Deputatların əmlakına həbs qoyuldu
İqtisadiyyat4 iyun 2016 11:59
"Bank Standart”a borclu olan deputatlar və məmurlarla danışıqlar aparılır, pullar qaytarılmasa…
Parlamentin üzvlərinin bir qisminin əmlakına həbs qoyulub və ya satışa çıxarılıb
Azərbaycanda depozit portfelinin həcminə görə ölkənin ikinci bankı olan "Bank Standart”da ciddi problemlər yaranıb. Bank həm xarici kreditorlar, həm də əmanətçilər qarşısında öhdəliklərini icra edə bilmir.
Bankın əksər flialları bağlanıb, kartlar üzrə əməliyyatlar dayandırılıb, kredit verilişi tamamilə mədudlaşdırılıb. Bank işçilrəinin əmək haqqları da son aylarda gecikdirilib və ya bir qismi ümumiyyətlə ödənilməyib.
”Bank Standart” aylardır ki, depozit sahiblərinə ödənişlər edə bilmir və bu səbəbdən əmanətçilərin ciddi təzyiqi ilə üzləşib. Vətəndaşlar əmanətlərini geri almaq üçün hər gün bankın əsas binasının qarşısına toplaşırlar. "Bank Standart” qaytarılmayan kreditlərin həcminə görə də banklar arasında "lider” mövqelərdən birini tutur.
Ötən ay Maliyyə Bazarlarına Nəzarət Palatası bu bankı nəzarətə götürərək ona inzibatçı təyin edib. Palatanın qərarı ilə kreditlərin verilməsi, depozitlərin qaytarılması də digər əməliyyatlar dayandırılıb. Qurumun tövsiyyəsi ilə bankın sağlamlaşdırılması məqsədi ilə Mərkəzi Bank tərəfindən 15 milyon manat ayrılıb. Artıq bu gündən bankda xırda əmanətləri olanlara ödənişlər edilməyə başlanıb. Eyni zamanda əməkdaşların maaşları verilir.
Ölkənin ən perspektivli bankı niyə bu vəziyyətə düşüb? Ötən il baş verən iki devalvasiya Azərbaycanın bank sektorunda ciddi problemlər yaradıb, problemli kreditlərin həcmini artırıb, eyni zamanda xarici borcları təxminən 100 faiz miqdarında yüksəldib. Əmanət sahibləri isə vəsaitlərini dollara çevirib, yaxud bankda çıxarıb. Paralel olaraq kreditlərin dayandırılması "Bank Standart”ı gəlirdən məhrum edib. Qeyd edək ki, təsvir olunan bu durum ölkənin əksər banklarında da mövcuddur.
Amma "Bank Standart”ı daha ağır vəziyyətə salan elit müştəriləri olub. Bu barədə saytımızı bilgiləndirən mötəbər mənbənin verdiyi məlumata görə, bank yüksək çinli məmurlara, deputatlara və onlara yaxın şirkətlərə milyonlarla dollar kreditlər verib.
Bu çevrəyə verilən ipoteka kreditlərinin də miqyası hədsiz böyükdür. Neftin qiymətinin ucuzlaşmasından sonra yaranan maliyyə böhranı elit müştərilərlə bankı üz-üzə qoyub. Kreditlər qaytarılmır, bəzi məmurlar isə ümumiyyətlə ödəniş etmədiyinə görə bank tərəfindən məhkəməyə verilib. Mənbə bildirib ki, deputatlardan Xanhüseyn Kazımlı və Rəfael Cəbrayılovun əmlakına həbs qoyulub. Adıçəkilən millət vəkillərinin banka külli miqdarda borcu var, onların bankda girov olan əmlakı satışa çıxarılıb.
Xəbərdə daha sonra bildirlir ki, banka borcu olan yürsək vəzfə sahibləri, iş adamları ilə danışıqlar aparılır. Əgər yaxın müddətdə onlar borclarını ödəməsə, ölkədə Beynəlxaq Bank ətərafında cərəyan etmiş hadisələr təkrarlana bilər. Yəni "Bank Standart” dövlətin nəzarətinə keçdikdən sonra borclu müştərilərin həbsinə start veriləcək.
Xatırladaq ki, Beynəlxalq Bankdan kredit götürmüş yüzlərlə şəxs həbs olundu və onlara qarşı cinayət işi açıldı. Dünən maliyyə naziri Samir Şərifov mətbuata açıqlamasında bidirdi ki, bu yolla bankın 400 milyon manat kreditinin geri qaytarılması təmin olunub…
(Gununsesi.info)
Oxşar xəbərlər
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 2024 18:40
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 2024 22:31
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- İmran Əliyev həbs edildi
19 aprel 2024 20:39
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 2024 11:06
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 2024 10:08
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 2024 20:53
Xəbər lenti
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
Video & Fotoqalereya
Video
Fotoqalereya