Keçmiş MTN başçısı Eldar Mahmudovun oğlu Anarın daha bir cinayət əməli
Bir neçə gün bundan əvvəl biz oxucularımıza Eldar Mahmudovun oğlu Anar Mahmudovun “Akula” ləqəbli Akif Mustafayevlə birgə Yavər Qurbanovun tikinti biznesini məhv etməsindən yazmışdıq.
Bu gün isə Anarı sizə bu cinayətkar dəstənin digər səs-küylü cinayət əməlinin iştirakçısı qismində təqdim edəcəyik.
Hər şey ondan başladı ki, nazirin oğlunun diqqətini Nobel prospektində “Günəş” müəssisəsi tərəfindən tikilmiş yeni bina cəlb etdi.
2008-ci ildə sözügedən müəssisə bu 7 mərtəbəli iş mərkəzini istifadəyə vermişdi.
Çox fikirləşmədən Anar tikinti şirkətinin tanımadığı rəhbərliyi ilə görüşmək üçün qohumu Dilavər Mahmudovu yollayır.
Dilavər şirkətin rəhbərliyinə başa salır ki, Mahmudovun oğlu iş mərkəzinin bir hissəsini almaq istəyir.
Tezliklə tərəflər anlaşırlar ki, Anar bu elit binanın ümumi sahəsi 1000 kvadrat metr olan 5 və 6-cı mərtəbəsini alır.
Amma necə deyərlər, iştaha diş altındadır. Anar da tezliklə öyrənir ki, bina kiçik olmayan bir qiymətə - 1 milyon manata icarəyə verilir.
Bu “milyon” məsələsi Mahmudovun diqqətini binadan da çox cəlb edir. Və bu məsələdə onun köməyinə yenə qohumu Dilavər gəlir.
O isə öz növbəsində müəssisə rəhbəri Zülfəli İmaməliyevə hücum çəkir. Mahmudov-Çovdarov başkəsənlərinin işgəncə metodlarından yaxşı xəbəri olan iş adamları,
xüsusilə də, söhbət nazirin oğlundan getdiyi zaman, anlayırdılar ki, bunu heç işgəncələri kim özünə arzulamaz.
İmaməliyev uzun müddət müqavimət göstərsə də, təzyiq güclənirdi. Nəticədə, İmaməliyevin səbri tükənir.
Binanı bütünlüklə Anar Mahmudova verə bilməzdi, çünki bu onun nəinki biznesinin, eləcə də həyatının sonu demək olardı.
Təzyiqlərin mənasızlığını dərk edən Anar və komandası güzəştə gedirlər – onlar iş adamını məcbur edirlər ki, binanın iki mərtəbəsini – 5-ci və 6-cı mərtəbələri Anara bağışlasın.
İmaməliyev şərti qəbul edir – başqa çıxış yolu da yox idi. Mülkünün üçdə birini itirmək onu tamamilə itirməkdən daha yaxşıdır.
Yaxın zamanlara kimi həmin iki mərtəbənin icarəsindən gələn 100 min manat hər yarım ildən bir Anar Mahmudova çatdırılırdı.
Ola bilsin ki, bu rəqəm kiminçünsə böyük görünsün, amma oğul Mahmudov üçün bu, ümumilikdə qazandığının kiçik bir hissəsi idi.
Ata Mahmudovun cinayətlərinin üstü açılandan və o vəzifədən gedəndən sonra Anarın da biznesi əlindən çıxdı.
Bu biznes yarandığı kimi də bir gündə dağıldı. Hazırda İmaməliyev vaxtilə əlindən alınmış mülkiyyətinin geri qayıtmasına və 7 il ərzində itirdiklərinin kompensasiyasına ümid edir. Hər halda, şirkətin təsisçiləri artıq hüquq-mühafizə orqanlarına müraciət ediblər. virtual.az
NUH.az
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 2024 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 2024 22:12
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41