminatının alınması üçün müvafiq tədbirlər yekunlaşmaq üzrədir.
Kənd Təsərrüfatı Nazirliyinin tapşırığı əsasında son illər Dövlət Xidmətinin çevik idarəetmə strukturunun formalaşdırılması, zərərli orqanizmlərin diaqnostikası və keyfiyyətə nəzarət üzrə milli laboratoriyaların diaqnostik səviyyəsinin yüksəldilməsi, respublika ərazisində fitosanitar vəziyyətin elmi əsaslarla idarə edilməsi mexanizminin təkmilləşdirilməsi, fitosanitar sabitliyin qorunub saxlanılması, qeyri-dövlət fitosanitar xidməti subyektlərinin inkişafının dəstəklənməsi nəticəsində bitkiçilik məhsullarının istehsalının artırılması, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, insan sağlamlığına və ətraf mühitə pestisidlərin zərərli təsirinin minimuma endirilməsi istiqamətində ciddi addımlar atılıb.
Xidmətin rəisi son vaxtlar KİV-lərdə ölkəyə emal məqsədilə idxal olunan texniki və yemlik sort kartofun istehlak bazarına çıxarıldığı və ərzaq kartofu kimi əhaliyə 20 dəfə bahasına satıldığı, eyni zamanda, başqa ölkələrdə, əsasən heyvandarlıqda yem kimi istifadə olunan 4-cü və 5-ci sinif buğdanın Azərbaycana inhisarçılar tərəfindən ərzaq buğdası kimi idxal edildiyi və çörəkbişirmədə istifadə olunduğuna dair məlumatlara da münasibətini bildirib. Azərbaycana idxal olunan kartofun hamısının ərzaqlıq sortlar olduğunu vurğulayan C.Quliyev deyib: “Cari ildə müfəttişlər tərəfindən istehlak bazarında həyata keçirilən baxış zamanı bir tondan çox kartof məhsulunun göstəriciləri standartlara uyğun gəlmədiyi üçün məhv edilərək dövriyyədən çıxarılıb. 4-cü və 5-ci sinif buğdanın Azərbaycana inhisarçılar tərəfindən ərzaq buğdası kimi idxal edildiyi və çörəkbişirmədə istifadə olunduğuna dair məlumatlara gəldikdə isə qeyd olunmalıdır ki, Azərbaycana son zamanlar, ancaq birinci, ikinci və üçüncü siniflərə aid yumşaq və bərk buğda gətirilir. 4-cü və 5-ci (qeyri-ərzaq məqsədilə) siniflərə aid buğdanın ölkəyə idxalı ilə bağlı Dövlət Xidmətinə müraciət edilməyib”.
Görülən işlərdən danışılarkən diqqətə çatdırılıb ki, ekspertizalar zamanı karantin tətbiq olunan və xüsusi təhlükəli zərərvericilər aşkar edildiyi üçün 8945 ton buğda və 5938 ton arpa məhsulu beynəlxalq standartlara uyğun şəkildə fumiqasiya edilərək zərərsizləşdirilib. Ümumilikdə, cari ildə 3000 tona yaxın meyvə-tərəvəz məhsulu karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduğuna və keyfiyyət göstəriciləri standartlara uyğun gəlmədiyinə görə məhv edilib.
C.Quliyev idxal edilmiş buğda və un məhsullarından götürülmüş nümunələrin ekspertizası zamanı 2015-ci ildə 71 halda zərərli orqanizmlərin aşkar edildiyini və müvafiq fitosanitar tədbirlərin həyata keçirildiyini diqqətə çatdıraraq, sahibkarları ümumi işin xeyrinə birgə fəaliyyətə dəvət edib: “Cari illərdə istehsal və idxal edilən bitki və bitkiçilik məhsullarının, pestisidlərin və aqrokimyəvi maddələrin keyfiyyət göstəricilərinə nəzarətin gücləndirilməsi istiqamətində ciddi addımlar atılacaq. Hər bir sahibkar da öz fəaliyyət sahəsi üzrə keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılmasına nail olmalı, şəffaflığın artırılması və ictimai nəzarətin gücləndirilməsində dövlət orqanlarına dəstək göstərməlidir”.
Sahibkarların qaldırdıqları bir sıra məsələlər geniş müzakirə edilib, onların həlli istiqamətində tapşırıqlar verilib.
Tədbirdə çıxış edən sahibkarlar dövlət dəstəyinin gücləndirilməsi və sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə hallarının aradan qaldırılması sahəsində görülən işlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
NUH.az
- SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi
10 aprel 2024 23:08
- Erməni çoban sürüsü ilə Azərbaycan ərazisinə keçdi, atışma başladı, yaralı var ...
10 aprel 2024 19:48
- Bakıda 800 minlik dələduzluq: Üç dövlət qurumu zərər gördü, dörd nəfər həbs olundu
9 aprel 2024 05:47
- Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi - Əkrəm Həsənov
8 aprel 2024 10:14
- Bakı Oksford Məktəbi dövlət nəfinə alındı - 24 milyon 700 min manat...
4 aprel 2024 16:36
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Anar Nağılbazın atası dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
25 mart 2024 00:21
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- Sahibə Qafarova və Alen Simonyan arasında görüş keçirilib - YENİLƏNİB
22 mart 2024 20:18
- Tarixdə adı olmayan xalq: Ermənilər kimlərdir? - Bilmədiyimiz faktlar açıqlandı
21 mart 2024 19:19
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15