Amerikalılar və balaban
Kamran Məhərrəmli
Azərbaycanda balaban, Özbəkistanda bulamon, Türkiyədə ney, Ermənistanda duduk, Qırğızıstanda qamış zırna...adlanan musiqi aləti son vaxtlar yaman “moda” minib. İnanmırsınızsa, İncəsənət Gimnaziyasının müəllimi, balabançı Babaxan müəllimin dediklərinə qulaq asın: “Balaban “bala” və “ban” sözlərinin birləşməsindən əmələ gəlib, “həzin səs” mənasını verir. Sovet dövründə 13 yaşına qədər uşağı şagirdliyə götürmürdük. O dövrün öz qanunları vardı. İndi bütün sahələrdə inkişaf var, kompüter əsrində yaşayırıq. İndi 8 yaşından uşaqları şagirdliyə götürürük”.
Mətləbə elə “13 yaş” məsələsindən başlayaq. Necə yəni “sovet dövrünün öz qanunları vardı”?
Dünyaya Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Bülbül, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev, Rəşid Behbudov, Arif Məlikov kimi böyük musiqiçilər bəxş etmiş sovet musiqi məktəbinin mütəxəssisləri bəlkə Rəqsanəni, Toliki, Səməd Səmədovu yetişdirmiş “müstəqil manıs”lardan az bilirdi?
Sovet dövründə “13 yaş məsələsi” göydən düşə bilməzdi. Bunun mütəxəssislər tərəfindən çox ciddi əsaslandırılan səbəbləri olmalı idi. Əks təqdirdə 13 yox, 10, yaxud 15 olardı. Sovet dövründə şagirdlərin oxuduğu mahnıların mətninə çox ciddi fikir verirdilər. İndi isə 8-9 yaşında körpə qızları lüt-üryan ekranlara çıxardıb “Yaarım, yarım”, “Bir busə ver” oxutdururlar.
Budur “indiki dövrün qanunları?”
Budur “bütün sahələrdə inkişaf?”
İndiki dövrün əsas qanunu puldur. Pulunu ver 8 yaşlı uşağa balaban çaldır. Yeri gəlmişkən, bu yaxınlarda telekanallardan birində 25-26 yaşlarında saqqallı bir peysər müğənninin 3-4 yaşında qızcığazı bərk-bərk bağrına basıb, “Şirindir, yarım hamıdan şirindir” oxumasını görəndə düşündüm ki, yəqin ölkəmizdə pedofiliyanı leqallaşdırıblar.
Bəlkə budur bizim üçün inkişaf, kompüter əsri? Kompüterin arxasıda oturub danabaş da olmaq olar. Nə isə, keçək amerikanların balaban çalmaq məsələsinə.
Müsahibənin sonunda hörmətli Babaxan müəllim məni lap təəccübləndirdi. Sən demə, Babaxan müəllimin tələbələrindən biri Amerikanın İllinoys universitetinin məzunu Nataşa xanımdır. Amerikalı xanım balaban çalmağı öyrənmək üçün öz vətənində 140 min dollarlıq qrant udub. Nataşa xanım Bakıda 140 min dolları xərcləyib balaban çalmağı əməlli-başlı öyrənib. Babaxan müəllimin dediyinə görə, Nataşa xanım hazırda Amerikada balabandan elmi iş müdafiə edib elmi dərəcə-professor adı alan yeganə mütəxəssisdir. Və ömrünün sonuna kimi dövlətdən hər ay 7 min dollar pul alacaq. Vallah, müsahibənin bu yerinə çatanda lap dəhşətə gəldim. Bir dövlət ki, balaban çalmağı öyrənmək üçün 140 min dollar qrant ayıra, balaban çalana ayda 7 min dollar maaş verə, o dövlətin qabağında dayanmaq olar ??
Bu gün ölkəmizdə insanlar aclıqla ölüm-dirim mübarizəsi aparır, amma deputatlarımız Amerikaya müharibə elan edir...
Deyirəm, əhalinin yarıdan çoxu züy tutmağın, nəinki balaban, hətta zurna çalmağın əsl ustasıdır. Hamısı da işsiz-gücsüz, bekar-avara. Göndərək getsinlər amerikalılara zurna çalmağı, züy tutmağı öyrətsinlər. Bu yolla həm krizisdən çıxarıq, həm də amerikanlara zurna çalmağı öyrədərik...
NUH.az
- 65 il öncə Azərbaycana məxsus təyyarəni kim vurmuşdu? – 20-ci sərnişin müəmması və...
14 yanvar 2024 14:13
- Amerika Bakı və Tiflisə atom bombası atır. Bəs, İrəvan?
8 iyun 2023 19:02
- Türkiyədə nə baş verib- Tektonik silahla zəlzələ, yoxsa ..?
8 fevral 2023 22:15
- Tik-Tok qadağan edildi! Parlament qanun layihəsini təsdiqlədi
16 dekabr 2022 08:02
- Atabəylər dövləti quran hökmdar Şəmsəddin...
3 dekabr 2022 21:56
- “Tehran-43” sazişi - 79 il öncə bu gün...
28 noyabr 2022 11:54
- Müsəlmanların qəbul etmədiyi “Black Friday” - Qara cümə adı haradan..?
25 noyabr 2022 08:01
- Kremlin tələsik “Qarabağ səfiri” təyin etməsi nədən xəbər verir?
15 aprel 2022 23:42
- Sovet hökumətinin son başçısı SSRİ-nin dağılma səbəbini açıqladı - ABŞ deyil...
6 dekabr 2021 16:43
- Nazir Əli Abbasova verdiyim pul HARAM XOŞU olsun
13 noyabr 2021 15:25
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31