Deputat Rüfət Quliyev sələmə pul verirmiş
Lənkəranın deputatı ölmüş iş adamının yaxınlarına faiz davası açdı;
81 min dollar qarşılığında 246 min dollar tələb edilən iş adamı qəfildən dünyasını dəyişib, millət vəkili isə onun qohumlarını məhkəməyə verib pulunu tələb edir Deputat Rüfət Quliyev Səbayel Rayon Məhkəməsinə iddia ərizəsi verib. Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı iddia ərizəsi yazmağa sövq edən isə... faizə pul verib, geri ala bilməməsidir. Redaksiyamıza daxil olan məlumata görə 2011-ci ildə deputat it-pişikləri üçün yem alarkən iş adamı Namiq Səfərovla tanış olub. Bu tanışlıqdan sonra N.Səfərov deputatın itlərinə Avropadan 1-2 dəfə pulsuz yem gətirib. Günlərin birində söhbət əsnasında iş adamı biznesini böyütmək üçün pul axtardığını deputata deyib. Deputat bir neçə ayın içində 10 faizlə iş adamına 81 min 850 dollar verib. N.Səfərovla imzalanan müqavilələrə görə deputat 2011-ci ilin oktyabrından pulların faizini almalı olub. 2011-ci ilin oktyabrında N.Səfərov deputata bildirib ki, faizləri ondan almasa, həmin faizləri də əsas borc məbləğinə - 81 min 850 dollara əlavə edib ona faizlərə görə də faiz ödəyəcək. Deputat bu təkliflə dərhal, tərəddüdsüz razılaşıb. Növbəti dəfə deputata faizin ödənilməsi vaxtı çatanda N.Səfərov digər biznes sahəsinə pul yatırdığını, Bolqarıstandan ölkəyə xüsusi təyinatlı geyimlər gətirəcəklərini söyləyib. Təklif edib ki, deputata verdiyi pulların faizləri əsas məbləğə əlavə olunmuş hesab etsin, həmin pulların faizlərini də hesablayıb alacağı faizlər kimi nəzərində saxlasın. Deputat bu təklifə də yox deməyib, tərəddüdsüz razılaşıb. Beləcə deputatın 81 min 850 dolları əldən verib faiz gözləməsi 3 il davam edib. Deputatın hesablamalarına görə bu müddət ərzində əldən verdiyi yaşıl 100-lüklər ona 246 min 800 dollar faiz gətirməli imiş. 2014-cü ilin əvvəllərindən başlayaraq devalvasiya söhbətlərini, bankların kredit verilməsində problemlərin yarandığını eşidən deputat N.Səfərovdan pullarını təcili olaraq geri qaytarmasını tələb edib. İş adamı isə deputata deyib ki, pulları onun razılığına əsasən dövriyyəyə buraxıb, bu səbəbdən də onun tələbini yerinə yetirə bilmir. Tərəflər arasında yaranan narazılıq münasibətlərin korlanmasına səbəb olur. İş o yerə çatır ki, N.Səfərov deputatın telefon zənglərinə belə cavab vermir. Deputat tez-tez sürücüsünü N.Səfərovun evinə göndərərək ondan pulların ödənilməsini tələb edir. 2015-ci ilin fevralında tərəflər yenidən görüşür. Bu dəfə belə razılıq əldə olunur ki, 2 devalvasiya nəzərə alınmaqla deputat verdiyi 81 min 800 dollara görə fazilərin hesablanmasını 2015-ci ilin fevralından dayandırır və verdiyi pulları mərhələli şəkildə geri alır. Faizləri ödəyə bilməyən iş adamı isə vəziyyətdən çıxış yolu axtardığı bir vaxtda, 2015-ci ilin aprelində qəfildən dünyasını dəyişib. Bundan sonra deputat faiz davasını mərhum iş adamının yaxınlarına qarşı açıb. Məhkəməyə müraciət edərək mərhum N.Səfərovun ailəsindən pullarını, pullara hesablanan faizləri geri tələb etməyə başlayıb. Məsələ 2016-cı ilin bu günlərinə qədər uzanıb və deputat Səbayel Rayon Məhkəməsinə üz tutub. İddiaçı qismində Rüfət Quliyevin şəxsən özünün çıxış etdiyi faiz davası üzrə şikayətinə avqustun 18-də, hakim Zaur Əliyevin sədrliyi ilə baxılacaq. Deputat mərhumun ailə üzvlərindən 81 min 800 dolların əvəzində bir xeyli mal-mülk tələb edir. İstəyir ki, məhkəmə mərhum iş adamının qızı Nuranə Səfərovaya məxsus “Mercedes” markalı maşını, Qəbələdəki evini və digər əmlakları onun mülkiyyətinə keçirsin. Maraqlıdır ki, R.Quliyev məhkəməyə müraciət edərkən faizə pul verilməsinin qanunsuz olduğunu, deputat fəaliyyəti ilə bir araya sığmadığını, qanunverici orqanının adını ləkələyən hərəkət olmasını nəzərə almayıb... Yazıda adı hallanan hər kəsi, deputat Rüfət Quliyevidə dinləməyə, mövqeyini dərc etməyə hazırıq. ("Yeni Musavat")
NUH.az
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 2024 10:24
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 2024 19:59
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 2024 10:29
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 2024 10:17
- Əbiliqoz bəyin Rusiyadakı şirkəti balıq biznesindən 106 milyon qazanıb - FAKTLAR
8 aprel 2024 21:21
- Milli Məclisdə boşalan deputat yerləri 10-a ÇATDI
8 aprel 2024 14:00
- Deputat Dini Komitəyə sədr TƏYİN EDİLDİ
8 aprel 2024 12:46
- Bu gün ilk Qədr gecəsidir
28 mart 2024 17:37
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10