ŞƏXSİYYƏT VƏSİQƏSİ İLƏ 300 MİNLİK KREDİT ƏMƏLİYYATI
Ölkənin bank sektorunda gizli yollarla aparılan fırıldaqların mahiyyəti, sıravi vətəndaşa 500 manatlıq kredit verərkən onlarla sənəd tələb edildiyi halda, yüz minləri mənsəmək üçün adi vəsiqədən istifadə hallarının mümkünlüyünü ortaya qoyan qalmaqallı məhkəmə istintaqı yaxın günlərdə davam edəcək.
Söhbət lisensiyası alınmış və ləğv edilmiş ATRAbankdakı əməliyyatlardan gedir. Bakı şəhəri, Bakıxanov qəsəbəsinin sakinləri – Əliyev Nazim Sabir oğlu və Əliyeva Ofeliya Allahverdi qızı Prezident Administrasiyasının rəhbəri, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyevə, Baş prokuror Zakir Qaralova, Maliyyə naziri Samir Şərifova, Milli Bank sədri Elman Rüstəmova və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə müraciət ünvanlayaraq, 2015-ci ilin mart ayında MTN-in araşdırması əsasında Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılmış oğlanları – həmin vaxt “Atrabank”ın Bakı filialının sıravi kredit mütəxəssisi işləyən Turan Əliyevin aparılan istintaqından narazılıqlarını bildiriblər.
Turan Əliyevin valideynlərinin müraciətində istintaq orqanları “Atrabank”ın rəhbəri Elmixan Nəbiyevin “istəyinə uyğun davranmaqda” suçlandırılır və bank rəhbərinin, eləcə də bu cinayət işində adı keçən yaxınlarının bilərəkdən məsuliyyətdən kənarda saxlandığı vurğulanır.
Redaksiyamıza da üz tutmuş valideynlər oğullarının «qurbanlıq» olduğunu belə anladırlar:
2011-2012-ci illərdə ATRAbank rəhbərliyi saxta qızıl əməliyyatı ilə bankdan külli miqdarda pul silə biliblər. Bu işdə onlar yeni yaratdıqları 4 lombardın fəaliyyətindən yararlanıblar. Lombardlardan biri, daha çox qızıl cəlb edib bankdan pul silinməsinə şərait yaradanın rəhbəri xanım olub. İndiyədək aparılan istintaq prosesləri isə hələ də ölkəyə saxta qızılın kim tərəfindən gətirildiyini və ən peşəkar zərgərin bele seçə bilmədiyi saxtakarlığı kimin etməsinin araşdırmaqda maraqlı deyil. O dövrdə əməliyyata cəlb edilən və həqiqətdən xəbərsiz olan sıravi işçilərin şübhələnməyə başlamasından sonra isə saxta qızıl əməliyyatı ətrafında məsələ «çözülməyə» başlanıb. 2014-cü il dekabrında - 2011-2012-ci illərdə “SAXTA QIZIL”larla işləyən “AtraBank” ASC-nin saxtakarlıqlarından bezib, təqiblərə məruz qalmış Hüseynov Məhəmmədəli, Hacıyev Nicat, Aydınbəyov Elşad və oğlumuz Əliyev Turan tərəfindən MTN-ə edilmiş şikayətə baxmayaraq istintaq müddətində MTN-in əməkdaşı Allahverdiyev Mehman Dəmir oğlu tərəfindən bu iş araşdırılmamış (bu işin qurbanlarından biri -Yasəmən Dəmirçinin dediyinə görə Emin Kələntərovdan 50000 (əlli min AZN), Sevda Quliyevadan 10000 (on min AZN) lombardları təşkil edən Rüfət Allahverdiyevdən isə 5000 (beş min AZN) alınaraq blomblu “SAXTA QIZIL” məmulatlarının mənbəyini aşkar etməmişlər. 2012-ci ilin ortalarında bu işdən şübhələnən Məzahir Bağırov qızılların yoxlanılmamasının səbəbini filialın müdiri Emin Kələntərovdan soruşduqda - “Sizlik deyil - zibili də qəbul edin, mənlikdir” deyib. Bunu 2012 - ci ilin dekabrında AUDİT YOXLAMASININ sədri Şəlalə xanım və Tofiq müəllimə 7 VƏRƏQƏLİK izahatında yazılı surətdə bildirib. (M.Bağırov hal - hazırda Kürdəxanı təcridxanasındadır). Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, bir neçə aydan sonra yoxlayanların ikisi də vəzifələrindən azad ediliblər. Filialın müdiri Emin Kələntərovun 2012-ci ilin ortalarında Elmixan Nəbiyevə “vəziyyət pisdir” deməsinə baxmayaraq -“susmaq” əmrini almışdır. (Bunu Kələntərəov baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Qabil Səfərova verdiyi izahatda etiraf edir.)
“AtraBank” ASC-nin Bakı filialında SAXTA QIZIL KREDİTLƏRİ-nin ayrılmasına və verilməsinə məsuliyyət daşıyan müdir Kələntərov Emin Sabir oğlu, lombard işini təşkil etmiş kredit mütəxəssisi Rüfət Allahverdiyev, saxta qızıl kreditləri ilə lombard işlədən Quliyeva Sevda Abbas qızı, eləcə də bütün bu işlərdə onlara havadarlıq etmiş Bankın İdarə Heyətinin sədri Nəbiyev Elmixan Nəbi oğlunun cinayət məsuliyyətinə cəlb edilməməsi, köhnə kreditlərin bağlanıb, yeni “SAXTA” kreditlərin açılmasının araşdırılmaması bizi çox təəccübləndirir. “AtraBank” ASC İdarə heyətinin sədri Elmixan Nəbiyev və kredit komitəsi tərəfindən şişirdirilmiş və ya girovsuz - böyük məbləğdə pul kreditlərinin nəyə görə açıldığı da hələ müəyyən edilməmiş qalıb.
Amma təəssüflər olsun ki, istintaqın özü də Elmixan Nəbiyevin dediyini edir. Bu azmış kimi “SAXTA QIZIL” kreditlərinin bağlanması üçün yeni “SAXTA” kreditlər açılmağa başlanılıb. Filial müdiri qaynanası Minayə Kərimovanın adına olan torpaq sahəsini “öz bank”ına girov qoyaraq Elmixan Nəbiyevin “xahişi ilə” Əliyev Turanın adına 80000 (səksən min AZN) kredit açılır. 20000 (iyirmi min AZN) əlavə olunaraq E.Nəbiyevin qardaşı oğlu tapdığı Yasamal rayonundakı obyekt alınır və 260000 (iki yüz altmış min AZN) kredit açılaraq T.Əliyevin dostu Nicat Hacıyevin adına rəsmiləşdirilir. Cəmi bir gün sonra isə, yəni 10 sentyabr 2014-cü ildə heç bir girov və təminat olmadan Aydınbəyov Elşadın adına 370000 (üç yüz yetmiş min AZN) kredit açılıb. Nizami rayon məhkəməsinin sorğusuna cavab olaraq bank rəhbərliyi 09 sentyabr 2014-cü il bankın xəzinəsində 32000 (otuz iki min AZN), 10 sentyabr 2014 - cü ildə isə 16000 (on altı min AZN) olduğunu yazılı surətdə məhkəməyə təqdim edib. Ən maraqlısı odur ki, artıq bu tarixlərdə oğlumuz T.Əliyev 3 ay əvvəl filialın xəzinədarı vəzifəsindən azad edilmişdir. Filial 10000 (on min AZN)-dən artıq kredit verə bilmədiyini nəzərə alsaq, bu işlərə kimlərin rəhbərlik etdiyi aydın görünür. Amma nədənsə istintaq bunu araşdırmır və ya araşdırmaq istəmir. Əvəzində isə iş material şəklində 25 yanvar 2015–ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilir. Bir il 4 aya yaxın müddət keçməsinə baxmayaraq Elmixan Nəbiyev bütün bu maxinasiyalarda əsas fiqur olduğu halda hətta şahid qismində belə dindirilməyib.
Bakı filialının müdiri Emin Kələntərov bu işlərdə rəhbərliyin əmrlərini icra etdiyini bildirsə də, onların əvəzinə isə bu qanunsuzluqdan şikayət edənlər - filialın o zaman xəzinədarı vəzifəsində çalışan oğlumuz Turan Əliyev və kredit mütəxəssisi Məzahir Bağırov AR CM 179.3.2 maddəsi ilə ittiham edilməklə bir ildən çoxdur ki, təcridxanada saxlanılır.
Dəhşətlisi odur ki, qısaca yazdığımız bu faktlar istintaqa da tam aydındır. Necə olur ki, bir iş üzrə həm mülki, həm də cinayət işi açılır? Onlarla məktub və teleqramların aidiyyatı və səlahiyyətli şəxslərə ünvanladığımıza baxmayaraq heç bir cavab verilmir və istintaq qərəzli aparılır».
Hər iki valideyn övladlarının haqsız yerə həbsdə yatdığını əsas gətirərək müraciət etdikləri aidiyyatı qurum rəhbərlərindən E.Nəbiyevin arxasında duranların aşkar olunmasına, əsl cavabdehlik daşıyan şəxslərin isə məsuliyyətə cəlb olunmasına, oğulları Turan Əliyevə qarşı bu təqiblərə son qoyulmasına və dərhal həbsdən azad edilməsinə yardım etmələrini xahiş edir.
NUH.az
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Putin 1999-cu ildə prezident olsaydı, Yuqoslaviyanın bombalanmasına icazə verməzdi
24 mart 2024 20:25
- Kişi mərc oyunlarından pul udubsa, onu arvadı ilə bölməlidir – Ali Məhkəmədən qərar
21 mart 2024 22:32
- SOCAR Lukoil-dən pul alıb ABŞ banklarına olan 1.3 milyard borcunu ödədi
17 mart 2024 12:27
- Başa düşüb ki, bu iqtidarın, hökumətin əleyhinə nahaq çıxıb
13 mart 2024 10:47
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Britaniya məhkəməsi Feyziyevin 85 milyonluq əmlakı ilə bağlı qərarı qüvvədə saxladı
11 mart 2024 19:08
- Qadını iynə ilə yuxuya verib qızıllarını oğurladı - Azərbaycanda tibb bacısından ŞOK HƏRƏKƏT
10 mart 2024 23:19
- Fəhlənin işi müğənnidən yüngüldür, biz çox zülm çəkirik
9 mart 2024 21:32
- Ağstafanın icra başçısının SABİQ qayınanası AMEA-da....
28 fevral 2024 19:45
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05