Ortaq türkcə problemi
Xalq artistimiz Brilliyant Dadaşovanın Türkiyə türkcəsinə uyğunlaşdırdığı Azərbaycan mahnısını hər dəfə eşidəndə məni əcaib gülmək tutur. Sevimli müğənnimiz mahnıda tez-tez təkrar olunan “xəyallar, xəyallar” ifadəsini “xayalar, xayalar” kimi ifa etməkdən sanki ləzzət alır...
Mən gözəl müğənnimizin xoş niyyətini anlayıram və bunu haradasa təqdir edirəm. Brilliyant xanım da uzaq Altaydan tutmuş Balkanlara və İstambula qədər geniş bir coğrafiyada yayılan və sayı 300 milyondan artıq olan türk xalqlarının mədəniyyətinin və dilinin yaxınlaşmasına, inteqrasiyasına öz əvəzsiz töhfəsini vermək istəyir. Niyyət çox gözəldir. Ancaq “xaya” əvəzinə “haya” deməklə inteqrasiya olmur axı.
Bu, Brilliyant xanımın xətası deyil...
Çünki neçə illərdir dilçi alimlərimiz, şairlərimiz, siyasətçilərimiz ortaq türk əlifbasından, ortaq türk dilindən o qədər basıb-bağlayırlar ki, yazıq müğənni neyləsin. Bəzi alimlərimiz hətta Azərbaycan əlifbasındakı “x” hərfini “h” ilə əvəz etmək barədə təklif verirlər. Və eybəcər şəkildə bir neçə dili “remiks” edib ortaya ortaq türkcə qoymaq istəyirlər. Ancaq izah etmirlər ki, belə olan halda “haya” ilə “xaya”nın nə fərqi olacaq.
Bu xırda qeydləri etməkdə mənim məqsədim kimlərisə günahlandırmaq deyil. Birincisi, kimlərisə günahlandırmaqla problem həll olunmur. İkincisi, ortaq əlifba, ortaq dil kimi çox ciddi problemləri tələm-tələsik həll etmək olmaz. Bu məsələlər on illər, bəlkə də yüz illər tələb edir. Əsas məsələ istiqaməti düzgün götürməkdir. Məni narahat eləyən budur.
Ən ciddi məsələ isə odur ki, ortaq dildən öncə ortaq dəyərlər yaradılmalıdır. Heç kimə sirr deyil ki, bu gün özünü türk dilli hesab edən Özbəkistan, Qazaxstan, Türkmənistan, Qırğızstan və s. dövlətlərin hərəsinin başında bir “Türkmənbaşı” oturub və cəmiyyəti öz “Ruhnaməsi” ilə idarə edir. Bu ölkələri xərçəng kimi məhv edən korrupsiyadan, rüşvətxorluqdan, mənəi və həqiqi dilənçilikdən, insan haqlarına sayqısızlıqdan, məddahlıqdan, yaltaqlıqdan, saxtakarlıqdan isə danışmağa dəyməz. Belə olan halda biz ortaq nə yaratmalıyıq: Ortaq korrupsiya dili, yoxsa ortaq yaltaqlıq əlifbası? Biz türklər bir-birimizdən nə öyrənə bilərik? Axı rəhmətlik İsmayıl Qaspralı “Əməldə birlik” deyib. Biz hansı əməllərimizi birləşdirə bilərik? Görürsünüz, problem çox qəlizdir. “Xayalar, xayalar” deməklə məsələ həll olunmur.
NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 2024 13:54
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- Sarımsağın bu ZİYAN-larını bilirsiniz?
22 mart 2024 20:04
- Monqolustanda 40 dərəcə şaxta: 4,7 milyon heyvan tələf oldu və aclıq başladı
22 mart 2024 13:37
- ...AZƏRBAYCAN DEYİLƏNDƏ ayağa dur ki
22 mart 2024 10:38
- Türkiyə iqtisadiyyatı Almaniya və Yaponiyanı da arxada qoyacaq
20 mart 2024 18:57
- Başa düşüb ki, bu iqtidarın, hökumətin əleyhinə nahaq çıxıb
13 mart 2024 10:47
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Sumqayıtın qorxu doğuran daha bir problemi: Kütləvi şəkildə çoxalan təhlükəli küçə itləri..
10 mart 2024 20:52
- Milli Teatr Günüdür
10 mart 2024 13:30
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06