Neft Şirkətinin saxta islahatçısı - Mİkayıl İsmayılov
SOCAR-ın «boz kardinal»ı Nərimanov rayonu İsmayıl Hidayətzadə küçəsindəki villaları hansı pulla tikdirib?
Vitse-prezident şirkətin milyonlarını Bakı və İstanbulda yüz milyonlarla dollarlıq yeni ofislər almağa yönəldir Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Mikayıl İsmayılovun adı ölkə mətbuatının gündəmindən düşmək bilmir. Adı biznes fəaliyyətində, o cümlədən şirkətin vasitəsilə büdcə vəsaitlərini mənimsəməkdə çəkilən məmur yenidən ittiham hədəfinə çevrilib. Yəqin ki, çoxlarınız 2016-cı ilin yanvarında SOCAR-da çalışan Qiymət Mehdiyevin Türkiyədə 20 milyon dollara 16 villa alması barədə məlumatı unutmamısınız. Qeyd edək ki, Qiymət Mehdiyev SOCAR-n vitse-prezidenti Mikayıl İsmayılovun ən etibarlı adamıdır, onun “sağ əli”dir. Həmin yazı mətbuatda geniş rezonansa səbəb olmuş, ictimaiyyətdə qızğın müzakirələr yaranmışdı. Lakin nədənsə, SOCAR rəhbərliyindəki bəzi şəxslərin də “fəallığı” nəticəsində, bu müzakirələr gündəmdən çıxdı. Qalmaqalda adı hallanan Mikayıl İsmayılov isə ümumiyyətlə ictimai qınaqdan kənarda qaldı, onun barəsində “güldən ağır bir kəlmə” eşidilmədi. SOCAR-ın boz kardinalı ilə bağlı yeni və olduqca maraqlı məlumatlar yayılıb. Adının açıqlanmamasını xahiş edən bir iş adamı Mikayıl İsmayılovun “sağ əli” sayılan Ceyhun Canıyev adlı bir şəxsdən şikayətçi düşüb. İş adamının sözlərinə görə, Ceyhun Canıyev ondan 350 min dollar alaraq onu SOCAR-da tenderə salacağını vəd edib. Şikayətçi deyir: “Əvvəl Ceyhun Canıyev mənə söz verdi ki, hər ay bizim şirkəti 1 milyon dollarlıq tenderə salacaq, ancaq bu olmadı. Sonra isə bu söhbətin üstündən 5 ay keçməyini görüb və bizim narahatçılıq keçirməyimizi hiss edərək, mənimlə görüşdü və dedi ki, SOCAR-a 14 milyon dollar qiymətində aparat verilməlidir, o malın maya dəyəri isə cəmisi 2-3 milyondur: “Mən istəyirəm ki, siz ofşorda şirkət açasız və həmin mal siz tərəfdən SOCAR-a verilsin”. Ceyhunun sözlərinə görə, o aparat Çindən gəlir, ancaq üstündə Norveçin istehsalı olduğu yazılır. Həmin aparat dənizdə neftçıxarma yerlərində işlədilir”. Sonra şikayətçi deyir ki, bu söhbətin inandırıcı olmağı üçün, Ceyhun Canıyev onu Mikayıl İsmayılovun müavini Cəbrayıl Cəbrayılovun qəbuluna aparıb. “Hətta məni şirnikləndirmək üçün vəzifə də təklif etdilər. Dedilər ki, Rövnəq Abdullayevin Mehman adında qohumunu SOCAR-ın təchizat şöbəsindən çıxarıb, səni onun yerinə təyin edəcəyik. Mən bir neçə dəfə də Cəbrayıl Cəbrayılovun yanına gedib-gəldim, ancaq sonradan Ceyhun Canıyev mənə zəng edib evinə dəvət etdi. Onun yaşadığı villa Nərimanov rayonunun ərazisində İsmayıl Hidayətzadə küçəsində yerləşir. Həmin ünvanda Mikayıl İsmayılovun villası da böyür-böyürə dayanıb. Ordakı villaların bu şəxslərə aid olduğunu da mənə Ceyhun Canıyev dedi. Sonra o məni evinə dəvət elədi evin aşağı mərtəbəsindəki qarajda “Rolls-Royce”, “Bentley” və bir neçə təzə “Mercedes” markalı avtomobillərini mənə göstərdi. Avtomobillərin ümümi dəyəri bəlkə də 3-4 milyon dollar olardı. Ancaq “Rolls-Royce” və “Bentley”in nömrəsini mən yadda saxladığım üçün, sonradan öyrəndim ki, həmin avtomobillər Ceyhun Canıyevin həyat yoldaşının adınadır. O, mənə bu avtomobilləri göstərərək bildirmək istəyirdi ki, bizim onda qalan 350 min dollar pulumuz “balaca pul”dur. Mən onun qonağı olub villasının qarajında oturub çay içəndə onun danışıqlarını da telefonuma yazmışam. O, hər dəfə dönə-dönə mənimlə söhbətdə Cəbrayıl Cəbarayılovun adını çəkir. Sonra mən gördüm ki, bu şəxs ancaq vaxt udmaqla məşğul olur. Və ondan pulumuzu tələb etdim. Ceyhun Canıyev mənə dedi ki, pulun bir qismini Mikayıl İsmayılova vermişəm, qalanı ilə də Cəbrayıl Cəbrayılovun İsveçrədə oxuyan uşağının təhsil haqqını ödəmişik . Doqquz ay sonra borclu olduğu pulun 250 min dollarını hissə-hissə versə də, 100 min dollar pul və ofşorda açılan şirkətə görə də 15 min dollar borclu qalıb və bu günə qədər borcumuzu qaytarmır”. Şikayətçinin dediyinə görə, Canıyev Ceyhun Vaqif oğlu “Vita1000” meyvələri şirkətinin və “Modern Group” şirkətlər qrupunun payçısı olaraq Mikayıl İsmayılovu həmin şirkətlərdə təmsil edir. Bundan savayı Təhsil nazirliyi ilə üzbəüz “Luxen Plaza”da 35 faiz şərikliyi var. Mikayıl İsmayılovun sərəncamına verilmiş maliyyə-təsərrüfat siyasətinə baxanda belə məlum olur ki, bütün dünyanı əhatə edən neft böhranı ona milçək vızıltısı qədər gəlir. M.İsmayılov sərəncamındakı vəsaiti Bakı və İstanbulda yüz milyonlarla dollarlıq yeni ofislər almağa yönəldir. Doğrudur, onun əcaib-qəraib məntiqinə görə, ARDNŞ bu xərcləri azmaaşlı işçilərin kütləvi ixtisarları hesabına dolduracaq. Əlbəttə, anlamaq olar: böhran zolağı gələndə kadr islahatı aparmaq istənilən şirkətdən ötrü vacib və zəruri məsələyə çevrilir. 65 min nəfərin çalışdığı ARDNŞ kimi şirkətdən ötrü isə bu, daha vacib və həyati əhəmiyyətli məsələdir. Amma bir şərtlə ki, ona rasional yanaşma ola. Şirkətdəki bu volyuntarist kadr islahatı ştat vahidi yalandan şişirdilmiş, özü də eyni işlə məşğul olan, bir-birini təkrarlayan çoxsaylı strukturları nədənsə əhatə etmir. Məsələn, ARDNŞ-də hansısa bir adi şöbənin rəisinin birdən-birə üç müavini var. Bu, kimə gərəkdir axı? Ştatların şişirdilməsinə daha bir parlaq nümunə. Yalnız neft hasilatı sahəsində 100 nəfərdən çox yüksək maaşlı rəhbər işçi çalışır! Yaxud başqa bir absurd. ARDNŞ-in indiki strukturunda indi o qədər idarə və şöbə var ki, onları şirkətin hətta təcrübəli əməkdaşları da ayırd eləyə bilmir - hamısı bir-birini təkrarlayır və biri-birinə qarışır. Aydın məsələdir ki, neçə idarə və şöbə varsa, o qədər də müdir-rəis, onların da hərəsinin bir neçə müavini var. Özü də bu müavinlərin çoxu həmin vəzifəyə peşəkarlıq göstəricilərinə görə yox, əsasən qohumluq-tanışlıq əlaqələrinə görə təyin olunublar. ARDNŞ-dəki işləri araşdıranda dəqiqləşdiridiyimiz fakt budur: yaxşı maaşlı iş və yüksək status arzusunda olan qohum-əqrəbanın sayı şirkətdəki belə iş yerlərinin sayından çox olanda orada adətən yeni şöbələr yaradılıb, təzə qurumlar isə indiyə qədər mövcud olan strukturu təkrarlayıb. Məsələn, Mikayıl İsmayılovun Elman Qasımov adlı yerlisi və yetirməsi var. Bu adam təchizat şöbəsinin müdiri olana qədər çox kasıb olub, qohum-əqrəbasının köməyi ilə dolanıb. Lakin təchizat şöbəsinin müdiri vəzifəsinə keçəndən sonra əsl oliqarxa çevrilib. Bu şöbə neft kəmərləri ilə məşğuldur. Deyilənlərə görə, neft boru kəmərlərini məhz E.Qasımovun nəzarəti altında kəsib-doğrayır və qara bazarda satırlar. Nəticəsi də pis deyil. E.Qasımov özünə saraylar ucaldıb, bahalı maşınlar alıb. Üstəlik bütün yaxın qohumlarını bu şöbədə işə düzəldib... ARDNŞ-də demək olar ki, şəxsi bir qurum olan Ekologiya Departamenti də var. Bu qurum ekologiya sahəsində yaranan problemlərə məsuldur. Maraqlıdır ki, ARDNŞ-in tərkibindəki “Azneft” İstehsalat Birliyinin də ekologiya şöbəsi var. Lakin ARDNŞ-də belə hesab ediblər ki, bu iki qurum çox azdır və birini də yaradıblar. Adını da “Eko” qoyublar... Lakin bunların heç birinin M.İsmayılovun “qənaət proqramı”na dəxli yoxdur. Böhranla məşğul olmaq, bu problemin içinə girmək onun nəyinə lazımdır axı? Ən rahatı neftçilərin ən aztəminatlı hissəsini bir parça çörəkdən məhrum etməkdir. Bir də axı ən təcrübəli işçilərin küçəyə tökülməsi kimi narahat edəcək ki?! Ən maraqlısı da budur ki, şirkətin bu işçilərin ixtisarından sonra da əslində heç nəyə qənaət etməməsi də heç kəsin vecinə deyil. Qənaət yoxdur, narazılıq isə nə qədər desən... Üstəlik əvvəl necə idisə, indi də elədir: ARDNŞ-in pulları hələ də naməlum istiqamətlərə axaraq yoxa çıxmaqda davam edir. Apardığımız araşdırmalar və şirkətə yaxın mənbələrin verdiyi məlumatlar da göstərir ki, şirkətə məxsus milyonların kənara axıdılmasının kanallarından birinin arxasında məhz saxta islahatçı Mikayıl İsmayılov dayanır. O, ARDNŞ çətiri altında özünə böyük bir biznes imperiyası qura bilib. ARDNŞ-in avtomobil parkından başlayaq. Bu parkın balansında 1000-dən çox avtomobil var. Şirkətin hətta orta ranqdan olan hər bir rəhbər işçisi “Cadillac” və “Chevrolet” markalı bahalı xidməti maşınla təmin olunub. Bu “icad” da təsadüfi deyil. Yox, söhbət bu maşınların texniki parametrlərindən də getmir. Məsələ çox sadədir. Bu bahalı maşınları Azərbaycana yalnız bir nəfər gətirib satır - Mikayıl İsmayılov. Bəli, məhz ARDNŞ-in həmin vitse-prezidenti... “Cadillac Bakı Mərkəzi” və “Chevrolet Azerbaijan” diler firmalarının sahibi odur. Amma təkcə bunlar da deyil. ARDNŞ-in balansında olan bütün bu avtomobillərə bəlli texniki xidmət mərkəzlərində texniki xidmət göstərilir və bu zaman yalnız “Repsol”, “Dew”, “Ekcellent”, “Maqnium” markalı motor yağlarından istifadə edilir. Həmin texniki xidmət mərkəzləri isə Mikayıl İsmayılova məxsusdur. Bu markadan olan motor yağlarını da ölkəyə yalnız M.İsmayılov gətirib satır. M.İsmayılov bu yollarla qazandığı pulları nə banklarda, nə də yastığın altında saxlamır. Həmin pulları qeyri-neft sektoruna, amma daha gəlirli sahələrə yatırır. Növbəti yazımız İsmayılovun offşordakı şirkətlərin vasitəsilə apardığı valyuta əməliyyatı, şirkətdə yaratdığı qeyri-şəffaf mühit və Bakıdakı yan-yana düzülən villaları barədə şok faktları açıqlayacağıq. Qarşı tərəfi də dinləyə bilərik. / Gundelik-baku.com /
NUH.az
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 2024 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 2024 11:56
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 2024 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 2024 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 2024 13:04
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22