Alışanova yaxın şəxs ekspertlər siyahısına necə düşüb? “Ekspert” qalmaqalı
Hadisə17 iyun 2016 17:58
Yasamal rayon məhkəməsində tanınmış jurnalist, teletənqidçi, professor Qulu Məhərrəmliyə qarşı cinayət təqibi davam edir.
Hazırda iş linqvistik ekspertiza mərhələsindədir.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, məhkəmə Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının əməkdaşları – professor Zemfira Şahbazova və baş müəllim Təranə İsmayılovanı mütəxəssis qismində ekspertizaya cəlb edib. Yasamal rayon məhkəməsindəki mənbə bu faktı təsdiqləyib, lakin əlavə edib ki, adları çəkilən şəxsləri məhkəmə deyil, BDU-nun özü müəyyənləşdirib. Saytımıza o da məlum olub ki, ekspertizada əsas mütəxəssis kimi seçilmiş Z.Şahbazova AzTV sədrinə yaxın şəxsdir. O, bir neçə il əvvəl A.Alışanovun qızı Nigarı Azərbaycan dili və ədəbiyyat fənnindən ali məktəbə hazırlaşdırıb. Ev şəraitində ona dərs keçib və indi də Alışanovlar ailəsi ilə şəxsi dostluq münasibətləri davam edir. İkinci ekspert T.İsmayılova isə adi müəllimdir və onun dilçilik ixtisası üzrə heç bir elmi dərəcəsi yoxdur.
Media mütəxəssisi Q.Məhərrəmli gununsesi.info-nun “Siz belə ekspertlərin obyektiv olacağına inanırsınızmı” sualına “İndi disseratsiya müdafiəsindəyəm, bu məsələlərlə bağlı heç bir məlumatım yoxdur. Yalnız dediklərinizi dəqiqləşdirdikdən sonra vəziyyətə baxaram”-, deyə hər hansı izah verməkdən imtina edib.
Məsələyə münasibət bildirən hüquq eksperti Emil Əfəndiyev bu şəkildə mütəxəssis təyin edilməsini qanun pozuntusu adlandırıb: “Əvvəla, Qulu müəllim BDU-nun əməkdaşı olduğu üçün oradan mütəxəssis cəlb edilməsi doğru deyildir. Çünki bu və ya başqa səbəbdən rəyin obyektivliyi üçün şübhələr yarana bilər. İkincisi isə, Ekspertiza haqqında qanuna görə, işin nəticəsində maraqlı olan şəxsin mütəxəssis kimi rəy hazırlanmasında iştirakı yolverilməzdir”- , deyə hüquqşünas bildirib. Hüquq eksperti onu da əlavə edib ki, hazırda ölkə ziyalılarının böyük dəstək verdiyi Q.Məhərrəmli ilə bağlı məhkəmə işi cəmiyyət, media və ifadə azadlığı üçün ciddi önəm daşıdığından geniş ictimai müzakirəyə səbəb olub. Ona görə də bu işin xarakteri, ekspertiza təhqiqatının predmetinin mürəkkəbliyi iş üzrə cəlb olunan mütəxəssislərin çox obyektiv olmasını, həm də bu mütəxəssislərin xüsusi biliklərə malik şəxslər dairəsindən seçilməsini zəruri edir.
Qeyd edək ki, məhkəmə qərarı üçün ekspertiza rəyi müəyyən əhəmiyyət daşıdığına görə A.Alışanov vəzifəsinin hesabına proseslərə təsir göstərməyə, nəyin bahasina olursa-olsun ekspertizadan məlum müsahibə ilə bağlı mənfi rəy almağa çalışır. Bir müddət əvvəl onun müavini E.Dünyamalıyevin Dilçilik institutunda mütəxəssislərdən Q.Məhərrəmli əleyhinə mənfi rəy almaq cəhdi də göstərir ki, AzTV rəhbəri dövlət resursalrından şəxsi məqsədləri üçün geniş istifadə edir. Xatırladaq ki, bu ilin fevralında Qulu Məhərrəmlinin Azərbaycanda televiziyanın yayıma başlamasının 60 illiyi ilə bağlı müsahibəsindəki fikirləri təhqir və böhtan kimi dəyərləndirən AzTV rəhbəri telejurnalistə qarşı ayrı-ayrılıqda iki məhkəmədə iddia qaldırıb. Bunlardan birində (Yasamal Rayon Məhkəməsində baxılan iddiada) Arif Alışanov keçmiş əməkdaşının CM-nin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Digər iddia ərizəsində isə Qulu Məhərrəmlidən onun barəsində səsləndirdiyi fikirlərə görə 100 min manat təzminat tələb edir.
NUH.az
Oxşar xəbərlər
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 2024 11:29
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Anar Nağılbazın atası dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
25 mart 2024 00:21
- Rusiyada millətçi çağırışlar – Kadırovdan etiraz gəldi
24 mart 2024 22:03
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
Xəbər lenti
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
Video & Fotoqalereya
Video
Fotoqalereya