ZİYA MƏMMƏDOVUN KRİMİNAL ADAMI: QULAM ƏLƏKBƏROV
Azərbaycanda mütəmadi olaraq dövlət qurumlarında çalışan şəxslər arasında Hacı Məmmədov və ya ona bənzər insanların çıxması adi hala çevrilib.
Məsələ ondadır ki, zaman içində məlum oldu ki, Hacı Məmmədov bu şəbəkənin sadəcə kiçik vintlərindən biridir. Üstəlik, belə cinayətkar dəstələr digər nazirliklərdə də mövcuddur. Məsələn, bu ilin oktyabrında ləğv edilmiş MTN-lə bağlı qalmaqalın üzə çıxması sübut etdi ki, bir zamanlar Hacı Məmmədovu zərərsizləşdirənlərin özü ondan daha betər işlərə qol qoyublar. Ölkənin mili təhlükəsizliyinə cavabdeh olan bir nazirliyin başında oturan generallar nəinki insan oğurlayıb, şantaj edib pul qazanıblar, hətta deputat, icra başçısı, üstəlik, cinayətkar şəbəkə formalaşdırıblar. Mediada bu günəcən yer alan məlumatlar əsasında belə kriminogen məmurlarlardan biri haqda araşdırma aparıldı.
Nəqliyyat Nazirliyinin “Hacı Məmmədovu”
Bu günlərdə mediada daha bir dəhşətli məqamın üzərini açıb. Belə ki, Hacı Məmmədovun bir tayı da elə Nəqliyyat Nazirliyinin içindəymiş və hazırda da işinin başındadır. Araşdırmalar zamanı bəlli olub ki, nəqliyyat naziri Ziya Məmmədovun «sağ əli» sayılan şəxs özünə şəbəkə quraraq, bir sıra qeyri-qanuni işlərə qol qoyub. “Ziya Məmmədovun «sağ əli», həm də «kassiri» kimi ad çıxarmış şəxs Qulam Ələkbərovdur. Ələkbərovun adı nəinki qeyri-qanuni maliyyə işlərində, hətta adam oğurluğu, şantaj da hallanır. Mənbənin bildirdiyinə görə, bir müddət əvvəl nəqliyyat naziri ilə bağlı vəziyyət pisləşəndə ölkədən qaçan sözügedən şəxsin hazırda Ukraynada olduğu deyilir. Ancaq qardaşı Misir Ələkbərov hazırda Goranboy rayonundadır və dəfələrlə bir sıra ağır cinayətlərə görə məsuliyyətə cəlb olunsa da, yerli Yol İstismar İdarəsində rəis müavini vəzifəsində çalışır.
İcra başçılarını o seçir?
Mətbuatda yer alan yazılarda göstərilir ki, Qulam Ələkbərov nəqliyyat naziri Ziya Məmmədovun nəzarətində olan bütün rayonlarda keçirilən tenderlərə bölüşdürməkdə, habelə icra başçısı təyin etmək səlahiyyətlərinə malikdir. “İddialara görə, Ələkbərov aşağıdakı icra başçılarının təyinatında müstəsna xidməti olub. Daha doğrusu, Ziya Məmmədova bu şəxsləri o təqdim edib:
– Rauf Həbibov: Qubanın sabiq icra başçısı;
– Yaşar Məmmədov: Qubanın hazırkı icra başçısı;
– Mübariz Ağayev: Göyçayın icra başçısı;
– Nəsib Məsməliyev: Nəsiminin sabiq icra başçısı, hazırda deputatdır;
– Niyazi Bayramov : Mingəçevirin icra başçısı;
– Lütfəli Babayev: Zərdabın icra başçısı”.
Məsələ bununla da bitmir. “Maraqlıdır ki, bu rayonlarda həyata keçirilən bütün tenderlər Qulam Ələkbərovun razılığı ilə reallaşa bilərmiş. Yaradılan bütün şirkət, MMC-lərdə də birbaşa onun payı var. Bundan əlavə, sözügedən şəxsin icra başçılarından aylıq «pay» aldığı da verilən məlumatlar sırasındadır.
Erməni ilə ortaq biznes
Qulam Ələkbərovun erməni əsilli iş adamı ilə ortağ olması barədə iddialar da mediada yer alan xəbərlər sırasındadır. Məlumata görə, Dneprepetrovskda tikinti və montaj işləri ilə məşğul olan K.A.S. LTD firmasının əsl sahibi Azərbaycan vətəndaşı Q.Ələkbərovdur. dnepropetrovsk.glo.ua saytında göstərilir ki, firma Lenin rayonu, L.Şmidt küçəsi, 13-də yerləşir. Həmin firmaya hüquq xidmətini isə Kiyevdə, Lesi Ukrainki bulvarı, ev 34-də yerləşən “Tsentralnıe BTI” hüquq firması göstərir. Bu firmanın sahibi Aleksandr Karapetyandır. Bu, Qulam Ələkbərovun Ukraynada erməni tərəfdaşları ilə bağlı ilk fakt deyil. Məlumatda bildirilirdi ki, onun biznes-partnyoru “Omeqa Investkom” şirkətinin rəhbəri Eduard Bağdasaryandır. Bağdasaryan həm də Dneprepetrovsk şəhər sovetinin deputatıdır. O, Dneprepetrovsk şəhər sovetində “erməni soyqırımı”nı tanıyan qətnaməyə dəstək verənlərdən biridir.
Siyahəda qətl ittihamı da var
İndi isə Ukraynada qətlə yetirilən İqbal Mahmudovun qatillərinə qarşı 11 aprel tarixində keçirilən məhkəmə istintaqı ilə bağlı Ukrayna Azərbaycanlıları Konqresinin yaydığı məlumatdan bir hissəni diqqətinizə təqdim edilir: “Şahidlərdən biri Kərimov Məhyəddin təqsirləndirilən Zahid Əhmədovun dostu imiş və İqbalın qətli ilə bağlı ona qarşı cinayət işini qaldırmışdılar. Lakin sonradan bu işə xitam vermişdilər. O məhkəməyə bildirib ki, atəş açılması nəticəsində yaralanan biznesmeni Zahid Əhmədov, İqbalın cangüdəni, müavini Məhəmməd Əhmədov və Makeyevka şəhərindən olan bir azərbaycanlı ilə maşına qoyub, xəstəxanaya aparıblar. Orada da Mahyəddin Kərimov söz-söhbətlər eşidib ki, guya İqbal Mahmudovun qətlini 3 milyon dollar borca görə Azərbaycanda yaşayan və Ukraynada biznesə malik olan Qulam Ələkbərov adlı bir şəxs sifariş edib. İqbalın sürücü isə istintaqa verdiyi ifadədə isə bildirib ki, qətlin baş verdiyi Makeyevkada yerləşən “Kaspiy” restoranına yaxınlaşanda başa düşüb ki, İqbal Mahmudov orada keçirilən Qələbə Günü ilə bağlı tədbirə deyil, məsələləri aydınlaşdırmağa gəlib. Çünki İqbal bu cür tədbirlərə özünü yox, müavinlərini göndərirdi və bu tədbirdə iştirakı ümumiyyətlə planlaşdırmamışdı. Bu cür fikirləşməyə daha bir səbəbi ondan ibarətdir ki, restoranda toplaşan qonaqların əksəriyyəti Konqresin üzvləri deyildilər və İqbalın siyasi baxışlarını dəstəkləmirdilər”.Bir sözlə, Qulam Ələkbərov konkret olaraq bir mafiya babası qiyafəsilə bu gün Azərbaycanın təkcə iqtisadi yox, həm də siyasi çevrəsinə nüfuz etməkdədir.
Ziya Məmmədovla ilişkilər və …
Qulam Ələkbərov Azərbaycanda “AQ Inşaatçı Servis” MMC-nin sahibidir. Bu MMC-nin adı mənzil dələduzluğuna görə dəfələrlə mətbuatda çəkilib. Qulam Ələkbərov vaxtilə Dövlət Gömrük Komitəsinin Gəncə şöbəsində rəis müavini vəzifəsində çalışıb. Işdən çıxarıldıqdan sonra paytaxtın “Gənclik” metrostansiyasının yaxınlığında “Milyonerlər məhəlləsi” deyilən ərazidə ev tikintisi ilə məşğul olub. Onun Ziya Məmmədovla tanışlığı da buradan başlayıb. Qulam Ələkbərov nazirin Teymur Əliyev küçəsindəki villasının inşasını həyata keçirib. Daha sonra Ziya Məmmədov tikinti biznesinin idarəçiliyini Qulam Ələkbərova verib.
Uzun müddət Bakıda fəaliyyət göstərən «Mona Liza» şadlıq sarayında özünə qarar qurmuş Qulam Ələkbərovun haqqında digər ilginc məqamlar da var. Onlarla bağlı geniş araşdırmalar aparılır və yaxın günlərdə oxuculara geniş məlumat veriləcək. Bildirilir ki, hazırda Qulam Ələkbərovun ermənilərlə işbirliyində olduğu, eyni zamanda Ziya Məmmədov hədəfə gələndən sonra ölkədən pul çıxarıb-çıxarmadığı araşdırılır. Əgər araşdırmalar zamanı deyilənlər təsdiqini tapsa, o zaman Ziya Məmmədov da ortağının əməllərinə görə ciddi şəkildə cəzalandırılacaq.
Növbəti yazılarda:
– Gəncəbasar zonasında varlı adamların uşaqlarının oğurlanmasını hansı dəstə həyata keçirib?
– Gəncəli məşhur iş adamı, «Gəvə Mamed» adlı sahibkarı oğurlayanlar nə qədər pul müqabilində onu azad ediblər?
– Qulam Ələkbərovun qardaşı Misir Ələkbərovun adı hansı olaylara qarışıb?
– Qulamın özünü qolundan niyə güllə ilə vurublar?
– Bakıda fəaliyyət göstərən qumarxanalarda onun nə qədər əli var?
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.\cumhuriyyet.az\
NUH.az
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
- Məmurla həbs olunan iş adamı arasında nə baş verib? - "Restoranda 500 min verdim" (TƏFƏRRÜAT)
10 aprel 2024 18:21
- Bakıda 800 minlik dələduzluq: Üç dövlət qurumu zərər gördü, dörd nəfər həbs olundu
9 aprel 2024 05:47
- Qırğızıstan cinayətkar qrupun 5 üzvünü Azərbaycana təhvil verdi - Video
8 aprel 2024 10:29
- Bakıda məsciddən oğurluq - Axundun seyfindən 20 min apardı, gecə klubunda yedi
4 aprel 2024 21:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15