Yer oxundan çıxır, fəlakət yaxınlaşır, yalnız bir yer xilas olacaq
Dünya13 sentyabr 2016 15:20
“Yaponiya sular altında qalacaq, Avropanın quruluşu dəyişəcək, xilas Rusiyadan başlayacaq”.
Bu sözlərin müəllifi Edqar Keysi 1877-ci il martın 18-də ABŞ-ın Kentucky ştatında anadan olub. 1945-ci il 3 yanvar tarixində isə Virciniyada vəfat edib. İnsanlar Nostradamus, Vanqa, Messinq haqda çox eşidiblər. Belə şəxslərdən biri də Edqar Keysidir. O, öncəgörmələri ilə çox məşhurdur və bir sıra proqnozu dəqiqliklə yerinə yetib. Bəzən belə insanlara çətinliklə inanılır. Lakin ABŞ-da Atlantika Universitetində və Virciniya Tədqiqatlar və Maarif Assosasiyasının bazasında Edqar Keysinin irsini öyrənirlər. Onun 14306 öncəgörməsi var.
Publika.az fenomen insanlardan olan E.Keysinin öncəgörmələrini təqdim edir.
E.Keysinin verdiyi bir çox proqnozlar doğru çıxıb. Vaxtilə elmi dairələr ona inanmırdılar. Lakin onun klinikası qarşısında insanların uzun növbələri elmi dairələrin də fikirlərini dəyişdirdi.
Amerika həkimləri həmkarlar ittifaqının katibi Con Blekbern Keysinin fəaliyyəti ilə maraqlanır və onun seanslarını təşkil edirlər. Belə seanslarda həkimlər həm suallar verir, həm də onun diaqnozlarını yoxlayırdılar. Nəticədə, Keysinin qabiliyyəti qəbul olundu və ona rəsmən “zehni konsultasiya” verməyə icazə verildi. Tibb ilk dəfə fövqəltəbii qabiliyyəti tanıdı.
Tarixçi Marqarita Volkov yazırdı ki, Keysi həqiqətən də diaqnoz qoymaq və buna uyğun müalicə yazmaq bacarığına sahib idi.
E. Keysi öncəgörmələrini hipnoz vəziyyətdə olanda deyirdi. Təsadüfi deyil ki, onu “yatan kahin” adlandırırdılar.
O, “20-ci illərdə ABŞ-da iqtisadi böhran olacaq” proqnozunu verdi və 1929-cu ildə belə bir böhran baş verdi. Amerika qorxunc xaos yaşadı, işsizlik, yoxsulluq, iqtisadi depressiya başladı.
Keysi öncəgörmələrində hadisələrin xırda detallarına qədər danışırdı. Misal üçün, 1933-cü ildə fond birjasının iflasını, 1939-cu ildə II Dünya Müharibəsinin başlanacağını, İsrail və Hindistanın müstəqillik əldə edəcəyini öncədən detallarına qədər bildirmişdi.
Keysi XX əsrin sonunda Böyük Britaniyada qadının baş nazir olacağını da demişdi. Həqiqətən də dediyi vaxt Marqareta Tetçer baş nazir oldu. O, XX əsrin sonunda həm də Çinin iqtisadi inkişafı haqda danışmışdı. Deyilən vaxt Çin iqtisadiyyatı 10 dəfə artdı. Onun dünyadakı kataklizmlər, qütblərin dəyişməsi, geoloji tərpənmələr barəsində dediklərinin bəziləri artıq gerçəkləşib.
E Keysinin bioqrafı Mark Tertson deyir: “O, Yer kürəsinin dəyişikliyi haqda qabaqcadan xəbər verdi. Ən əhəmiyyətli məsələlərdən biri də Yer kürəsinin fırlanma oxunun dəyişəcəyi haqdadır. Bu planetimiz üçün qəza deməkdir. Onun öncəgörmələrinə görə, Yaponiya su altında qalacaq, Avropanın geoloji quruluşu dəyişəcək”.
Edqar Keysinin Yer kürəsinin gələcəyi haqda öncəgörmələri: “Yer kürəsi Amerikanın qərb hissəsində doğranacaq. Yaponiyanın çox hissəsi dənizin altında qalacaq. Avropanın yuxarı hissəsi bir göz qırpımında dəyişəcək. Torpaqlar Amerikanın şərq sahilində çıxacaq. Arktika və Antarktidada dəyişikliklər olacaq, isti ərazilərdə vulkanlar püskürəcək və qütblər yerindən oynayacaq. Soyuq və ya subtropik iqlim daha çox tropik olacaq, orada mamırlar artacaq. Bu dəyişiklik “58-ci ildən 98-ci ilə qədər başlanacaq”.
Bu, iki tarixdən biri Keysinin dediyi fəlakətlərin başlandığı tarixdir. Dünya hər iki tarixi geridə qoyub, Keysiyə inansaq deməli fəlakət yaxınlaşır.
Yer kürəsində dəyişiklik nə vaxt olacaq?
“Cənub dənizində birinci kataklizm olanda və enmələr müşahidə olunmağa başlayanda Yer kürəsinin əks hissəsində - Aralıq dənizində, Etna ərazisində (Siciliyada yerləşən vulkan) bu, başlanğıc olacaq”, - deyə Keysi gələcək fəlakətlərdən xəbər verir.
Onun öncəgörməsinə görə, Qərbi Sibir dünyanın xilas olacağı yerdir və yeni Nuh gəmisi məhz bura çıxacaq.
“Kommunizm, yaxud biolşevizm adlanan sistemlə Rusiyadan dünyaya ümid gəlməyəcək. Yalnız azadlıq, azadlıq! Hər bir insan öz yoldaşı üçün yaşayacaq. Bu prinsip öz təsdiqini tapıb. Onun kristallaşması üçün illər keçəcək və Rusiyadan dünyaya yeni ümid doğacaq. Slavyan xalqlarının missiyası insan münasibətlərinin mahiyyətinin dəyişdirilməsi, eqoizm və maddi ehtiraslardan azad etməkdir”.
E. Keysiyə görə, dirilən svilizasiyanın mərkəzi Qərbi Sibir olacaq.
“Qərbi Sibirdə artıq təmiz enerji yığılır. Bu enerji təbii fəlakətlərin və energetika kataklizimlərinin Yer kürəsini dağıtmasının qarşısını alacaq. Qərbi Sibir demək olar ki, sağ-salamat qalacaq. Yeni Nuh gəmisi olacaq”, - deyə o, gələcəyi belə oxuyur.
NUH.az
Oxşar xəbərlər
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 2024 13:05
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 2024 10:24
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 2024 11:37
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 2024 20:10
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 2024 10:17
Xəbər lenti
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
Video & Fotoqalereya
Video
Fotoqalereya