TARİXİN SİRLƏRİ: 2 milyon insanı qurtarmaq üçün…ölümü və bağlı tabutu seçən 3 adam
“Qaranlıq hovuza girdilər, bilirdilər ki, öləcəklər, amma qorxmurdular…”
26 aprel 1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verən qəza atom energetikası tarixində ən iri həcmli qəza kimi qeydə alındı. Faciəvi hadisə minlərlə insanın həyatına son qoydu, bir çox xəstəliklərin, xüsusilə də onkoloji xəstəliklərin yaranmasına səbəb oldu və ətraf mühitə ciddi zərər yetirdi.

25 min ölü, 70 min əlil
Çernobil hadisəsi bütün şəhəri xarabalığa çevirdi. Çernobıl qəzası nəticəsində yaranmış radioaktiv şüalanma Xirosima və Naqasakidəki şüalanmadan qat-qat güclü olmuşdu. Qəzanın səbəbləri kimi əsasən təcrübəsizlik göstərilirdi. Heyət bu qədər önəmli işə hazır deyilmiş Avadanlıqlar da təhlükə nəzərə alınaraq hazırlanmamışdı. Reaktor qeyri-qənaətbəxş konstruksiya edilmişdi. Qəza gecəsində cəmi 2 nəfərin öldüyü xəbəri yayılmışdı. Amma ölü sayı növbəti həftədən etibarən artmağa başladı- 28 nəfər. Ən dəhşətlisi isə radiasiyadan ölənlərin sayının daima artacağı idi. Nüvə hadisələrinin Beynəlxalq Şkalasına əsasən Çernobıl şüalanması ən maksimal – 7 balla qiymətləndirilib. Bu, insan həyatı üçün ən təhlükəli həddir. Sonrakı dövrlərdə 800 000 insan radiasiyaya məruz qaldı. Onlardan 25 min nəfəri həyatını itirdi, 70000 nəfər ömürlük əlil oldu. Qəza yerinə göndərilən briqadalar öz işləriin görürdülər, onlarda bu işin təhlükəsi barədə demək olar ki, məlumat yox idi. Bir neçə gün sonra isə bütün yanğınsöndürənlər vəfat etdi- ölüm bir addımlıqdaymış…
Avropa təhdid altında
Cebhe.info xəbər verir ki, partlayışdan cəmi 5 gün sonra sovet hakimiyyəti dəhşətli həqiqəti öyrəndi. 1 may 1986-cı ildə partlamış reaktorun aktiv zonasında hələ də alovlanma qalırdı. Orda 185 ton nüvə yanacağı vardı, nüvə reaksiyası isə dəhşətli sürətlə gedirdi. 185 ton nüvə materialı ilə yanaşı 5 milyon hallon (1 hallon 3,8 litrdir) su da vardı ki, bu su ehtiyatından elektrik stansiyasında istifadə olunurdu. Yanar nüvə reaktorunu bu sudan isə cəmi qalın bir beton plitə ayırırdı. Aktiv nüvə zonası bu plitəyə yaxınlaşmaqda idi. Əgər su ilə təmas baş tutsaydı, o zaman ikinci- daha böyük dəhşət baş verəcəkdi. Nəticədə Avropanın böyük bir hissəsi radioaktiv zəhərlənməyə məruz qala bilərdi. Avropa təhdid altında idi və özündən xəbərsiz. Həm də elə bir dəhşət ki, Çernobıl partlayışı onun yanında olduqca kiçik görünərdi.

2 milyon insanı gözləyən ölüm
Jurnalist Stiven Makqinti yazırdı ki, bu, özü ilə böyük bir nüvə partlayışı gətirə bilərdi: “Sovet fiziklərinin araşdırmasına görə, ordakı digər 3 reaktorda da partlayış mümkün idi. Kiyev bütünlüklə təhlükə altında idi, su təchizatı bütünlüklə sıradan çıxardı, 30 milyon insan susuz qalardı. Yüzilliklər boyu Şimali Ukrayna həyat üçün yararsız və təhlükəli ərazi kimi qalardı”. Asiya və Rusiya alimlərinin 2009-cu ildə apardığı araşdırmalar isə göstərdi ki, vəziyyət təxmin edildiyindən də dəhşətli ola bilərdi. Əgər sözügedən su reaktorla təmasa keçsəydi, o zaman yaranacaq partlayış Avropanın yarısını təhlükə altında qoyardı. Ukrayna və Rusiya yaxın 500 min ildə geridönməz nəticələrlə qarşılaşardı. Hadisə yerində işləyən ekspertlər bildirirdilər ki, üzən nüvə beton plitəni yandırıb tədricən suya yaxnlaşırmış. Vəziyyət kritik idi, təhlükə bir addımlıqdaydı. Mühəndislər dərhal fəaliyyətə başladılar.
Qalan reaktorların gözlənilən partlayışının qarşısı alınmalı idi. Dördüncü reaktorun batan kameralarını açmaq üçün 3 nəfərin göndərilməsi qərara alındı. Onlar yanacaqdaşıyıcısına yaxınlaşaraq klapanları tapmalı və onları açmalı idilər. Su aktiv reaktor zonası ilə təmas gerçəkləşənə qədər ordan axıb qurtarmalı idi. Bu, milyonlarla insanın həyatını qurtaracaq yeganə plan idi. SSRİ və Avropanın 2 milyon insanını anlıq ölüm gözləyirdi. Milyonlarla insan ömürlük şikəst və xəstə olacaqdı. Plan yaxşı işlənmişdi, ancaq onu həyata keçirmək üçün kimi tapacaqdılar?
Ölümə könüllü gedən 3 nəfər
Kim öz həyatını riskə ataraq insanların həyatını könüllü xilas etməyə gedəcəkdi? Hamı bilirdi ki, planı icra edəcək adamlar ancaq onun icrası müddətində sağ qalmağa ümid edə bilərdilər, bundan artığına ümid etmək olmazdı. Nəhayət axtarılan 3 nəfər tapıldı. 3 kişi könüllü şəkildə kömək təklif etdi. Bilirdilər ki, bu, onların son işi ola bilər. Tam əminliklə son işləri olacaqdı. Böyük mühəndis, orta dərəcəli mühəndis və növbə rəisi könüllü olduqlarını bildirdi. Növbə rəisinin tapşırığı o idi ki, sualtı lampanı əlində saxlasın. Beləliklə, mühəndislər sualtı klapanları daha rahat və qısa müddətdə aça biləcəkdilər. Minlərlə insan həyatı beləliklə xilas olunacaqdı. Səhəri gün Çernobıl üçlüyü vəzifənin icrası üçün hazırlandı.
Ölüm hovuzu
Hovuza düşdülər. Onları orda ölüm gözləyirdi. Hövuzda tam səssizlik və qaranlıq hökm sürürdü. Növbə rəisi əlində fənər tutmuşdu. Ancaq o ərazini işıqlandırmağa kifayət etmirdi. Klapanları tapmaq göründüyü qədər də asan olmurdu. Onlar işlərini maksimum tez başa çatdırmaq istəyirdilər, hər dəqiqənin hökmü vardı. Hər dəqiqə izotoplar onların bədənini didib parçalayırdı. Ancaq onlar bu izotoplar öz işlərini yerinə yetirənə qədər qarşılarına qoyduqları vəzifəni icra etməli idilər. Klapanlar isə tapmaq heç cür mümkün olmurdu. İşıq da istənilən zaman sönə bilərdi, qaranlıq ölümə bərabər idi. İşıq doğrudan da söndü, amma sönməzdən əvvəl mühəndislərə ipucunu göstərdi. Mühəndislər klapanlara doğru aparan borunu sezdilər. Dərhal borunu gördükləri yerə üzdülər. Əlləri ilə borunu qaldırmağa çalışdılar. İşıq artıq sönmüşdü. İnsan orqanizminə qısa müddətdə təsir göstərəcək ionlaşmadan qorumaq üçün heç nəyə ümid etmək olmazdı. Milyonalrla insanı xilas etmək üçün isə bir neçə güclü hərəkətə ehtiyac vardı. Nəhayət, klapanları açmaq mümkün oldu. Hovuz sürətlə boşalmağa başladı.

Tarixin axışını dəyişdirən 3 qəhrəman
Artıq bu 3 nəfər öz işini görmüşdü. Milyonlarla insan həyatı xilas edilmişdi. AES rəhbərliyi, əsgərlər onları qəhrəman kimi qarşıladılar. Deyirdilər ki, orda əməlli-başlı coşqu yaşanıb, insanlar sevincdən atılıb-düşürdülər. Bir gün ərzində 5 milyon hallon radioaktiv su dördüncü reaktordan axıb qurtardı. İkinci partlayış təhlükəsi sovuşdu. Daha sonralar aparılan analizlərin nəticəsi göstərdi ki, əgər 3 qəhrəman olmasaydı, tarixin axışı dəyişəcəkdi. Söhbət milyonlarla insanın həyatından gedirdi.
Bir həftə sonra öldülər...
Səhəri gün hər 3 nəfərin səhhətində artıq şüalanmanın ilk əlamətləri özünü göstərməyə başladı. Bir neçə həftə sonra isə onların üçü də vəfat etdi. Cəsədləri tamamilə bağlı tabutlarda dəfn etdilər. Onların hətta cəsədləri belə şüa yaya bilərdi. Milyonlarla insanı ölümdən xilas edən bu qəhrəmanın adını isə hələ də çoxu bilmir- Aleksey Anannenko, Valeri Bespalov və Boris Baranov.
NUH.az
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
