İcra başçısı “Space TV”nin jurnalistini işdən çıxartdırdı - ŞOK SƏBƏB
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev “Space” Müstəqil Teleradio Şirkətinin (Space TV) “Hər gün” İnformasiya Proqramının Qarabağ Bürosunun rəhbəri, jurnalist Gündüz Məmmədovu işdən çıxartdırıb.
Bu barədə “Ölkə.az”-a jurnalist G.Məmmədov özü məlumat verib. Jurnalist deyib ki, sentyabrın 22-də səhər saatlarında “Space TV”-nin Xəbərlər Departamentinin bölgələr üzrə koordinatoru Elvin Əliyevdən hər zaman olduğu kimi zəng olunaraq, mövzu işlənilməsi barədə tapşırıq verilib: “Elvin Əliyev həmişəki kimi saat 10:00-da mənə zəng edib dedi ki, bu gün üçün nə mövzuları işləyəcəksən? Çünki hər gün məndən 2 mövzu tələb olunurdu. Mən də dedim ki, Ağdamın cəbhəyanı kəndlərində taxıl səpini başlanılır. Həmin ərazilər isə mülkü əhali və texnika üçün təhlükəlidir. Digər mövzu isə Bərdənin Ağalı kəndində pambıq əkən fermerlərlə problem yaranıb. Bununla bağlı mənə şikayət daxil olub. İzah etdim ki, Bərdədə bir pambıq zavodu fermerlərlə pambığın 50 qəpikdən alınması ilə bağlı müqavilə bağlayıb. Fermerlər də əkib becərdikləri pambığı aparıb həmin zavoda təhvil veriblər, ancaq pul 50 qəpikdən deyil, 46 qəpikdən verilib. İndi fermerlər də buna etiraz edirlər. İstəyirəm ki, bu mövzularla bağlı gedib çəkiliş aparım. Telekanalın koordinatoru da dərhal mənə dedi ki, birinci mövzunu saxla, əsas fermerlərlə bağlı olan məsələni get yerində araşdır və çəkiliş apar. Mən də həmin günü Ağalı kəndinə gedərək, fermerlərlə görüşdüm və 2-3 nəfərdən müsahibə aldım. Daha sonra isə “CTS AGRO” MMC-nin tabeliyində olan pambıq zavoduna getdim. Ancaq zavodda mənə təzyiqlər olundu, məni içəri buraxmadılar, mühafizəçilər üzərimə hücum çəkdi. Bütün bu görüntüləri kamera ilə də çəkmişəm və əlimdə videosu var. “CTS AGRO” MMC-nin Azər adlı vəzifəli əməkdaşı isə telefonlarıma cavab vermədi”. G.Məmmədov qeyd edib ki, bundan az sonra Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlham Məmmədov ona zəng edərək, məsələni araşdırdığını söyləyib: “İlham Məmmədov mənə zəng edib dedi ki, məsələ araşdırılıb, fermerlər yalan danışır. Məndə İlham Məmmədovdan xahiş etdim ki, zavoddan bir nəfər məsul şəxsə deyilsin ki, bu barədə bizim telekanala müsahibə versin. Material birtərəfli efirə getməsin. İcra başçısının müavini olan İlham Məmmədov mənə dedi ki, yaxşı, tapşıracam, sizə müsahibə verilsin. Ancaq təqribən 15 dəqiqə sonra “Space” Müstəqil Teleradio Şirkətinin prezidenti Vaqif Mustafayevin köməkçisi mənə zəng edərək dedi ki, Vaqif müəllim sizinlə danışmaq istəyir. Telefonda xeyli gözlədim, ancaq Vaqif Mustafayev mənimlə danışmadı. Bundan sonra da icra başçısının müavini İlham Məmmədov mənə zəng edərək dedi ki, dərhal bura gəl, cənab başçı səni otağında gözləyir. Buna etiraz edərək bildirdim ki, mənə icra başçısı ilə görüşmək lazım deyil. Müsahib göndərin, mənə müsahibə versin”. Jurnalist icra başçısı və onun birinci müavini tərəfindən hədələndiyini söyləyib: “İlham Məmmədov məni hədələdi. Bildirdi ki, icra başçısı deyir ki, elə etməsin ki, onu oradan sürüdərək gətizdirim. Təcili bura gəlsin, onunla işim var. Mən də bu sözdən sonra çəkinərək, Bərdə Rayon İcra Hakimiyyətinə getdim. Birinci İlham Məmmədovun otağına getdim, sonra onunla bir yerdə başçının otağına getdim. Otağa girən kimi icra başçısı mənə dedi ki, Vaqif Mustafayevlə də danışmışam, artıq sən bu gündən etibarən işdən azadsan. Mən isə icra başçısına cavab verdim ki, məni işdən ancaq şirkətin prezidenti Vaqif Mustafayev çıxarda bilər. Odur ki, mənim işdə qalıb-getməyimlə bağlı qərarı Vaqif Mustafayev verəcək. Bunu deyib icra başçısının otağından çıxdım. Təqribən 20 dəqiqə sonra “Space” TV-nin vitse-prezidenti Kamil müəllim mənə zəng edib dedi ki, sabah saat 09:00-da bütün avadanlığınla şirkətdə olursan. Səbəbini soruşdum? Kamil müəllim isə dedi ki, heç bir narahatçılıq yoxdur, sən aprel döyüşləri zamanı öz işinlə nəyə qadir olduğunu göstərmisən. Buna görə sənə mükafat da verilib. Ona görə də qəti narahat olma. Dediyi kimi, mən də səhər şirkətdə oldum. Qalxıb Kamil müəllimlə görüşdüm. Ancaq o məni Vaqif müəllimlə görüşdürmədi. Bildirdi ki, sən 15-20 gün işdən kənarlaşdırılmalısan, referendumdan sonra çağıracağıq, yenidən işinə qayıdacaqsan. İşdən kənarlaşdırılmağımın səbəbini öyrəndim. Kamil müəllim mənə dedi ki, Vaqif Mustafayev deyir ki, guya mən icra başçısını şantaj edərək, ondan pul istəmişəm. Buna görə də ərziəni yaz çıx get. Cavabımda bildirdim ki, əgər doğrudan da mən rüşvət istəmişəmsə, o zaman başçı məndən Korrupsiya ilə Mübarizə İdarəsinə şikayət edərdi. Daha niyə Vaqif Mustafayevə zəng edirdi? Mən işdən çıxarılmağımla bağlı əsaslı sübut və səbəb tələb etdim. Onlar isə heç bir sübut və ya səbəb söyləmədi. Dedilər ki, rəhbərliyə zəng olunub. Əgər sakit dayansan, 10-15 günə səni işə çağıracağıq. Mən də bütün bu sözlərdən sonra ərizəmi yazıb, işdən çıxdım”. Qeyd edək ki, “Space TV”-də Gündüz Məmmədovun yerinə ANS TV-nin keçmiş əməkdaşları – Ramil İbrahimov və Zaur Naibov təyin olunub.
NUH.az
- Novruz Məmmədov vəzifəsindən azad edildi
7 may 2024 15:58
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
7 may 2024 11:42
- Jurnalist Afət Telmanqızından sabiq səfirə SƏRT CAVAB- Satqın sözü sənə yaraşır
7 may 2024 00:53
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
7 may 2024 01:02
- COP29: Bakıda 70 min nəfərlik tədbir
3 may 2024 18:53
- Cahangir Hacıyev aclıq aksiyasına başladı
3 may 2024 13:17
- Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar
3 may 2024 12:45
- Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - Fotolar
2 may 2024 21:18
- Gecə-gündüz QARANLIQ və ÇİRKAB işlərə bulaşan Gündüz Əliyev kimdir – Fərəcovun “sağ əli”nin milyonluq cinayətləri...
2 may 2024 17:51
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
2 may 2024 12:32
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
07 may 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
07 may 11:42
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
07 may 08:55
- Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiri
07 may 02:11
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
07 may 01:46
- Özbəkistanda ROBOT -POLISlər ilk dəfə küçəyə patrul xidmətinə çıxıb –VİDEO
07 may 01:30
- SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır - Tomas de Vaal
07 may 01:20
- Jurnalist Afət Telmanqızından sabiq səfirə SƏRT CAVAB- Satqın sözü sənə yaraşır
07 may 00:53
- Bakıda 17 min manata pişik satılır (VİDEO)
07 may 00:41
- 500 illik zavod görün hansı sirrin üstünü açdı
07 may 00:32
- Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
07 may 00:25
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
07 may 00:10
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
04 may 22:25
- Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi
04 may 18:31
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
04 may 17:23
- Tanışının qulağını dişlədi - Həbs olundu
04 may 13:39
- Adil Əliyevin ailəsinə ağır itki
04 may 12:01
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
04 may 11:51
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
03 may 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
03 may 21:25
- Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
03 may 19:56
- COP29: Bakıda 70 min nəfərlik tədbir
03 may 18:53
- FHN nazirin bacanağına 295 minlik tender verdi...
03 may 18:30
- SON DƏQİQƏ! Kəlbəcərdən acı xəbər gəldi: Ölən və yaralananlar var
03 may 17:19