Cəlilabadda Heydər Əliyevə hörmətsizlik
I məqalə
İnsafən bildirməliyik ki, respublikamızın bütün şəhər və rayonlarında son dərəcə böyük tikinti və abadlıq işləri gedir. İşimlə əlaqədar olaraq səfərə çıxdığım yerlərdə qısa müddət ərzində çox böyük dəyişikliklərin şahidi oluram. Yeni binalar, yeni yollar, yeni park və meydançalar... Yol qırağlarında meşə zolaqları salınır, strateji əhəmiyyəti olan körpülər tikilir, istirahət guşələri yaradılır. Lap bu günlərdə Bakıdan - Gəncəyə, Bakıdan -Şəkiyə səfərə çıxarkən mən insan əliylə yaradılan əsl möcüzələrin şahidi oldum. Təkcə Gəncədə son illərdə salınan park, İmamzadə məscidinə doğru uzanan ikitərəfli yol həm respublika rəhbərliyinin, həm də Gəncə şəhər hakimiyyətinin abadlıq və qurub yaratmaq istəyinin nəhayətsiz olduğunu bir daha təsdiq edir. Azərbaycan vətəndaşının yaxşı həyatı, rifah halının yüksəldilməsi məqsədi ilə atılan bütün bu addımlar insan amilinin dövlətimiz üçün ən əsas məsələ olduğunu bir daha sübut edir. Mən bu cür nəhəng quruculuq və abadlıq işlərinə sübut kimi respublikamızın onlarla rayonundan nümunələr gətirə bilərəm...
Nə qədər acı da olsa, etiraf etməliyəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin birbaşa göstərişi ilə respublikamızda gedən bu nəhəng tikinti və abadlıq işlərinin sanki Cəlilabad rayonuna heç bir aidiyyəti yoxdur. Bunun üçün heç elə bir böyük araşdırma və tədqiqata aparmağa da ehtiyac yoxdur: hər yerdə yollar o yerin həyat və yaşayış səviyyəsinin ilk göstəricisi kimi çıxış edir.
Cəlilabadda (hələ rayon mərkəzini nəzərdə tuturam) daxili yollar bərbad vəziyyətdədir demək, əslində fəlakətin miqyasını kiçiltmıkdir. Hələ yay, quraqlıq olmasına baxmayaraq, bank, xəstəxana yolundan keçmək mümkün deyil, qışda nə olacaq onu bir olan Allah bilir...
Ümumiyyətlə, Cəlilabadda asfalt yol deyiləndə yalnız başdan rayon İcra Hakimiyyətinin binasına qədərki məsafə başa düşülür, ondan sonra yalnız Nuh əyyamında çəkilmiş asfaltların qədim qalıqları göz önündə canlanır... Bir balaca külək olan kimi bütün rayon toz-dumana bürünür.
Haçansa Cəlilabadın küçələrini qazıb içinə qara borular uzadıblar. Həmin kəmərin nə üçün çəkilməsini bilən azdır, amma qazılan xəndəklər indiyə qədər doldurulmayıb və onlar müharibə dövrünün istehkamlarını xatırladır. Elə bil ki, rayon indicə davadan çıxıb.
Daha bir utancgətirici fakt...
Rayonda Nizami adına məktəbin düz qənşərində, rayon Prokurorluğunun bir neçə addımlığında, Rayon Məhkəməsinin, Polis İdarəsinin 20 metrliyində, İH-nın başçısı Əziz Əzizovun iqamətgahının təxminən 50 addımlığında bir yeraltı keçid var (Burada doğrudan da keçidə ehtiyac var və hansısa o xöşbəxt zamanda piyadaların təhlükəsizliyi məqsədi ilə çəkilib) Amma indi həmin keçidin dörd girişinin dördünün də aşağı pilləkənlərinin üstündə dəmir şəbəkəli qapılar qoyulub və hər qapıdan bir neçə kiloluq qıfıllar asılb. Qapılar keçidin aşağı hissəsində qoyulduğundan rayonun düz mərkəzində yerləşən həmin keçidin dörd tərəfinin dörd girişi bu gün günün günorta çağı tualet əvəzi olaraq insanların vacib ehtiyaclarının ödənilməsi üçün istifadə olunur və buna görə mərkəzdən dəhşətli üfunət qoxusu ətrafa yayılır. Ən pisi odur ki, bu keçidin bir neçə metrliyində bir-iki il bundan qabaq tikilib təntənəli şəkildə istifadəyə verilmiş və təmtəraqlı açılışı olmuş ulu öndər Heydər Əliyevin adına Mərkəz yerləşir. Həmin üfunətin iyindən bəzən Mərkəzin həyətində dayanmaq belə mümkün olmur. Əlbəttə, biz istəməzdik ki, ulu öndərin adına bağlı olan bir təsisat bu cür üfunət qoxusu altında yaşasın.
Keçmişdə Tramvay Parkında briqadir olmuş və hazırda Cəlilabad kimi nəhəng bir rayona rəhbərlik edən hörmətli Əziz Əzizova qarşı bizim heç bir iradımız yoxdur, ola bilsin ki, bu məsələ illərdir onun diqqətindən kənarda qalıb, bəs rayonun digər strukturları, üstəlik Cəlilabada tez-tez gəlib, əhali ilə müntəzəm görüşlər keçirən Cəlilabaddan seçilmiş deputatlarımız hara baxır? Onlar məgər görmürlərmi ki, ulu öndərin adını daşıyan mərkəzin beş addımlığında belə bir biabırçı obyekt var... /milliel.az /
(Davamı var)
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Filipp Kirkorov Bakıda
24 mart 2024 23:54
- İlham Əliyev Putinə zəng etdi
24 mart 2024 20:37
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- Kirkorov Bakıda - Video
24 mart 2024 06:42
- Heydər Əsədovun kürəkəni qəza törətdi – HƏBS EDİLDİ
22 mart 2024 14:39
- Azərbaycanda qeydiyyatı olmayan partiyalar necə fəaliyyət göstərir?
22 mart 2024 14:00
- Prezident Tənzilə Rüstəmxanlını təltif etdi - FOTO
21 mart 2024 23:00
- Gürcüstanın Baş naziri Bakıya gəldi
16 mart 2024 11:52
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06