Leyla Əliyeva Moskvada Xocalıdakı dəhşətli gecədən söz açdı
Fevralın 29-da “Redisson Royal Moskva” mehmanxanasının konfrans zalında Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.Foyedə Azərbaycan və Rusiya məktəblilərinin, habelə RF-nin Əməkdar Rəssamı Əsgər Məmmədovun yetirmələrinin Xocalı faciəsinə həsr olunmuş rəsmləri nümayiş etdirilib.
Salona toplaşanlar Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə çıxış edərək bildirib ki, Xocalı faciəsi Dağlıq Qarabağ münaqişəsinin ən qanlı və amansız səhifəsidir. O deyib: “Bu münaqişə artıq 30 ilə yaxındır ki, davam edir. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkün var. Zəbt olunmuş torpaqlarda arxitektura şedevrləri, tarixi abidələr məhv edilib, bu diyarda Azərbaycan mədəniyyəti ilə bağlı bütün əlamətlər silinib”.Heydər Əliyev Fondunun vitse-prezidenti həmin dəhşətli gecədən söz açaraq deyib: “Erməni silahlıları 1992-ci il fevralın 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərini işğal edərək, 613 dinc sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 qocanı amansızlıqla qətlə yetiriblər. Gələcək həkimlərin, mühəndislərin, müəllimlərin, Azərbaycanı daha yaxşı, işıqlı və maraqlı edə biləcək insanların həyatı yarımçıq qaldı. Beynəlxalq ictimaiyyət bu faciəyə ədalətli qiymət verməli, günahkarlar isə cəzalandırılmalıdır”.Leyla Əliyeva bildirib ki, 2008-ci ildə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası start götürüb. Onun məqsədi dünya ictimaiyyətini bu faciə barədə məlumatlandırmaq və belə bir qətliamın heç vaxt və heç yerdə təkrarlanmamasına nail olmaqdır. Kampaniya çərçivəsində artıq 700 mindən çox imza toplanıb. “Xocalıya ədalət!” kampaniyasını dünyanın onlarca ölkəsi dəstəkləyir. Kanada, Meksika, Peru, Pakistan, Serbiya, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Sudan, Panama və Honduras parlamentləri, ABŞ-ın 20-dən çox ştatının qanunverici orqanları, habelə İslam Əməkdaşlıq Təşkilatı Xocalıda soyqırımı faktını tanıyırlar. Biz ən yüksək beynəlxalq təşkilatlara, o cümlədən BMT-yə və Haaqa Beynəlxalq Məhkəməsinə petisiyalar təşkil edirik. Bizim səsimiz dünyanın ən mühüm konfrans və forumlarında eşidilir. Bosniyanın paytaxtı Sarayevoda Srebrenitsa və Xocalı soyqırımları qurbanlarının xatirəsinə abidə ucaldılıb. Faciə haqqında hər cür informasiyanın yer aldığı “Xocalıya ədalət” saytı açılıb. Biz bu dəhşətli faciə barədə filmlər çəkir, kitablar çap edirik. Artıq uzun illərdir ki, dünyanın bir çox ölkələrində Xocalıya həsr olunmuş konfrans, sərgi və seminarlar keçirilir. Fəallarımız sayəsində bizim kampaniyanı 115 təşkilat və 120 mindən çox adam dəstəkləyir.Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib ki, Azərbaycan həmişə tolerant və multikultural ölkə olub. Müxtəlif millətlərdən və dinlərdən olan insanlar burada sülh və həmrəylik şəraitində yaşayıb və yaşayırlar. O deyib: “Bütün dəhşətlərə baxmayaraq, xalqımızın ruhu qırılmadı. Xocalı qurbanlarının xatirəsi qəlbimizdə əbədi yaşayacaq. Biz Azərbaycan rəssamlarının və uşaqların rəsm əsərlərindən ibarət sərgi hazırladıq. Siz bu faciəni incəsənət adamlarının gözü ilə görüb duya bilərsiniz. Ola bilsin ki, bu əsərlərdə hədsiz qəm və kədər var. Amma biz səmimi qəlbdən inanırıq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz ədalətli həllini tapacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, bütün qaçqınlar və məcburi köçkünlər öz evlərinə, doğma yurd-yuvalarına qayıdacaqlar”.Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, dünyanın harasında yaşayırlarsa yaşasınlar, azərbaycanlıların indiki nəsilləri üçün “Xocalı” sözü ümumi ağrı-acıya çevrilib. Səfir deyib: “Bu gün burada gənclərin sayı çoxdur. Mən buna ürəkdən sevinirəm. Çünki gənclərimiz vətənpərvərlik ruhunda böyüyür və möhtərəm Prezidentimizin gənclərin qarşısına qoyduğu məqsəd və vəzifələri başa düşürlər. “Xocalı” sözü həddi-hüdudu olmayan ədalətsizliyin və vəhşiliyin timsalıdır. Azərbaycan xalqı məhz bu söz vasitəsilə müasir hüquqda bəşəriyyət əleyhinə cinayət kimi müəyyən edilən amansızlıqların ən qorxunc təzahürlərini yaşayır”.Səfirin fikrincə, həyatın özü belə bir əbədiyaşar həqiqəti təsdiq edir: cəzasız qalan cinayətlər yeni və daha ağır cinayətlər doğurur. Diplomat deyib: “Buna görə vurğulamaq istəyirəm ki, Xocalı faciəsinin ağrı-acısını hiss etmək, onu qeyd-şərtsiz pisləmək təkcə bizim xalqın qayğısı deyil, həm də bütün xoşməramlı insanların əxlaqi-hüquqi seçimi olmalıdır. Bu baxımdan mən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində böyük işlər görən Leyla xanım Əliyevaya “Çox sağ olun” demək istəyirəm. Bu zərif və gözəl xanım bütün fəaliyyətini bu məsələyə həsr edib və özünün qısa çıxışında bu yolda əldə edilən bir sıra nailiyyətləri sadalayıb. Artıq dünya üzünü bu faciəyə doğru çevirir və anlamağa başlayır ki, gələcəkdə belə bir qırğının dünyanın heç bir ölkəsində təkrarlanmaması üçün onu pisləmək lazımdır”.Rusiya Yazıçılar İttifaqının üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, kulturologiya doktoru, professor Yuri Pompeyev bildirib ki, 24 il bir nəslin yaşıdır. O, “Xocalıya ədalət!” kampaniyasından danışaraq vurğulayıb ki, “ədalət” açar sözüdür: “Amma ədalətə nail olmaq və bu sözün miqyasını əhatə etmək də çox çətindir. Mənim bu kampaniyaya aidiyyətim var. Mən həmişə ona hay verirəm. Cənubi Qafqazdakı hadisələrə bu şəkildə cəlb olunmağım sayəsində son illər bütün maraq və gücümü həmin ağrıya sərf edirəm ki, əhali ən azı 24 il əvvəl o vaxtkı Qarabağın bu kiçik şəhərində baş verənlərdən xəbərdar olsun”.Sərgidəki əsərlərin çoxunda tankların təsvir olunduğunu bildirən Y.Pompeyev deyib: “Tanklar 366-cı alay deməkdir. Düzdür, bu tanklar nə yaşıl, nə də qırmızı rəngdə olub. Onları ağ rəngə boyamışdılar ki, sovet ordusuna məxsus olduğunu gizlətsinlər. Ancaq o vaxt bu alay millətçi nasist qüvvələrin sərəncamında idi. Çünki Serj Sarkisyan o dövrdə Ermənistan ordusunun rəhbərlərindən biri idi. Bu, rüsvayçılıqdır. Bu fakt mütləq Rusiya Federasiyasının indiki vətəndaşlarının diqqətinə çatdırılmalıdır və mən də bunu etməyə çalışıram”.Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev deyib ki, hər bir insanın din, siyasət, mənəvi azadlıq hüququ var. Hər kəsin həm də xatırlamaq kimi alınmaz hüququ var. Xocalı faciəsinə bənzər faciələrin unudulması yeni-yeni fəlakətlərə yol aça bilər. Deputat deyib: “Vətəndaşlar yalnız dövlətləri güclü olan təqdirdə özlərini təhlükəsizlikdə hiss edə bilərlər. Müstəqil Azərbaycan Xocalı faciəsindən keçən onilliklər ərzində daha möhkəm, daha qüdrətli olub, dünya arenasında müstəqil oyunçuya və Cənubi Qafqazda sülhün qarantına çevrilib. Bu gün azərbaycanlılar əmin ola bilərlər: onların ölkəsi onları müdafiə edəcək!”Xocalı faciəsinin şahidləri - hər iki valideynini itirmiş Həmayil Xəlilova və Murad Hüseynov tədbir iştirakçıları arasında olublar. Onlar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvaya gəliblər.Tədbirdə Rusiya ictimaiyyətinin, Moskvada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, siyasətçilər, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Ümumrusiya Azərbaycanlılar Konqresinin, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin təmsilçiləri iştirak ediblər.
NUH.AZ
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 2024 20:22
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
15 aprel 2024 10:27
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 2024 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 2024 11:41
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
- Bakıda məsciddən oğurluq - Axundun seyfindən 20 min apardı, gecə klubunda yedi
4 aprel 2024 21:35
- Gözlərinə mismar vurulub diri-diri basdırılanlar: Yaşı bir əsri ötən dəhşətli faciənin hekayəsi (VİDEO)
31 mart 2024 12:37
- Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 2024 12:29
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 11:07
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04