Əsgər ölümünə səbəbkar olan hərbi komissar…
SHXÇDX-nin Sabunçu rayon şöbəsinin rəisi 4-5 minə saxta hərbi bilet satır
İlqar Əlimirzəyev xəstə gəncləri ordu sıralarına cəlb edib, sağlam və imkanlı şəxslərin övladlarını isə yararsız adı ilə hərbi xidmətdən yayındırıb Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Sabunçu rayon şöbəsidə baş verən olaylar müvafiq dövlət orqanları tərəfindən ciddi və obyektiv şəkildə araşdırılarsa, o zaman sözügedən qurumun rəisi İlqar Əlimirzəyevin fəaliyyətində yol verdiyi nöqsanlar, eyni zamanda onun bu və digər formada səbəbkarı olduğu əsgər ölümləri ilə bağlı həqiqətlər üzə çıxara bilər. Belə ki, İlqar Əlimirzəyevin Bakı Dövlət Universitetinin professoru, fəaliyyəti dayandırılmış AMAL Ziyalı Hərəkatının sabiq sədri və Müsavat Partiyasının keçmiş üzvü Xalid Əlimirzəyevin oğlu olduğunu vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı bilgilərdə deyilir ki, SHXÇDX-nin Sabunçu rayon şöbəsinin rəisi təxminən, 3 il bundan öncə əsgər Rəşad Mirzəyevin kəskin ağciyər və ürək çatışmazlığından dünyasını dəyişməsinə rəvac verib.
Bu barədə əldə etdiyimiz informasiyada bildirilir ki, 52 gün xidmət etdikdən sonra dünyasını dəyişən əsgərin atası Vələhəd Mirzəyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsinin rəisinin əməlləri ilə bağlı müvafiq qurumlara şikayət xarakterli məktubla müraciət edib. Mərhum əsgərin valideyni həmin müraciətində qeyd edib ki, oğlu - 12 may 1990-cı il təvəllüdlü Rəşad Mirzəyev 15 oktyabr 2012-ci il tarixdə xidmətin Sabunçu rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə göndərilib, 52 gün xidmət etdikdən sonra isə kəskin ağciyər və ürək çatışmazlığından dünyasını dəyişib.
Vələhəd Mirzəyev iddia edir ki, oğlunun ölümünün səbəbkarı adıçəkilən şöbənin rəisi İlqar Əlimirzəyevdir: «Belə ki, oğlum xidmətə göndərilməmişdən əvvəl 06 iyun 2012-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsindən tibbi müayinədən keçmək üçün Maştağa qəsəbəsində yerləşən 7 saylı poliklinikaya göndərilib. Həmin poliklinikada 08 iyun 2012-ci il tarixdə kardioloq həkim Sona Tağıyeva tərəfindən ona kəskin sinusu bradikardiya diaqnozu qoyulub.
Bundan sonra oğlum Rəşad Mirzəyev yenidən 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimi Solmaz Dəmirçalova tərəfindən exokardioqrafiya müayinəsi edilib. Həkim Dəmirçalova tərəfindən ona təkrar kəskin bradikardiya diaqnozu qoyulub. Mən həmin arayışları 12 iyun 2012-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsinə təqdim etmişəm. Arayışları tibbi komissiyanın sədri Şahin Cabbarova təqdim etdikdən sonra bildirdim ki, oğlum xəstədir, onu təkrar müayinə edilmək üçün Kardiologiya İnstitutuna göndərsinlər. Cabbarov dedi ki, bu onun səlahiyyətinə aid məsələ deyil, bunun üçün xidmətin rəisi İlqar Əlimirzəyevə müraciət etmək lazımdır. 12 iyun 2012-ci il tarixdə SHXÇDX-nin Sabunçu rayon şöbəsinin rəisi İlqar Əlimirzəyevə müraciət etdim. İlqar Əlimirzəyev məndən açıq rüşvət tələb edərək bildirdi ki, əsgərlikdən saxlatmağın qiyməti 5000-5500 manatdır. Ona bildirdim ki, oğlum xəstədir, siz onu yalandan saxlamırsınız ki, mən bu qədər pul verim. O isə bildirdi ki, pulsuz mümkün deyil. Sonra İlqar Əlimirzəyev «mən sənə hörmət edib 1500 manata bu işi həll edərəm» söylədi. Mən bu məbləği ödəməyə imkanım olmadığını dedim. İlqar Əlimirzəyev soruşdu ki, nəyə gücün çatır? Bildirdim ki, çətinliklə 700-800 manat düzəldə bilərəm. Dedi ki, heç olmasa 1000 manat düzəlt. Bir şərtlə sənə vaxt verirəm, iyun ayının sonuncu gününə kimi 1000 manat gətirə bilsən işi həll edəcəm, əgər iyul ayına adladısa 1500 manatdan bir qəpik də aşağı olmayacaq». 29 iyun 2012-ci il tarixdə 500 manat pulla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsinin rəisinin qəbuluna getdiyini deyən Vələhəd Mirzəyevin sözlərinə görə, həmin gün İlqar Əlimirzəyevlə görüşə bilməyib.
Odur ki, 01 iyul 2012-ci il tarixdə yenidən rəisin qəbuluna düşüb: «Mən İlqar Əlimirzəyevin kabinetində ona 500 manat pul verdim. O isə bildirdi ki, bu çox azdır. Bundan sonra oğlum Rəşad Mirzəyevi müayinə üçün göndərişlə Respublika Kliniki Xəstəxanasına göndərdilər. 03 iyul 2012-ci il tarixdə mən İlqar Əlimirzəyevə 150 manat əlavə verdim. Adıçəkilən xəstəxanadan verilmiş tibbi arayışın surətini əldə edə bilmədim. 06 iyul 2012-ci il tarixdə yenidən oğlumu Kardiologiya İnstitutuna müayinəyə göndərdilər. 07/09 iyul 2012-ci il tarixdə həmin institutda müayinə edildikdən sonra 10 iyul 2012-ci il tarixdə mən yenidən İlqar Əlimirzəyevin qəbuluna getdim. O və Şahin Cabbarov bildirdilər ki, oğlum sağlamdır və hərbi xidmətə getməlidir. Sonra mən İlqar Əlimirzəyevə verdiyim 650 manat pulu geri aldım. İlqar Əlimirzəyev mənə vaxt verdi ki, gedib deyilən məbləği düzəldim. 2-3 müddət keçməsinə baxmayaraq, mən deyilən məbləği düzəldə bilmədim. Beləliklə, 15 oktyabr 2012-ci il tarixində oğlum həqiqi hərbi xidmətə göndərilib. 10 dekabr 2012-ci il tarixdə isə kəskin ağciyər və ürək çatışmazlığından dünyasını dəyişdi». Bu arada, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsinin rəisinin 4500-5000 manat pulun müqabilində hərbi xidmət yaşlarına çatan gənclərə saxta hərbi bilet satdığını iddia edən məlumatlı şəxs qeyd edir ki, məhz İlqar Əlimirzəyevin göstərişi ilə faktiki olaraq sağlam gənclər hərbi xidmətə yayarsız elan olunur: «Bu kimi məqamlar onu deməyə əsas verir ki, hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsində acınacaqlı vəziyyət hökm sürür. Belə ki, xidmət rəisi İlqar Əlimirzəyev nöqsanlı əməllərə imza ataraq əhalinin ciddi narazılığına səbəb olub.
Çünki hər çağırış dövrü Səfərbərlik Xidmətinin Sabunçu rayon şöbəsində sanki bazar açılır. Şöbə rəisi İlqar Əlimirzəyev üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən gələ bilmir. Ən ciddi problem isə çağırışçıların tibbi müayinədən keçirilməsi ilə bağlıdır. Deyilənlərə görə, Sabunçu rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinin tərkibində fəaliyyət göstərən hərbi həkim komissiyasının sədri və üzvləri İlqar Əlimirzəyevlə əlbir olaraq hərbi xidmətdən yayınmaq istəyən gənclərin işini həll edirlər. Belə ki, həkimlər «niqodnıy» bilet almaq istəyən çağırışçıları saxta sənədlər əsasında xəstə çıxarıb hərbi xidmətə yararsız hesab edirlər. «Niqodnıy» hərbi biletin əldə olunması isə baha başa gəlir. Bu sahədən əldə olunan gəlirin bir hissəsi şöbə rəisinə çatır. Məhz bu kimi səbəblər üzündən Hərbi Prokurorluq, Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi və digər müvafiq orqanlar İlqar Əlimirzəyevin fəaliyyətini tez bir zamanda arışdırmalıdırlar. Əks halda, onlarla, yüzlərlə, bəlkə də daha çox xəstə gənclər ordu sıralarına cəlb olunacaq, sağlam və imkanlı şəxslərin övladları isə yararsız adı ilə həqiqi hərbi xidmətdən yayındırılacaq». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Gundelik-Baku.com
NUH.az
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 2024 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 2024 15:29
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22