Bakı Səhiyyə İdarəsində müdhiş korrupsiya - təfsilat
Elmira Əliyeva təkcə dəftərxana xərcləri üçün 100 min, təsərrüfat mallarını almaq üçün isə 100 min manat pul «xərcləyib»
Bakı Şəhər Baş Səhiyyə İdarəsində korrupsiya dizə çıxıb. Qurumun başında duran Elmira Əliyevanın səriştəsizliyi və işi yarıda bilməməsi səbəbindən meydana çıxmış vəziyyət isə durumu daha vahiməli etməyə başlayıb. Politika.Az xəbər verir ki, xanım Əliyeva pul qazanmaq üçün elə vasitələrə əl atıb ki, məqsədin gəlir əldə etməkdən başqa bir işə yaramadığı diqqəti çəkir. Bunu faktiki rəqəmlər də deyir. Qeyd edək ki, ötən il Bakı Şəhər Baş Səhiyyə İdarəsinə ayrılmış 1 milyon manata yaxın vəsaitin təyinatı üzrə xərclənmədiyi aşkarlanıb. Məlum olub ki, sözügedən qurum bir sıra xərclər üzrə məbləğləri inanılmaz həddə şişirdib. Rəsmi rəqəmlərə əsasən idarə digər alış və xidmətlərin satın alınmasına 63189 manat pul xərcləyib. «Kredo C» MMC tərəfindən həyata keçirilmiş proses üzrə nələrin alındığı isə müəmmalı olaraq qalıb.
Amma Elmira Əliyeva bununla da kifayətlənməyib, sair xərclər üzrə satınalmalara da 113221 manat vəsait ayırtdırıb ki, bunu da «İlqar MR» MMC həyata keçirib. Di gəl, bu qədər vəsait nə üçün xərclənib, bəlli deyil. İdarənin xərclərinə gəldikdə isə rəhbərlik bunu da yaddan çıxarmayıb və rəqəm həddindən artıq böyükdür. Belə ki, bu məqsədlə idarəyə 113570 manat vəsait ayrılıb.Politika.Az xəbər verir ki, bu da dəhşətli sayılmaya bilər. İşin dəhşətli tərəfləri o qədər çoxdur ki, Bakı Şəhər Baş Səhiyyə İdarəsi deyil, Səhiyyə Nazirliyi bununla bağlı açıqlama verməlidir. Ona görə ki, idarə ötən il elektik mallarının satın alınmasına düz 97000 manat pul sərf edib. Əcəba, bu qədər elektrik malları niyə alınıb? Yoxsa, Bakı Şəhər Baş Səhiyyə İdarəsi xəstələrə qarşı ancaq lampa, elektrik vasitələrindən istifadə edir? Bəzən belə bir şübhə də yaranır ki, bu qədər elektrik mallarının alınması xəstələrə işgəncə verilməsi üçün nəzərdə tutulub. Əks təqdirdə, bu qədər pulu belə şeylərə xərcləməyin adı belə yoxdur. Amma bu da son deyil. Diqqət edin, Baş
Səhiyyə İdarəsi kommunal və kommunikasiya xidmətlərinin satın alınmasına 113592 manat pul xərclədiyini sənədləşdirib. Bu işləri həyata keçirən şirkət isə «İlqar NNT» MMC olub. Lakin ardından yenə eyni xərclər üzrə daha 35289 manat pul ayrılıb ki, bunu da elə yuxarıda adını çəkdiyimiz şirkət reallaşdırıb. Burada birinci maraqlı məqam odur ki, kommunal xərclər yetərli qədər şişirdilib, hətta bir zavodun elektrik enerjisi sərfinə çəkilən xərcə bərabər olub. Digər maraqlı məqam isə «İlqar NNT» MMC ilə «İlqar MR» MMC-nin eyni şirkət olması və ya eyni adama məxsusluğudur. Görünür, Elmira Əliyeva tenderləri başqalarına verməmək üçün özünə uyğun şirkətlər yaradıb. Elmira Əliyevanın bu işlərdə səriştəsiz olduğunu nümayiş etdirən bir başqa cəhət isə dəftərxana xərcləri ilə bağlıdır.
Politika.Az xəbər verir ki, Baş İdarənin müdiri qeyd olunan xərclər üzrə ilboyu bir dəfə pul ayrılmasına nail olub. Bu da 100940 manat təşkil edib. İndi sual olunur, Bakı Baş Səhiyyə İdarəsi tibb sektorunu əhatə edir, yoxsa, arxiv idarəsini? Bu qədər dəftərxana ləvazimatı nəyə sərf olunub, necə işlədilib? Üstəlik, idarə mətbə xidmətlərinin satın alınmasına da külli miqdarda pul sərf edib. Özü də iki dəfə. Birinci dəfə bu rəqəm 116665,9 manat, ikinci dəfə isə 93168 manat olub. Təqribən 200 min manatdan bir qədər artıq vəsaitlə idarə hansı mətbəə işləri görüb, bunu Elmira Əliyevadan başqa kimsə bilmir.
Buraya təsərrüfat mallarının satın alınmasını da əlavə edərsək, durumun hansı ciddiyyət daşıdığı aydınlaşar. Təsəvvür edin ki, Bakı Baş Səhiyyə İdarəsi 102950 manatlıq təsərrüfat malları alıb. Niyə? Nə üçün? Bəlli deyil. Gedişatdan belə başa düşülür ki, Bakı Şəhər Baş Səhiyyə İdarəsi ümumiyyətlə, öz fəaliyyəti ilə deyil, başqa işlərlə məşğuldur. Elə bu səbəbdəndir ki, paytaxtın əksər tibb ocaqlarında özbaşınalıq və xaos yaşanır. Elmira Əliyeva isə bütün bunlara məsul olduğu halda, başını aşağı salaraq, tenderlərdən əldə edəcəyi pullar barədə düşünür. Kaş, bu xamın idarə rəisi çevrilib ətrafına baxa və səhiyyənin hansı biabırçı durumda olduğunu görə.
NUH.az
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 2024 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 2024 13:05
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 2024 21:20
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20