Nərimanovda 219 bina söküləcək
Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı ilə paytaxtdakı istismar müddətini tamamlamış, qəzalı vəziyyətdə olan evlərin söküntüsünə başlanılıb. Sözügedən qərar çərçivəsində Nərimanov rayonunda 219 qəzalı bina söküləcək, yerində çoxmərtəbəli binalar ucaldılacaq.
Nərimanov rayonu ərazisində söküləcək evlərin sakinləri ilə görüş keçirilir, əhali məlumatlandırılır. Layihə çərçivəsində ilk olaraq Qarabağ küçəsi, 47 ünvanındakı mənzillərin sökülməsi nəzərdə tutulub.
“Qafqazinfo” xəbər verir ki, Nərimanov Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hüseyn Cəfərov virtualaz.org saytına görüləcək işlərlə bağlı geniş açıqlama verib.
H.Cəfərov deyib ki, sözügedən layihə qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədini daşıyır. “Nazirlər Kabinetinin qərarında şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan evlərin sökülməsi, bu evlərdə yaşayan sakinlərin yaşadıqları ərazidə tikiləcək yeni binalarda evlə təmin edilməsi nəzərdə tutulub. Yaxın günlərdə Qarabağ küçəsi, 47 ünvanındakı mənzillərin sökülməsi nəzərdə tutulub. Artıq sakinlərlə görüş keçirilib, əksəriyyətlə müqavilə imzalanıb”, - H.Cəfərov qeyd edib.
Şöbə müdirinin sözlərinə görə, Qarabağ küçəsindəki mənzillərin əksəriyyətinin ümumi sahəsi 18-20 kvadrat metrdir. Köhnə mənzillərin əvəzinə veriləcək mənzillərin sahəsi isə artıq olacaq: “Qərarda göstərilir ki, yeni mənzillərin ümumi sahəsi köhnə mənzillərin ümumi sahəsindən 15-20 faiz artıq olacaq. Məsələn, 18 kvadrat metrlik mənzilin əvəzinə 22 kvadrat mertlik sahəsi olan mənzil verilməlidir. Amma yeni tikilidə belə mənzillər yoxdur. Buna görə də, indiyədək 18-20 kvadrat metrlik sahəsi olan mənzillərdə yaşayanlara 40-45 kvadrat metrlik sahəsi olan mənzillər veriləcək. Üstəlik, yeni mənzillər tam təmirli olacaq. Sakinlərin kirayə mənzillərə, bina tikiləndən sonra isə yeni mənzillərə köçürülməsi də şirkətin hesabına həyata keçiriləcək”.
Şöbə müdiri deyir ki, binaların tikintisi 1 il 8 aya yekunlaşacaq. Bina tikilənə qədər isə sakinlərə hər ay kirayə haqqı ödəniləcək. “Söküləcək mənzillərin yerində tikiləcək binalar 1 il 8 aya hazır olacaq. Bu müddətdə isə sakinlər kirayə evlərə köçəcəklər. Kirayə haqqı hesablanarkən bazar qiymətləri nəzərə alınıb. Bir otaqlı mənzildə yaşayanlara 300, iki otaqlı mənzili olanlara 400, üç otaqlı mənzildə yaşayanlara isə ayda 500 manat kirayə haqqı veriləcək. Sakinlər 1 il 8 aydan sonra tam təmirli mənzilə köçə biləcəklər”, - H.Cəfərov əlavə edib.
Sakinlərin söküləcək mənzillərin əvəzində konpensasiya tələb etmələrinə gəlincə, Hüseynov mənzilin əvəzində yalnız yeni mənzil veriləcəyini söylədi. “Layihədə konpensasiya nəzərdə tutulmayıb. Mənzilin yerində mənzil tikilir və köhnə mənzildəki otaq sayına görə yeni mənzil verilir. Hər il qış aylarında qəzalı mənzillərin sakinləri tərəfindən çoxsaylı şikayətlər daxil olurdu. Bu evlərdə dam örtüyü sıradan çıxıb, tavan, döşəmə qəzalı vəziyyətə düşüb. Hətta məhəllələrdə yerimək mümkün deyil. Nazirlər Kabineti də şikayət və müraciətləri nəzərə alaraq, mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə belə bir qərar verib. Sakinlər təmirli evə köçürüləcək və bundan çox xoşbəxtdirlər”.
Yeni binaların tikintisi zamanı əhalinin sıxlığı nəzərə alınıb. “Layihədə 13-16 mərtəbəli binaların tikintisi nəzərdə tutulub. Binaların həyətində uşaq meydançaları, yaşıllıqlar salınacaq. Bundan əlavə, binaların həyəti geniş olacaq və həmin ərazilər göz oxşayacaq”, - şöbə müdiri əlavə edib.
Paytaxt ərazisində qəzalı evlərin sökülərək yerində binaların tikilməsi həm də yeni iş yerlərinin açılması, tikinti sektorunun canlanmasına səbəb olacaq.
NUH.az
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 2024 15:41
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
- Bakıda yataqxanada yanğın - 14 nəfər xəsarət aldı- Video - Yenilənib
6 aprel 2024 13:55
- AZƏRBAYCANDAKI BEŞİNCİ KOLON-UN İŞİ ÇƏTİNDİR... – Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək
22 mart 2024 17:39
- Prezident Xankəndi ilə bağlı faktları açıqladı
18 mart 2024 21:06
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Qoçu dəstələri saxlayan, insanları evindən zorla çıxaran tikinti şirkətləri – Kimə arxayındırlar?
10 mart 2024 23:42
- Milli Teatr Günüdür
10 mart 2024 13:30
- Söküləcək evinizin əvəzinə 2 qat yaşayış sahəsi istəyin! – Hüquqşünasdan çağırış
29 fevral 2024 18:01
- Rusiyada 9 milyarda otellər tikən azərbaycanlı deputat kimdir?
29 fevral 2024 16:21
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15