“Oğlumu “SOCAR”da işə düzəltmək üçün 20 min aldı…” - Maşallah Əhmədovun məhkəməsindən
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər ifadə verib.
Zərərçəkmiş Yusif Əzizov deyib ki, M.Əhmədov xaricdən tikinti üçün istifadə edilən daşlar gətirmək adı ilə ondan pul alıb, sonra isə daşları da satıb, pulu qaytarmayıb: "2015-ci ildə dostum dedi ki, oğlunu Maşallah Əhmədov işə düzəldib, məni də tanış etdi, bu barədə razılaşdıq.Maşallah Əhmədov oğlumu "SOCAR"-da işə düzəltmək adı ilə məndən 20 min dollar pul aldı. Gedib Xoşbəxt Yusifzadənin yanına, deyib bu oğlanı işə götürmək lazımdı, o da deyibCV göndərsin. Beləcə tanış olduq, sonra Maşallah mənə İrandan daş gətirəcəyini dedi, bunun üçün də pul verdim. Üç maşın mal gəldi, getdim götürməyə, gördüm mal yarımçıqdı. Maşallaha dedim bir maşın mal yoxdu, dedi Yusif narahat olma, mən götürüb satmışam. Sonra gəlib gördüm maşınların ikiisi də yoxdu. Zəng edib dedim səni məhkəməyə verəcəyəm, dedi "bacım rəhmətə gedib, gəlib ödəyəcəm".
Gələndən sonra dedi malı filankəsə vermişəm, o filankəsə verib, beləcə mal ortada itdi. Sonra bəlli oldu ki, Maşallah malları satıb pulu yeyib. Materialları da satdığı adamların sexlərindən tapdım. Maşallah mənə dedi ki, malın əvəzinə Yasamal rayonunda 2 sot torpaq verəcək. İcra Hakimiyyətindən eskiz kağızlar da gətirib göstərdi, guya mənin adıma keçirəcək. Məni ora-bura süründürdü, bələdiyyəyə getdim, ordan mənə arayış verdilər ki, Maşallah Əhmədovun adına Yasamal rayonunda torpaq yoxdur. Bununla bağlı ona kağız da yazdırıb imzalatdırdım. Mənim oğlumu işə düzəldəcəyini də demişdi. Oğlumu da işə düzəltmədi. Ondan əvvəl də məndən özünə maşın almaq üçün 6 min dollar pul aldı. Sonra da 10 min dollar verdim, o da həmin pulu Sərxana verdi. Ümumilikdə, Maşallah Əhmədovun mənə 350 min manat ödəyəcəyi var".
İttihamda qeyd edilib ki, M.Əhmədov Y.Əzizova 143 min manat ziyan vurub.
Y Əzizov isə devalvasiyanın nəzərə alınmasını, pulları dollarla verdiyini deyib.
M.Əhmədov deyib ki, Y.Əzizov evini satıb, 58 min pulu qaldığı üçün biznes qurmaq istəyir: "Biz Yusif müəllimlə İrana gedib baxdıq, qiymətləri öyrənib gəldik. Yusif müəllimin bunlardan başı çıxmırdı. Ona dedim ki, mən futbolçu olduğum üçün gömrükdə hörmət edirdilər, hər maşında 5 min manat pul qalırdı. Biz malları gətirib Baksolda anbara boşaltdıq. Tikinti sahəsində olan Fəqan Səfərovu, Tariyeli çağırıb dedim mallara müştəri tapın, sataq. Sonra kimsə Yusif müəllimə dedi ki, Maşallah səni aldadır, əslində daşı baha satıb. Bu da gəldi mənə dedi, malları verib getdim, dedim özün sat. 4-5 ay anbarda qaldı, sata bilmədi".
Hakim M.Əhmədovdan soruşub ki, əgər pul mənimsəməyibsə, niyə 143 min manatlıq dələduzluğa, oğlunu işə düzəltmək üçün pul alması ittihamına razılıq verib?
M Əhmədov isə Y.Əzizovun oğlunu işə düzəltmək üçün pul almadığını, heç bir dələduzluq etmədiyini deyib.
Hakim M.Əhmədovun istintaqa ifadəsini elan edib:
"İstintaqda olan səs yazısı mənə məxsusdur, səsim yazılarkən sərxoş olmuşam, Yusif Rzayevə qaytarmalı olduğum mərmər daşları və 128 min manatı yaxın vaxtlarda ödəyəcəyəm".
Şahid Nizami Əzizov ifafə verərək deyib ki, Neft Akademiyasını bitirib: "Maşallah müəllimlə görüşüb razılaşdıq, atam mənim yanımda ona 15 min manat verdi. Maşallah müəllim məniSOCAR-a aparıb gətirirdi, orda Xoşbəxt Yusifzadə müəllimlə görüşdük, mən kənarda gözlədim. Xoşbəxt müəllimlə danışıb gəlib dedi ki, hər şey hazırdı, yaxın günlərdə əmrin veriləcək. Hələ də verilməyib".
M.Əhmədov "mən tanınmış futbolçuyam, kiminsə xahişini edə bilərəm" deyərək reaksiya verib.
Məhkəmə prosesi noyabrın 1-də davam etdiriləcək.
Qeyd edək ki, Neftçi”nin keçmiş futbolçusu olan Maşallah Əhmədov bir neçə şəxsə tikinti materialları satmaq adı ilə 150 min manata yaxın pul alıb qaytarmadığı üçün 2015-ci il dekabrın 14-də saxlanılıb. Hazırda ev dustaqlığındadır.
NUH.az
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 2024 15:29
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 2024 11:56
- Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər
12 aprel 2024 11:30
- Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - Rəsmi açıqlama
11 aprel 2024 20:25
- SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi
10 aprel 2024 23:08
- Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi - Əkrəm Həsənov
8 aprel 2024 10:14
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09