Adı xalqın, dadı isə məmurların olan Xəzər - FOTOLAR
Cəmiyyət28 fevral 2016 15:34
Xəzər dənizi əslində bizim - xalqın təbii sərvətidir. Nefti, qazı, kürüsü ilə birlikdə... Amma bu sadaladıqlarımız xalq olaraq, heç vaxt görmədiklərimizdir. Bizə göstərilməyənlərdir. Bəs, suyu, sahili..? Niyə Xəzər sahillərinə əlimiz çatmır? Və ya çatanda da niyə ödənişli olmalıdır? Axı, Xəzər bizim, yəni hamımızındır…
Xəzərin insan əli çata biləcək hər yeri ya hasarlıdır, ya da istirahət mərkəzlərinə çeviriblər. Mərdəkanı, Şüvəlanı, Nabranı, Buzovnanı, Pirşağını… İnsan əli çata biləcək hər yeri...
Xəzərin çox ciddi “hasar dərdi” var. Bu dərd, bu problem bir neçə dəfə Milli Məclisin də müzakirəsinə çıxarılıb. Sanki, Xəzərin hasarlanmasından xəbərləri yoxmuş kimi, hələ bir bunu edənlərə öz iradlarını bildirənlər də var. Amma nəticə yoxdur. Bəzən isə hasarlarla bağlı “ən məntiqli” izah belə verilir: “Bu hasarlar insanların təhlükəsizliyini təmin etmək üçün çəkilir…”
Hasar sevgisi olanların seçimi də təbii ki, zövqlü olur. Onlar Xəzərin ən gözəl, ən təmiz sahillərini boyhaboy hasarlayırlar. Bizə - xalqa qalan isə zibilli, çirkab suları ilə dolu olan və ya hansısa sahibkar tərəfindən zəbt edilmiş ödənişli sahillərdir. Bəzən ödənişsiz yer axtaran insanlar Xəzərin təhlükəli ərazilərinə üz tuturlar. Hansı ki, o sahillər “xalqın təhlükəsizliyi” üçün hələ hasarlanmayıb…
Sözü dolayı yolla deməyə ehtiyac yoxdur. Təbii ki, Xəzərin sahillərinin məmurlar arasında səliqəli şəkildə bölüşdürüldüyü hər kəsə aydındır. Məmurlar böldüklərini bölüblər, qalanını da satıblar. Axı hansısa bir məmurun xəbəri olmadan Bakıda daş üstünə daş qoymaq olar? Əlbəttə, yox…
Azərbaycanda məmurlarla vətəndaşlar arasında fərqli həyat olduğu kimi, məmurlarla Xəzər arasında da fərqli bir həyat var. Hansı ki, o həyatı bizim - xalqın görməsini istəmirlər. İstəyirlər ki, onların Xəzər sahilindəki həyatları elə hasarla dəniz arasında qalsın. Amma vətəndaş istəyir ki, məmurlar onların həyatını görsün. Amma görmürlər. Çünki onlar əsasən bir neçə saat kabinetdə, daha sonra isə hündür hasarlar arxasında yaşayırlar.
Yəqin ki, yolu Bakının cənub girişindən düşən hər kəs sahilboyu uzanan istirahət mərkəzlərini, saysız-hesabsız möhtəşəm villaları görüb. Villalar, istirahət mərkəzləri olmayan sahillər isə hasarlanıb. Yəqin ki, daha sonra lazım olar deyə, ehtiyatda saxlayıblar və yaxud da “qaygıkeşcəsinə xalqın təhlükəsizliyini düşünüblər”.
“Bibiheybət” məscidindən sonra başlayan istirahət mərkəzləri, otellər boyhaboy düzülüb. Xəzərin sahilləri insan əli çata və yay fəslində çimərlik kimi istifadə edilə biləcək yerlərində bir qarış belə, boşluq saxlamamaq şərti ilə hasarlanıb. Davamında isə bir-birinin yanında sıralanan uzun və hündür hasarlı, nəzarət kameralı, mühafizəçiləri olan villalar...
O hasarların arxasında çox şey var. Yaxtalar, möhtəşəm malikanələr, dənizin ortasına aparan sonradan salınan yollar və daha nələr, nələr... Bir sözlə , xəyalını qura biləcəyimiz çox şey…
“Bu villalar kimlərindir, necə tikiblər, hansı pulla tikiblər” deyə sual etmirik. Bəlkə də “Bu, bizi maraqlandırmır” deyə düşünənlər var.
Amma tək gerçək olan budur ki, Xəzər bizimdir - Azərbacan xalqınındır. Xəzərin bizə çatan yalnız sahilləridir, ancaq aramızda hündür hasarlar var. Aşa bilməyəcəyimiz hasarlar…
Yaxşı ki, heç olmasa, Bulvar var. Amma bizə haqqımız olan lazımdır. Xəzər lazımdır. Hasarsız, özgür Xəzər…(musavat.com)
NUH.AZ
Oxşar xəbərlər
- Azərbaycanda yeni idman növü yaradıldı
8 may 2024 12:50
- İşdən çıxarılan məşhur cərrah danışdı
8 may 2024 10:22
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
8 may 2024 00:22
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
7 may 2024 12:14
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
7 may 2024 01:46
- Özbəkistanda ROBOT -POLISlər ilk dəfə küçəyə patrul xidmətinə çıxıb –VİDEO
7 may 2024 01:30
- Jurnalist Afət Telmanqızından sabiq səfirə SƏRT CAVAB- Satqın sözü sənə yaraşır
7 may 2024 00:53
- Bakıda 17 min manata pişik satılır (VİDEO)
7 may 2024 00:42
- 500 illik zavod görün hansı sirrin üstünü açdı
7 may 2024 00:32
- Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
7 may 2024 00:25
Xəbər lenti
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
08 may 16:23
- Azərbaycanda yeni idman növü yaradıldı
08 may 12:50
- Prezidentlərin geniş tərkibdə görüş keçirilir (YENİLƏNİB)
08 may 12:25
- İşdən çıxarılan məşhur cərrah danışdı
08 may 10:22
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
07 may 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
07 may 11:42
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
07 may 08:55
- Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiri
07 may 02:11
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
07 may 01:46
- Özbəkistanda ROBOT -POLISlər ilk dəfə küçəyə patrul xidmətinə çıxıb –VİDEO
07 may 01:30
- SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır - Tomas de Vaal
07 may 01:20
- Jurnalist Afət Telmanqızından sabiq səfirə SƏRT CAVAB- Satqın sözü sənə yaraşır
07 may 00:53
- Bakıda 17 min manata pişik satılır (VİDEO)
07 may 00:41
- 500 illik zavod görün hansı sirrin üstünü açdı
07 may 00:32
- Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
07 may 00:25
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
07 may 00:10
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
04 may 22:25
- Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi
04 may 18:31
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
04 may 17:23
- Tanışının qulağını dişlədi - Həbs olundu
04 may 13:39
- Adil Əliyevin ailəsinə ağır itki
04 may 12:01
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
04 may 11:51
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
03 may 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
03 may 21:25
Video & Fotoqalereya
Video
Fotoqalereya