Mübariz Mənsimovdan şok bəyanat
İqtisadiyyat4 iyul 2016 11:50
"Palmali"nin rəhbəri Azərbaycan məmurlarını kompromat yayacağı ilə hədələdi
“İndi bütün dünyada iqtisadi böhran müşahidə olunur. Amma “Palmali”də heç bir iflas yoxdur və ola da bilməz. Biz sadəcə olaraq restrukturizasiya aparırıq ki, əsas fəaliyyət sahələrimizə daha çox vəsait qoyaq” .
Virtualaz.org bildirir ki, bunu “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov ANS telekanalına müsahibəsində deyib.
Oliqarx onun bankrot olması haqda yazılanları Azərbaycanın müəyyən məmurlarının sifarişi ilə həyata keçirilən qara piar adlandırıb.
“Təəssüf ki, ermənilərlə yanaşı, azərbaycanlılar özləri də bir-birilərinə böyük zərbə vururlar. Biz bir-birimizin paxıllığını çəkmək mərəzindən xilas olmalıyıq. Biznesmenlərə dəstək vermək lazımdır. Təəssüf ki, bəzi adamların beyni, düşüncəsi yalnız qara piar sifariş etməyə yetir. Onlar azad rəqabətə mane olmağa çalışırlar. Tutaq ki, Mübariz, İsgəndər, Telman, Ağalarov və başqaları bankrot oldu, Azərbaycan və həmin qara piarın sifarişçiləri bundan nə qazanacaq?”, - deyə milyarder sual edib.
Mübariz Mənsimov onun Türkiyədə yaşayıb-işləməsi və Azərbaycan üçün guya heç nə etməməsi haqda iddia ilə raszılaşmadığını da bildirib. O, həmçinin Azərbaycanda biznes qurmağa mane olan inhisarçılığın mövcud olmasından da danışıb: “Mən xaricdə yaşayıb işləyirəm. Amma bizAzərbaycan üçün çox işlər görmüşük. Onlar sadalamaq yaxşı düşməz.
Bəli, mən Türkiyədə yaşayıb işləyirəm. Azərbaycanda qalsam, neyləyəcəkdim? Orada hərə özünə bir inhisar qurub və oturub üstündə. Qoy onlar orada yaşayıb işləsinlər, biz də burada. Azərbaycanda yeni, gənc, qabiliyyətli biznes adamları yetişəcək və onlar buna mane ola bilməyəcəklər”.
Oliqarx onun gəmilərinin guya İŞİD-in nəzarətində olan ərazilərə neft daşıdığı barədə yayılan informasiyaları da təkzib edib və bildirib ki, heç vaxt nə İŞİD, nə də kürd yaraqlıları ilə heç bir əlaqəsi olmayıb.
M.Mənsimov sensasion sayıla biləcək bəyanat da verib. O, özünə və şirkətinə qarşı qara piara başlayan məmurları, barələrində kompromat yayacağı ilə hədələyib.
Müsahibəni bütövlükdə aşağıdakı videodan izləyə bilərsiniz.
NUH.az
Oxşar xəbərlər
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Gürcüstanda müsəlmanlara qarşı zorakılıq rəsmiləri hərəkətə keçirib - Video
11 mart 2024 10:36
- Kino ittifaqları birləşdi - Rasim Balayev sədr oldu
5 mart 2024 22:59
- Mübariz Qurbanlının yerinə nə vaxt təyinat olacaq?
29 fevral 2024 16:17
- Mübariz Qurbanlı getdi...Yeni Komitə sədri
16 fevral 2024 19:50
- Fazil Mustafa İlham Əliyevi təbrik etdi
8 fevral 2024 00:04
- Mübariz İbrahimov doğum günündə anıldı - Video
7 fevral 2024 11:51
- Milli Məclis Fransa ilə bağlı bəyanat yaydı
3 fevral 2024 17:00
- Gürcüstanın baş naziri istefa verdi
29 yanvar 2024 19:44
- Fransada Natəvanın heykəli vandalizmə məruz qaldı
4 yanvar 2024 10:42
Xəbər lenti
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
Video & Fotoqalereya
Video
Fotoqalereya