Gömrük generalı bu gölü necə ələ keçirdi? - FOTO/VİDEO
DGK-nın Aksiz Gömrük İdarəsinin rəisi Ehtiram Xəlilovun Göyçayda hektarlarla əraziyə sahiblənib
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bir müddət əvvəl bəzi kadr islahatlarına gedərək, bəzi məsul şəxsləri ya işdən çıxarıb, ya da onların yerlərini dəyişib. Balakən Gömrük Keçid Məntəqənin rəisinin dəyişdirilməsi, habelə Sumqayıt Gömrük İdarəsinin rəisini başqa bir posta keçirməsi bunun əyani misallarından biri sayılır.Sumqayıt Gömrük İdarəsinin keçmiş rəisi, general-mayor Ehtiram Xəlilov bir müddət əvvəl vəzifəsindən alınaraq, başqa bir işə keçirilib. İlk olaraq belə bir təəssürat yaranmışdı ki, Xəlilovun işdən çıxarılması DGK daxilindəki qruplaşmalar arasında gedən mübarizənin nəticəsidir. Lakin sonradan onun Aksiz Gömrük İdarəsinin rəisi təyin edilməsi bu söhbətlərə son qoydu.Amma Ehtiram Xəlilovun nəinki zəif biri olduğu, ümumiyyətlə, onun gömrük sistemində çox varlı bir şəxs kimi tanındığını bilməyən yoxdur. JAM.AZ-a verilən məlumata görə, əslən Göyçay rayonundan olan generalın böyük maddi imkanları, bahalı mülkləri mövcuddur.Həmin məlumatlarda iddia edilir ki, idarə rəisi hələ Sumqayıtda işləyərkən Göyçayın Çərəkə kəndində bir neçə hektar ərazini alaraq, orada özünə böyük obyekt tikib. Bəzi məlumatlara görə, həmin torpaq sahəsi kənd sakinlərindən birinə məxsus olub. İlk olaraq tərəflər qiymət məsələsində anlaşa bilməyiblər. Çünki Ehtiram Xəlilovun təklif etdiyi 100 min manatlıq bir məbləği torpaq sahibi qəbul etməyib. Sonradan isə qiymət yenidən qaldırılıb, amma yenə razılaşma əldə olunmayıb. Bundan sonra isə generalın rütbəsi və vəzifəsindən sui-istifadə edərək, zorla həmin torpaq sahəsini ələ keçirdiyi deyilir.Qaynar.info-nun dəqiqləşdirmələrindən sonra məlum olub ki, söhbət "Çərəkə Turizm Mərkəzi"ndən gedir. Çərəkə kəndi ərazisində 1975-ci ildən fəaliyyətə başlayan “Çərəkə gölü” istirahət zonası təbii gölün ətrafında yerləşir və hektarlarla ərazini əhatə edir. Doğrudan da bu istirahət mərkəzi əvvəllər başqa bir sahibkara məxsus olub, amma sonra obyektin sahibi müəmmalı şəkildə həbs olunur və gömrük generalı Çərəkə gölünü və istirahət mərkəzini ələ keçirir. Hazırda da obyektə faktiki rəhbərlik edən Ehtirah Xəlilovun qudasıdır.Ehtiram Xəlilov Çərəkə kəndindəki həmin ərazidə sonra bir xeyli tikinti işləri də aparıb. Özünə bahalı istirahət mərkəzi düzəldən gömrük generalının bu qədər maddi imkana sahib olması isə müəmma olaraq qalır. Çünki aylıq əmək haqqı ilə bu qədər geniş imkana sahib olmaq mümkün deyil.Qaynar.info-nun generalla bağlı əldə etdiyi digər məlumatlar da maraq doğurur. Məlum olub ki, general bir vaxtlar orta məktəb müəllimi olmuş atası Səyyaf Xəlilovun adını Göyçayın mərkəzində bir küçəyə qoydurmağa da nail olub. Ən maraqlı məqamlardan biri isə onun atasının məzarı üzərində hər gecə fəxri qaravulun dayanmasıdır. Bunun səbəbləri haqqında suallarımıza isə yerli sakinlər cavab verə bilmədilər.
NUH.az
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 2024 10:49
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- 1970-ci ildə Bakıda qeyd olunan Novruz şənliyindən görüntülər (VİDEO)
25 mart 2024 09:51
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Rusiyada millətçi çağırışlar – Kadırovdan etiraz gəldi
24 mart 2024 22:03
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- 1 nömrəli qanuni oğru kor olub
24 mart 2024 19:59
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20