Amil AVOĞLU Kərpic kəsən Muses kirvə
Baş redaktordan
Bu mənzum hekayə sovet dönəmində qələmə alınıb. Azərbaycan – Ermənistan münaqişəsindən sonra şairin yeni kaitabı çapa hazırlanarkən bu mənzum hekayə də kitaba daxil edilib. Lakin bir istisna ilə. Bəzi ədəbiyyat adamları bu əsərin ideyasının düzgün anlaşılmayacığını nəzərə alaraq müəyyən korrektələr edilməsini məsləhət görmüşlər. Və müəllif mənzum hekayədə köklü dəyişikliklər etməli olub. Ancaq bu günün gözü ilə baxdıqda görmək olar ki, heç də belə deyil. Burada erməni millətinə məxsus sadə, zəhmətkeş bir insanın taleyi qələmə alınıb. Bu obraz müəllifin uydurması deyil, real həyatdan götürülüb. Elə bir insan obrazı ki, onun nəzərində hamı ADAM idi. Çünki özü tamamilə riyadan, xəbislikdən xəbərsiz bir aləmin adamı idi.
Müəllif məhz bu aspektdən çıxış edərək bəşəri hiss və duyğuları ön plana keçirib. Və mənzum hekayənin əsl variantını oxuculara təqdim etmək qərarına gəlib.
Son sözü oxucular deyəcək.
Amil AVOĞLU
Kərpic kəsən Muses kirvə
( İlkin variantda )
Kimsə ondan soruşmazdı
Haralıydı,
Atasının adı nəydi.
Bircə onu bilirdik ki,
Erməniydi.
Doğmalıqda eyni idi
El-obada o hər evə.
Hamıyla salam kəsirdi
Kərpic kəsən Muses kirvə.
Palçıq yükü nə idi ki,
Ağır-yüngül söz yükünə
O dözmüşdü.
Onnan şahmat oyununda
Gidi dünya uduzmuşdu.
Güldürərdi onu daim
Taleyinə dəyən zərbə.
Deyərdilər nə xoşbəxtdi
Kərpic kəsən Muses kirvə.
Yığılmışdı yumaq kimi,
Kərpic boyda boyu vardı.
Sığınmışdı
O günlüklü kepkasının
Altınaca,
Öz yeri, öz göyü vardı.
Ayıbalasından hündür.
Tanımırdı başqa zirvə,
Kərpic kəsən Muses kirvə.
Böyüklərlə böyük idi,
Uşaqlarla uşaq idi,
Ev-ailə qayğısından
Uzaq idi.
İtirmişdi arzuları,
Ümidləri körpə-körpə,
Kərpic kəsən Muses kirvə.
Çox işlər, az qazanardı,
Qış gözlər, yaz qazanardı.
Bəzən elə muzd yerinə
Quru xoş söz qazanardı.
Əlində bir əl ağacı,
Çiynində bir köhnə heybə
Çəkilərdi hərdən qeybə
Kərpic kəsən Muses kirvə.
Təkcə özündən savayı
Hamıya kərpic kəsərdi.
Bir köçəri quş kimiydi,
Evsiz-eşiksiz gəzərdi.
Harda yatıb gecələrdi,
Nə yeyərdi, nə içərdi,
Bunu bilən az olardı.
Yenə kefi saz olardı.
Bircə gülüşündən başqa
Nəyi vardı içindəydi.
Dünya-aləm öz işində,
O isə öz işindəydi.
Əsrimizin ortasında
Bir kimsəsiz ada idi.
Yaxşı-yaman tanımırdı,
Hamı onun nəzərində
Adam idi.
Onnan ancaq
Aylar, illər bacarmışdı.
Yaş üstünə yaş gəldikcə
Saç ağarıb qocalmışdı.
Yoğurduğu qara palçıq
Saçını yox,
Əllərini qaraldardı.
Yorulmazdı yenə işdən,
Hər gün saman daşıyardı,
Hər gün kərpic qaldırardı.
Son gedişi necə oldu,
Bunu kimsə heç bilmədi.
Bir il keçdi,
Beş il keçdi,
O gəlmədi.
Tapılmadı onu görən,
Nə izini, nə tozunu
Nişan verən.
Bəs haradan,
Hansı yolla o gəlmişdi?
Ömür yolu harda bitdi?
O gedəndən
Daş özünə yer elədi,
Palçıq, saman, kərpic getdi.
Öldüsə bəs qəbri hanı,
Olardı bir ağlayanı.
Nə ölmüşdü,
Nə itmişdi,
Nə xəlvətdə üzərini
Qurd almışdı.
Qonşusunun kərpicini
Oğurlayan
Bir millətdən olsa da o,
Öz ömrünü kərpic-kərpic
Paylayaraq qurtarmışdı.
1986.
- İtaliyada XVI əsrə aid qadın VAMPİR-in siması bərpa edildi
25 mart 2024 10:42
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Sağlığında qiymət verin insanlara - deyən şairin AİLƏ DRAMI
12 mart 2024 13:00
- İlham Əliyevin andiçmə mərasimindəki çıxışının - Tam mətni
14 fevral 2024 20:46
- Bu gün qətlə yetirilən hərbçi MAYOR imiş - Fotosu
27 yanvar 2024 22:09
- Təhminənin 3 paltarına 3 min dollar vermişdim - 15 dəfə öpüşmək...
27 yanvar 2024 12:39
- Faşist Qaragin Njde əslində kimdir? - Şərh
2 yanvar 2024 15:39
- Quru sərhədlər bu səbəblərdən açılmır - Prezidentin izahı
13 dekabr 2023 13:08
- Prezident Füzuliyə köçən sakinlərlə görüşdü (FOTOLAR )
17 oktyabr 2023 18:09
- Məhərrəmlik bitdi, toylar başladı - 2 ayda dəyişən menyu qiymətləri
16 sentyabr 2023 13:30
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06