ADNA-dakı terrorla bağlı Akif Çovdarov mütləq danışmalıdır
“MTN generalları”nı göz bəbəyi kimi qorumalıyıq
Nə qədər ağır olsa da etiraf etməliyik ki, şərti olaraq “MTN işi” adlandırılan məsələ Azərbaycan dövləti və cəmiyyəti üçün ən azı rüsvayçılıqdır.Bunun başqa bir adı yoxdur. Millətin və dövlətin təhlükəsizliyinə məsul olan dövlət qurumu illər uzunu öz rəhbəri Eldar Mahmudovun başçılığı altında dövlət səviyyəsində reketçiliklə,iş adamlarına işgəncə verməklə, quldurluqla və s. məşğul olub.Bütün bunlardan dövləti idarə edən şəxslərin, hüquq mühafizə orqanlarının xəbəri olub-olmayıb sualını hələlik bir kənara qoyaq. Nə qədər rüsvayçılıq olsa da “MTN işi” artıq baş verib və bunu bütün ölkə bilir. Sadəcə, bundan düzgün nəticə çıxartmaqdan söhbət gedə bilər. Yəni gələcəkdə belə hallar baş verməsin. “MTN işi” ilə bağlı xeyli sayda dövlət məmurları, generallar, nazir müavinləri həbs olunub.Mətbuatda gedən rəsmi xəbərlərdən bəlli olur ki, hazırda istintaq prosesi gedir və həbslər davam edəcək.Ancaq “MTN işi”ndə əsas fiqurlardan biri MTN-nin Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyev təcridxanada intihar edib vədigərlərinin də intihar etməyəcəyinə heç kim zəmanət verə bilməz. Daha doğrusu, həmin şəxslər intihardan sığortalanmayıb.Hiss olunan odur ki, istintaqın obyektiv və sonadək aparılmasında çoxları maraqlı deyil. Hətta vəziyyət o dərəcədə biabırçıdır ki, tanınmış media kapitanı hörmətli Eynulla Fətullayev “MTN işi”nin başçısı sabiq nazir Eldar Mahmudovu intihara çağırır:“ Eldar Mahmudov, sən də özünə bir güllə çax, qurtul bu rüsvayçılıqdan!!! Adam kişi olar!!!”. Axı, Eynulla Fətullayev sıradan biri deyil ki, hirslənib, özündən çıxıb emosional tərzdə belə status yaza. Deməli, ortada sifariş, yaxud nəsə var...Mən hətta hörmətli Fətullayevin sifarişlə yazmasının da əleyhinə deyiləm. Unutmayaq ki, Nizami Gəncəvi də sifarişlə dünyaya şedevrlər bəxş edib.Amma sifarişi də belə primitiv tərzdə yerinə yetirmək olmaz axı...Və ən əsası normal cəmiyyətdə kimisə intihara səsləmək, adamı sui-qəsdə təhrik etmək ciddi əks səda doğura bilərdi. Təəssüf ki, bizdə belə olmadı.Deməli, “MTN işi” yenidən təkrar oluna bilər və belə olan halda biz bir dövlət və cəmiyyət olaraq bu lənətlənmiş dairədən çıxa bilməyəcəyik.Nə qədər gec deyil, biz “MTN işi”nin obyektiv aparılması üçün çalışmalıyıq. Qoy hər kəs öz günahına və əməlinə görə cavab versin. Və son 10-15 ildə qaranlıq qalan məsələlər açılsın....Yeri gəlmişkən, mən bu günlərdə 30 aprel 2009-cu ildə baş vermiş Neft Akademiyası terroru ilə bağlı mətbuatda gedən yazılara nəzər saldım.Məlumdur ki, həmin terror hadisəsində 13 nəfər vətəndaşımız həlak oldu və 13 nəfər yaralandı. Bu boyda terroru dövlət rəsmlərinin dili ilə mətbuatımız “qanlı hadisə...faciə...təsadüf..” adlandırdı. Hətta məhkəmə materaillarında terrorçu Fərda Qədirovun guya “ sevdiyi qızla evlənməsinə valideynlərinin icazə verməməsi səbəbindən aqressiv olduğu” və cinayət törətdiyi də qeyd olunur.Bax Azərbaycanın hüquq mühafizə orqanları bu gündədir.Mən yoğurub-yapıb hər şeyi MTN-in və onun generallarının üzərinə yıxmağı da düzgün hesab etmirəm.Ancaq vaxtilə Baş prokurorluğun və Ali Məhkəmənin qorxub-çəkindiyi MTN artıq ləğv olunub.Deməli, ortada həqiqi siyasi iradə və sağlam niyyət olsa istintaqı obyektiv aparmaq mümkündür.Məncə, Fərda Qədirovla, ümumiyətlə, Neft Akademiyasında baş verən terrorla bağlı Akif Çovdarov çox şey deyə bilər...Elə bilirəm Akif Çovdarovu, digər MTN generallarını və Eldar Mahmudovu göz bəbəyi kimi qorumalıyıq. Çünki bu bizim dövlətimizin gələcəyi üçün çox vacibdir.
NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli
- Gürcüstan Azərbaycanın Tbilisi layihələrindən asılılığının bitdiyini anlayır – Zahid Oruc
7 aprel 2026 21:19
- Prezident onu nazir müavini təyin etdi
7 aprel 2026 20:52
- Prezident onları təltif etdi - Siyahı
7 aprel 2026 16:45
- İranın vəziyyəti aqoniya halıdır, bu gündən isə… – Deputatdan FƏRQLİ baxış
7 aprel 2026 15:34
- Prezident Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul etdi (FOTO)
7 aprel 2026 15:08
- Mən bu evi 13 ildir almışam, kollektor üzərində tikildiyini bilmirdim - VİDEO
7 aprel 2026 13:53
- Məhkəmə Eşqi Bağırova bir ay vaxt verdi: Hüquqpozma aradan qaldırılmasa...
7 aprel 2026 12:21
- Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ
6 aprel 2026 12:58
- 19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü
5 aprel 2026 22:08
- Badamdarda sürüşmə: Nazir hadisə yerində (FOTO/VİDEO)
5 aprel 2026 15:12
- Ağdaban soyqırımından 34 il ötür
08 aprel 00:37
- Mətləb Mütəllimli vəfat etdi
08 aprel 00:28
- Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Milli Məclisdə olub
07 aprel 23:13
- Gürcüstan Azərbaycanın Tbilisi layihələrindən asılılığının bitdiyini anlayır – Zahid Oruc
07 aprel 21:19
- Bu gecə bütöv bir sivilizasiya məhv olacaq - Trampdan xəbərdarlıq
07 aprel 21:08
- Prezident onu nazir müavini təyin etdi
07 aprel 20:52
- Prezident onları təltif etdi - Siyahı
07 aprel 16:45
- İranın vəziyyəti aqoniya halıdır, bu gündən isə… – Deputatdan FƏRQLİ baxış
07 aprel 15:33
- Prezident Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul etdi (FOTO)
07 aprel 15:08
- Nəfəs aldığımız hava nə qədər təmizdir? – Azərbaycan dünyada bu PİLLƏDƏ
07 aprel 14:19
- Mən bu evi 13 ildir almışam, kollektor üzərində tikildiyini bilmirdim - VİDEO
07 aprel 13:53
- Naxçıvanda pensiyalar ödənildi - RƏSMİ
07 aprel 12:56
- Milli Məclis bu məsələlərə görə TOPLAŞACAQ
07 aprel 12:49
- Məhkəmə Eşqi Bağırova bir ay vaxt verdi: Hüquqpozma aradan qaldırılmasa...
07 aprel 12:21
- Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
06 aprel 23:04
- Ağsu şəhəri QARANLIQ içindədir, İŞIQLAR yanmır və üstəlik küçələri sahibsiz itlər basıb...
06 aprel 22:45
- Prezidentin Gürcüstan səfəri başa çatdı- Fotolar
06 aprel 20:23
- Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu (FOTO)
06 aprel 19:21
- İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
06 aprel 15:28
- Prezidentlə xanımı Gürcüstandadır - Yenilənib
06 aprel 14:10
- Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ
06 aprel 12:58
- Tehrana zərbə endirilib, 13 nəfər həlak olub
06 aprel 12:12
- İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub (YENİLƏNİB)
06 aprel 11:46
- Moskvada anti-Azərbaycan tədbiri
05 aprel 23:17
- Hər axşam qatıq yeməyin FAYDALARI
05 aprel 22:16
- 19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü
05 aprel 22:08
- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
05 aprel 19:39
- Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
05 aprel 17:29
- Qusarda 29 yaşlı gənci sel apardı - Meyiti tapıldı+Foto
05 aprel 16:25
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
05 aprel 15:28
